75
bir rəssamı axtarırlar. «Həşəratül ərz»də çap olunmuş bu karikaturada şah
çanaqlı bağaya bənzədilmişdi. Əgər onu mənim çəkdiyimi bilsəydilər, şübhəsiz
tutub edam edərdilər».
Bu yumoristik və təsvirli qəzetin birinci və dördüncü səhifələri ən çox
Məşrutə inqilabı ilə bağlı hadisələri əks etdirən karikaturalarla bəzədilmişdi.
Belə ki, ikinci sayda təsvir olunmuş iki karikaturadan birində «Xalis
müsəlman» adlı şəxs əlindəki mişarla «Müsavat» qəzeti adlandırılan ağacı kəsir.
(Bu karikatura «Müsavat»ın 22-ci nömrəsinin dayandırılması münasibətilə
çəkilmişdi – P.M.). Digər karikaturada təsvir olunmuş iki şəxs çox mühüm bir
məsələdən bəhs edirmiş kimi ciddi görkəm olaraq döyüşkən iki xoruz haqqında
söhbət edirlər. Qəzetin ünvanı yazılmış hissədə qalın hərflərlə bu ifadə dərc
olunmuşdur: «Hər yerdə qiymət vaxtından əvvəl verilir».
Həftəlik çıxan bu qəzetin nəşr olunduğu il ərzində 48 nömrəsi çap
olunmuşdur. Adətən qəzetin ikinci səhifəsində onun məqsəd və məramı
açıqlanırdı: «Siyasətdə heyvanları danışdıran təsvir – qeydli bu qəzet həftədə
hələlik bir dəfə çap olunacaq. Kiçik məqalələr tanınmış imzalarla qəbul və dərc
edilir.
Birinci sayında qəzetin daimi personajı olan Qafar Vəkil (bazarı dolaşan
dəli) idarənin baş katibi kimi təqdim olunur və barəsində belə yazılır: «Neçə
gündür ki, dostlar «Həşaratül ərz» qəzetini gözləyirlər. Düşünürəm ki, görəsən,
idarənin baş katibi Qafar Vəkil mətbuat aləminə nə töhfə verəcək. Şərikləri
üçün dişiylə göydən sərçə tutacaq, yoxsa onların keçəl başına dərman sürtəcək?
Xeyr, keçəl həkim olsaydı öz başına dərman edərdi. Qafar Vəkilin bu dərəcədə
iş bacarığı olsaydı, indiyədək özünə bir gün ağlardı» (84, 1908, 1).
Adətən qəzetin materialları Qafar Vəkilin diliylə verilirdi. Qəzetin ifadə
tərziylə tanış olmaq üçün ikinci sayında dərc olunmuşdur bir hissəni izləyək:
«Təbriklər bu gün müsəlman millətinə qələbə bəxş edən iranlılara! Mətbuat
aləminə təzəcə qədəm qoymuş bu kiçik idarə səmimanə təbriklərini və xalisanə
təşəkkürlərini, bu dəyərsiz məktub vasitəsilə, milli şuranın müqəddəs məclisdə
oturanlara, Azərbaycan əyalətinin möhtərəm vəkillərinə, növi-bəşərin
76
xidmətçilərinə və islam məzhəbi mərcələrinə çatdırır. Və qısa dillə Allahdan
arzu edir ki, səadət mücəssəməsi olan vücudlarını zəmanə bəlalarından məhfuz
edib vəzifə borclarını layiqincə yerinə yetirməyə müvəffəqiyyət versin.
«Həşarətül-ərz» Mirza Ağa Təbrizinin yaradıcılıq üsulu ilə vəhdət təşkil
edirdi. Qəzetin birinci səhifəsində adətən başlıqdan sonra «Kəsalət, ədavət,
Fəqan, Biari (arsızlıq)» sözləri qeyd edilmişdi. Qəzet sanki bununla insanda ən
pis keyfiyyətləri xatırlatmaqla, onlardan uzaq olmağı tövsiyə edirdi.
Qəzetin özəl xüsusiyyətlərindən biri də heç yerdə müdirinin yazı
müəlliflərinin və təsisçilərinin adının yazılmamasıdır. Hətta çapxananın adı belə
qeyd olunmur. Tədqiqatçıların fikrinə görə qəzet «İskəndani» mətbəəsində qısa
fəsilələrlə üç il nəşr olunmuşdur.
Mirzə Ağa Təbrizinin redaktorluğu 1908-ci ildə Təbrizdə nəşrə başlayan
«Naleyi-millət» qəzeti öz səhifələrində həm fars, həm də Azərbaycan dillərində
materiallar dərc edirdi. Qəzet həftəlik idi. rəsmi qəzet olmasına baxmayaraq
qəzet Maarif İdarəsinin orqanı idi (19, 215), orada satirik ruhlu yazılara da rast
gəlinirdi. Qəzetin adı təsadüfi seçilməmişdi. Bu zaman Mirzə Ağa Təbrizi
qəzetdə qarşıya qoyduğu məqsədi və oradakı yazılarda nədən bəhs edəcəyini
əsas götürmüşdü.
