82
adlandırıldı.
Milli hökumət təqribən 5 ay müddətində bir sıra iqtisadi, mədəni-ictimai
tədbirlər həyata keçirdi. Bəzi kəndlərdə dövlət torpaqları kəndlilər arasında
bölüşdürüldü, məktəblər, xəstəxana, xalça fabriki və s. açıldı.
Xiyabani milli hökumət başçısı olduğu az müddət ərzində Təbrizdə bir çox
islahatlar aparmağa başladı. O, jandarm təşkilatını genişləndirərək öz başçılığı
ilə Milli Qvardiya yaratdı. Məşhur azərbaycanlı maarifpərvər Əbülqasım
Füyuzatı maarif rəisi təyin etdi. Məhəmmədiyə və «Hikmət» adlı iki qadın
məktəbi açdı. Məktəblərdə təhsilin Azərbaycan dilində keçirilməsinə göstəriş
verdi. Bakıdan «İttahadiyeyi-iraniyan» məktəbindən bir neçə müəllim çağırdı.
Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi.
Təbrizə gələn xaricilər Xiyabani Milli hökumətin başçısı olduğu zaman
əyalətdəki yüksək idarəçilik və nizam-intizam haqqında danışırdılar. Bütün
idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar Azərbaycan türkcəsində aparılırdı.
Xiyabaninin üzərində xüsusi dayandığı problemlərdən biri də Azadistanda
qadınların ictimai həyatda iştirakı məsələsi idi. Onun bir sıra məqalələri
«Dünyanın məşhur qadınları», «Dünya qadınlarının tərəqqisi», «Bizim
qadınlarımız», «Sabahkı anlarımız» və s.) və nitqləri məhz bu mühüm
problemə toxunulurdu. Məsələn o deyirdi, «qadınlarımızın ölkə müqəddəratında
və demokratiyanın gələcəyinə böyük payları vardır. Qadınlarımız öz səy və
qeyrətlərini, qüvvət və qüdrətlərini vətənin və xalqın xeyrinə işlərə sərf
etməlidir» (18, 196). Təbrizdə Xiyabaninin təşəbbüsü ilə pulsuz iki qız
məktəbinin açılması da bu yolda atılan ilk addımlardan idi.
Təbrizdə Xiyabaninin redaktorluğu ilə nəşr olunan «Təcəddüd» qəzeti,
M.T.Rifətin başçılığı ilə çap olunan «Azadistan» jurnalı, Tehranda Mirzadə
Eşqinin müdiriyyəti ilə nəşr olunan «Qərne Bıstom» («XX əsr»), Kirmanşahda
Əbülqasım Lahutinin rəhbərliyi ilə çıxan «Bisutun» Kirmanda Əhməd xan
Ruhinin redaktorluğu ilə nəşr olunan «Ədəb» kimi demokratik ruhlu mətbu
orqanları, xalqı ictimai-siyasi mübarizəyə həvəsləndirən mütərəqqi məfkurələri
və eyni zamanda ölkədə baş verən milli-azadlıq hərəkatının əsas ideyasını təbliğ
83
edirdilər.
Azərbaycan xalqının hüquqları və Azərbaycanın milli istiqlal məsələsi
onun fəaliyyətinin özəyini təşkil edirdi. İstər meydanlarda və ali məclislərdə
söylədiyi nitqlərdə, istərsə də yazdığı məqalələrdə Xiyabaninin müasirlərinin
xatirələrindən məlum olur ki, gözəl natiqlik qabiliyyətinə malik olan Xiyabani
öz nitqlərinin hamısını başa düşəcəyi sadə və anlaşıqlı Azərbaycan dilində
söyləmiş, sonra bu nitqlərin çox hissəsi Tağı xan Rifət tərəfindən fars dilinə
çevrilərək «Təcəddüd» qəzetində dərc edilmişdir. Qəzetdəki yazılarda Xiyabani
Azərbaycan xalqının hüquqlarını göstərir, onun milli istiqlaliyyət məsələsinə
toxunurdu.
«Təcəddüd» qəzetinin 24-cü sayındakı «Azərbaycan» başlıqlı məqalədə
Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını xatırladır, oxucularında
vətənpərvərlik duyğuları oyadaraq oğullarını istiqlal mücadiləsinə səsləyirdi:
«Qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatı
və azadlıq tələblərini məhv edə bilməyəcəkdir».
Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır!
…Zülm, işgəncə, əzab, müsibət, dar ağacları zəncir və zindanlar möhkəm
olsalar da, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əzilib məhv oldu.
Təhdidlər, hücum və əziyyətlər, mühasirə və qırğınlar səni parça-parça edib
altını üstünə çevirdi. Lakin məğlub edə bilmədi.
«Təcəddüd» qəzeti 1917-ci ilin aprel ayından nəşrə başlamışdı. Şeyx
Məhəmməd Xiyabaninin inqilabi-fəlsəfi görüşlərini əks etdirən «Təcəddüd»
qəzetinin müəyyən mərhələdə nömrələri ayrı-ayrı şəxslərin redaktorluğu ilə çap
olunmuşdur. Məsələn, 1-ci saydan 58-ci-yə qədər Əbülqasım Füyuzatın, 59-cu
sayından 86-cıya qədər Tağı xan Rifətin, 87-ci №-dən 136-cı №-yə qədər Mirzə
Əbülfəttah Ələvinin, 137-ci saydan 208-ciyə qədər isə Ş.M.Xiyabaninin şəxsən
özünün redaktorluğu ilə nəşr olunmuşdur. Ayrı-ayrı vaxtlarda başqa-başqa
adamların redaktorluğu ilə çap olunmasına baxmayaraq, qəzet şeyxin özünün
nəzarəti altında çıxmış və əsasən onun ideyalarını təbliğ etmişdir. Qəzetin əsas
mündəricəsini azadlıq, bərabərlik, elmin təbliği təşkil edirdi. «Təcəddüd» İran
84
tarixində birinci dəfə olaraq milli məsələlər barədə müstəqil və ardıcıl şəkildə
bəhs açırdı (27, 63).
Qəzetin ilk sayında dərc olunan «İran və Rusiya» adlı məqalədə keçmiş
Rusiya ilə çağdaş Rusiya müqayisə edilir və xalqı Rusiyaya yeni münasibət
bəsləməyə səsləyirdi.
Ş.M.Xiyabaninin başçılığı ilə Cənubi Azərbaycanda başlayan hərəkat yeni
bir cərəyanın əsasını qoydu – demokratiya qanunları ilə idarə olunan azad
dövlət və xalqa milli haqlarının verilməsi.
Qəzetin ilk saylarından birində dərc etdirdiyi «Həqiqət nur saçacaqdır»
başlıqlı məqaləsində Ş.M.Xiyabani yazırdı: «Artıq Məşrutə qanunlarını icra
etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdır». Xiyabani Məşrutə
qanununa uyğun seçkilərin həyata keçirilməsini tələb edirdi.
«O vaxt çatmışdır ki, sən ibrətamiz mənzərə qarşısında bir dəqiqə dayanıb,
fikirləşəsən…
Əgər sən həmin inqilab və mübarizənin vücuduna maddi qüvvə vermiş
demokratik Azərbaycansansa, əgər məşrutənin xəmirini yoğurmuş və bərkitmiş
qan sənin damarlarında axırsa, vətəndə gedən islah və təmir dövrəsinə hazır
olub özündə səy və çalışqanlıq taparsan.
Pozmaq, dağıtmaq asandır. İndi təmir, bərpa və abadlaşdırma zamanıdır.
İstibdad əleyhinə qiyam, əcnəbi istilasına qarşı müqavimət, pozğun daxili
ünsürlərlə mübarizədə şücaət və qeyrət, həmiyyət və istiqamət tələb olunur.
Bunların hamısı pak övladların vücudunda vardır. Budur, artıq keçmişin
zəhmətlərindən istifadə dövrü gəlib çatmışdır. Keçmişin xarabaları üzərində
gələcəyin sarayları yüksəlməlidir.
Bu sarayların yüksəlməsi fikir və düşüncə tələb edir. Uzağı görən uzağı
düşünən fikir ağıllı və tədbirli fikir. Yaradıcı və canlandırıcı fikir. Tətbiq və
icraedici düşüncə, islah edib intizam yaradan fikir. Səbr və sübat, yenilik,
dissiplin və təşkilat, ayıqlıq, ümidvarlıq və fədakarlıq tələb edən fikirlər
olmalıdır.
Bəli, fədakarlıq və həmişə fədakarlıq!
Dostları ilə paylaş: |