72
başlığı ilə müxtəlif imzalarla, əsasən «Dəxo» imzası ilə felyetonlar yazır və
bununla da yeni sadə fars nəsrinin ən gözəl nümunələrini yaradırdı.
Qəzetdə o, satirik parodiyalarda çox cəsarətlə müasir dövrdə baş verən
hadisələri ifşa edə bilirdi. Yuxarıların apardığı ikiüzlü siyasəti, ruhanilərin
qaragüruhçuluğunu, dövlət işlərinə qarışmasını satirik dillə qələmə alırdı. Eyni
zamanda Dehxudanın və xalqı tərənnüm edən şeirləri də var idi. Amma onun ən
çox müraciət etdiyi mövzu 1906-11-cı illərdə baş verən inqilab hadisələri idi.
O, canlı danışıq dilindən istifadə edərək felyetonlar yazırdı.
Təbii ki, Dehxudanın da satirasının inkişafına Cəlil Məmmədquluzadənin
müsbət təsiri olmuşdur. Gündəlik ictimai-siyasi mövzuları satiraya gətirmək,
xalqın dilində yazmaq şərəfi Dehxudaya nəsib olmuşdur ki, məhz bu xətlərlə o,
«Molla Nəsrəddin»ə bağlanırdı və bu həqiqəti Dehxuda özü iftixar hissi ilə
qeyd edirdi. Onun Mirzə Cəlilin «İranda hürriyyət», «Dəmdəməkiyə cavab» və
s. təsiri altında namfletər yazmışdır.
Hətta onun «Molla Nəsrəddin»ə xitabən azərbaycanca bir şeiri də vardır.
Əhməd Kəsrəvi «Tarixi məşruteyi İran» əsərində yazırdı: «Dehxudanın
«Çərənd pərənd» başlığı ilə yazdığı felyetonlar öz ideyası və üslub
xüsusiyyətləri ilə «Sure-İsrafil»i Qafqaz «Molla Nəsrəddin»inə və Tərbiz
«Azərbaycan»ına oxşadır. Oxucular qəzetin bu hissəsinə can atır, onun rəvac
tapmasının əsas səbəbi də həmin yazılar idi» (62, 35).
«Sure-İsrafil»də Dehxudanın iştirakı onun ideya istiqamətini demokratik
yöndə daha da möhkəmləndirməklə bərabər ədəbi dəyərini də yüksəltmişdir.
Tanınmış şərqşünas Bertels Dehxuda haqda yazırdı ki: onun satirası hədəfə
sərrast atəş açması və kəskinliyi ilə fərqlənir.
Dehxudanın satirası mütləqiyyətin, feodalizmin, zülmün, riyakar
ruhanilərin əleyhinə yönəlmişdi. Həqiqi bir maarifçi kimi, Dehxuda bütün
bunlarla birlikdə İranda qadınların hüquqsuzluğu əleyhinə ardıcıl mübarizə
aparırdı.
Mürtəce ruhanilər Dehxudanın felyetonlarında dinə sataşdığını bəhanə
edərək onu təkfir etmək istəmişlər. Dehxuda «Sure-İsrafil»in səhifələrində
73
onlara layiqincə cavab vermiş, islamiyyətdə müsəlmanlıqla şahlığın bir yerə
sığa bilməməsini dinə və şəriətə əsaslanaraq göstərmişdir.
Xalqa xəyanət edənlərin səyi nəticəsində məclis bağlandıqdan sonra
Dehxuda Məmmədəli şahın cəlladlarının əlindən qurtulub İngiltərə səfirliyinə
sığındı və səfirin vasitəçiliyi ilə ölkəni tərk etdi. Dehxuda əvvəlcə İsveçrəyə
yollandı, orada İverdon şəhərində «Sure-İsrafil»in nəşrini bərpa etdi. Cəmin 4
sayını çıxara bildi.
Bu saylarda da «Sure-İsrafil» öz prinsipial mövqeyində dayanır. İrandakı
üsul-idarəni damğalayırdı. Dostu və məsləkdaşı Cahangirxan Şirazinin ölümünə
həsr etdiyi şeirini Dehxuda qəzetin 3-cü sayında nəşr etmişdir. Bu şeir dövrün
şairləri tərəfindən böyük maraqla qarşılanmışdır.