1909-cu ildə imperialist qüvvələrin Azərbaycana hərbi müdaxiləsi,
Təbrizin çar qoşunları tərəfindən tutulması nəticəsində demokratik mətbuat
orqanlarının, o cümlədən «Naleyi-millət»in fəaliyyəti dayandırıldı.
1909-cu ilin mayında Mirzə Ağa Təbrizi özünün digər «İstiqlal» adlı
qəzetinin nəşrinə başlayır. E.Braun «İstiqlal» qəzetinin yaranma tarixi ilə bağlı
yazır: «Səttarxan və Bağır xanın başçılığı ilə Təbriz məşrutəçiləri Osmanlı
səfəratxanasında toplanmışdılar. 1909-cu ildə çar Rusiyasının qoşunları ara
vermədən ölkəyə müdaxilə etdiklərinə görə məşrutəçilər buraya pənah
gətirmişdilər. Onlar ziyalı və sınaqdan çıxmış şəxslərdən ibarət dir komitə
seçmişdilər ki, qəzet bu komitənin nəzarəti altında olmalı idi. Heyətə
«Müsavat» qəzetinin müdiri Məmməd Rza Şirazi və Mirzə Əhməd Qəzvini
daxil idi (60, 215). Qəzet günaşırı çıxırdı.
77
«İstiqlal» qəzeti Məşrutə İnqilabının düşmənlərinə başçılıq edən vali
Müxbirülsəltənəyə qarşı daha cəsarətlə çıxış edirdi. Qəzet qubernatorun,
inqilabçıları əzmək üçün mürtəce feodal Rəhim xan və digər qaragüruhçularla
əlaqəyə girdiyini və onların inqilabçılara qarşı törətdiyi cinayətləri ifşa edirdi.
Məhz buna görə Müxbirülsəltənə hərəkatın digər başçıları ilə birlikdə «İstiqlal»
qəzetinin redaktoru həbsə aldırdı, qəzeti isə bağlatdırdı (8, 246).
Mirzə Ağa Təbrizinin redaktorluğu ilə çıxan hər üç qəzetdə milli
məsələlərə toxunulur, xalqın acınacaqlı vəziyyəti, hökumət əleyhinə çıxışları və
s. sadə anlaşıqlı dildə göstərilirdi.
78
III F Ə S Ġ L
MƏTBUAT MĠLLĠ AZADLIQ HƏRƏKATI DÖVRÜNDƏ
(1917-1920)
1913-cü ildən 1917-ci ilə qədər Güney Azərbaycanda nəşr olunan mətbu
orqanının sayı xeyli azalmışdı. Nəşrini davam etdirən qəzet və jurnallar isə
əsasən mürtəce istiqamətli idi.
Həmin illərdə Azərbaycanda bir sıra siyasi təşkilatların şöbələri fəaliyyət
göstərirdi. Bunlar ADP, «İrşad və tərəqqiye islam», «Əhrar», «Sosial-
demokrat», «Ədalət», «İrşad», «İraniyani mütərəqqi» və b. idi. Son iki partiya
öz proqramlarında; «İrşad» – dini və dil birliyinə malik olan Zaqafqaziyanın
şərq əyalətləri və Cənubi Azərbaycana öz müqəddəratını təyin etmək hüququ
verilməsinə, «İraniyane mütərəqqi» partiyası isə İranda milli azlıqların (qeyri-
farsların) ibtidai məktəbdə ana dilində təhsil almasının tərəfdarı idi (22, 74).
Güney Azərbaycanda nəşr olunan bu mətbuatdan başqa Bakıda İran sosial-
demokratlarının «Ədalət» partiyasının orqanı olan və iki dildə Azərbaycan və
fars dillərində nəşr olunan «Beyrəqi ədalət» (1917-1922) adlı ədəbi-siyasi
jurnalı fəaliyyət göstərirdi. «Ədalət» partiyasının əsasən Azərbaycan dilində
nəşr olunan «Hürriyyət» (1919-1920) qəzeti də nəşr olunurdu. 1918-ci ilin
əvvəllərindən başlayaraq Güney Azərbaycan inqilabçılarının köməyi və
C.C.Pişəvərinin (Cavadzadənin) rəhbərliyi ilə nəşr olunan «Azərbaycan» və
«Hümmət» qəzetləri də Təbrizə göndərilirdi. Şübhəsiz ki, Bakıdan göndərilən
bu mətbuat və digər nəşr nümunələri Xiyabani hərəkatına təsirini göstərmişdi.
Birinci cahan müharibəsi başlayandan sonra Çar Rusiyasının İrana təzyiqi
azalır və az keçmir ki, Güney Azərbaycanda milli mətbuatın nəşri başlanır.
1917-ci ildən başlayaraq mətbuat aləmində mütərəqqi dəyişiklər baş verir. Bu
sözsüz ki, qonşu Rusiyada baş verən fevral inqilabı və Quzey Azərbaycandakı
olayların təsiri ilə də bağlı idi.
Bu dövrdə Güney Azərbaycanda «Təcəddüd» və «Azadistan»la yanaşı
Dostları ilə paylaş: |