1909-cu illərdə isə Türkiyədə yaşayıb orada «Suriş» adlı bir qəzet
çıxarmağa nail oldu.
E.Braun həmin qəzetin İstambulda iranlıların «Səadət» cəmiyyəti
tərəfindən çıxarıldığının, redaktorlarının Seyid Məhəmməd Tofiqlə bərabər Əli
Əkbər Dehxuda olduğunu qeyd edir. Çox maraqlıdır ki, tədqiqatçı qəzetin
əməkdaşları arasında Əhməd bəy Ağayevin də adını çəkir (60, 83).
Dehxuda Məhəmmədəli şah devriləndən sonra İrana qayıtmış, xalq
tərəfindən məclisə nümayəndə seçilmişdir. Onun bir sıra əsərləri, o cümlədən
50 cildlik «Lüğətnameyi-Ələkbər Dehxuda» kitabı dəyərli mənbələrdən sayılır.
Kitabda Azərbaycan satirasının bir çox görkəmli nümayəndələrinin əsərlərinə
də geniş yer verilir.
74
«NALEYİ-MİLLƏT», «İSTİQLAL», «HƏŞƏRATÜL ƏRZ»
QƏZETLƏRİ
Məşrutə inqilabı dövründə bir-birinin ardınca «Naleyi-millət», «İstiqlal» və
«Həşərətül-ərz» adlı dəyərli mətbu orqanları çap olunurdu. Onların hər üçünün
redaktoru Mirzə Ağa Təbrizi (Münşibaşı) idi.
Mirzə Ağa Təbrizi M.F.Axundovun komediyalarının təsiri altında Cənubi
Azərbaycanda ilk səhnə əsərləri meydana gətirmişdi. O, 1871-ci ildə özünün
dörd pyesini yazmaqla bu janrın Cənubi Azərbaycanda və eləcə də İranda ilk
nümunələrini yaratmış, dramaturgiyanın əsasını qoymuşdur (36).
Mirzə Ağa Təbrizinin mükəmməl təhsili olmuşdur. O, fars və ərəb dillərini
mükəmməl bilməklə bərabər, fransız dilini də yaxşı mənimsəmişdir. Bir müddət
İstanbul, Hələb və digər ölkələrdə səfirlik nümayəndəsi, Tehranda Fransa
səfirliyində mütərcim və münşi (katib – P.M.) kimi vəzifələrdə işləmişdir.
Tehranda darülfünunda müəllimlik etmişdir. Həmin dövrdə «Risaleyi-
əxlaqiyyə» («Əxlaq haqqanda risalə») adlı bir əsər yazmışdır. Bu kitab dərsluk
və müəllimlər üçün dərs vəsaiti kimi, Azərbaycan maarifinin tarixdə
əhəmiyyətli yer tutur (Antologiya, I c., 301).
«Həşəratül-ərz» qəzeti Mirzə Ağa Təbrizinin redaktorluğu ilə 1908-ci ildə
Təbrizdə işıq üzü görmüşdür. Həftəlik nəşr edilən bu qəzetdə rəngli, komik
şəkillərə də rast gəlmək olurdu. Cənubi Azərbaycanda «Azərbaycan»
dərgisindən sonra dərc olunan ikinci satirik mətbu orqanı idi. Qəzetdə rəssamlıq
işlərini «Azərbaycan» dərgisində illüstrasiyalarla çıxış edən Tahirzadə Behzad
yerinə yetirirdi.
Qəzetdə təsvir olunan karikaturalar gülüş və məsxərə hissi yaratdığı qədər
də əzici və ayıldıcı xarakter daşıyırdı. Bu karikaturalar Məhəmmədəli Mirzədən
tutmuş ən aşağı vəzifəli dövlət məmuruna kimi, hamının canına vəlvələ salırdı.
Bu rəsmlərin müəllifi Behzad Tahirzadə öz xatirələrində yazırdı: Bir gün
Məşrutə inqilabından söhbət gedərkən qardaşım söhbətarası dedi ki, Mərənd
şəhərində polis tərəfindən məlum oldu ki, məmurlar şahın karikaturasını çəkmiş
Dostları ilə paylaş: |