Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

 
69 
üçüncü nömrədən «heyəti-idarəyi-Fəryad» yazılır. Beləliklə, daha müntəzəm bir 
quruluşa malik olan redaksiya qəzeti dolğun və daha maraqlı şəkildə çıxarmağa 
nail olur. Məhz bundan sonra vətənpərvərlik hisslərinin təbliği, ana dilinin milli 
varlıq kimi qorunması zərurəti qəzetdə daha ardıcıl davam etdirilir. 
Qəzetin dördüncü nömrəsində verilən şüar aşağıdakı beytdən ibarətdir: 
Vətən-vətən deyərək can verən əalinin 
Qülubi-əhli vətən qəbri-biməhabətidir. 
Beşinci nömrədəki şüar həmin şeirin, daha doğrusu, qəzəlin davamıdır: 
Şəfəq deyil qızaran səfheyi-səmadə bu şəb, 
Cərihəli vətənin əksi-xuni-möhnətidir. 
«Fəryad»  qəzetinin  ikinci  sayındakı  baş  məqalədə  Urmiyanın  ehtiyaclı 
fərdlərindən söz açılır:  
«Çoxdandır, Urmiyanın könlü şad olmur, 
Dərddən  xatiri azad olmur, 
Bir çox gizli dərdləri var, lakin 
Biçarənin dili olmadığından fəryadı da yoxdur». 
Qəzetin getdikcə mövzu dairəsi genişlənir, məqalələrin məzmunu dərinləşir 
və  tənqid  hədəfinə  daha  sərbəst  atəş  açırdı.  İnqilabi  hərəkatı  ardıcıl  izləyən 
qəzet  inqilab  xadimlərinin  Təbriz  Əyaləti  Əncümənində,  məscidlərdə  və 
mitinqlərdəki  atəşin  nitqlərini  öz  səhifələrində  tez-tez  dərc  edirdi.  Məşrutə 
inqilabının  məşhur  natiqlərindən  Mirzə  Cavad  Natiqin  daxili  irtica  və  xarici 
imperialistlərə  qarşı  etdiyi  məşhur  nitqlərindən  birini  «Fəryad»  qəzeti  özünün 
aşağıdakı cümlələrilə bitirirdi: 
«Bu  qədər  kifayət  deyil  ki,  bizim  məadinimiz,  məmləkətimizin  sərvəti-
təbiiyyəsi, dövləti-xudadəsi, millətimizin ruhu əcnəbilər, biganələr əlinə keçə?.. 
Mərzayi-müslimini ingilislər, amerikalılar müalicə və pərəstarlıq eləyirlər, aya, 
buna sizin həmiyyətiniz riza verir?..» 
«Fəryad»  öz  səhifələrində  iki  hissəyə  bölünmüş  Azərbaycanın  ictimai-
siyasi,  iqtisadi,  mədəni  vəziyyətini  müqayisə  edir  və  Şimali  Azərbaycanın  az 
müddət  içərisində  Cənubi  Azərbaycana  nisbətən  sürətlə  tərəqqi  etdiyini 


 
70 
göstərirdi: 
«Qafqaz  türkləri,  qulaqlarınızın  dibindəki  qafqazlılar  sizinlə  bir  qövmdən, 
bir irqdən, bir din və məzhəbdən, hasili bir evin övladından olduqları  halda, bu 
axırıncı  bir  neçə  il  müddətində  baxınız  nə  oldular?  Meydani-müsabiqəyi-
tərəqqidə haralara qədər getdilər. 
Az müddət qabaq Qafqazda türk dediyin millət nədir, tərəqqi nədir, mütləq 
bilməzdilər.  İndi  isə  qeyrət,  həmiyyət  siyasətində  çox  az  müsəlman  kəndi  var 
ki,  orada  müsəlmanların  özlərinə  məxsus  bir  mədrəsə,  ya  bir  qəraətxanələri 
olmasın. 
Nə üçün siz hərəkatınızı onlara tətbiq etmirsiniz? 
İran  hökuməti  ilə  Rusiya  hökuməti  ikisi  bir  məsləkdə,  bir  xətti-hərəkət 
təqib  etdikləri  halda  siz  türklər  hərəkati-mücahidəkaranənizi  Qafqaz  mücahid 
cavanlarının  hərəkatına  nə  üçün  uydurmursunuz?  Onların  getdikləri  və  bu 
dərəcəyə qədər müvafiq olduqları yol ilə nə üçün getmirsiniz?» (82, 1907, №9). 
«Fəryad»  qəzetində  bədii  ədəbiyyata,  xüsusilə  vətənpərvərlik  mövzusunda 
yazılmış  şeirlərə  xüsusi  yer  verilmişdir.  Bu  şeirlərin  çoxunun  müəllifi  məlum 
olmasa  da,  onların  yetkin  qələmə  malik  olan,  vətənpərvər  şairlər  tərəfindən 
yazıldığı məlumdur. 
Vətənin  istiqlaliyyəti,  xalqın  azadlığı  yolunda  fədakarlığa  çağıran 
şeirlərdən biri də qəzetin 21-ci nömrəsində C.X.imzası ilə dərc olunmuşdu: 
Vətən yolunda şəhadət böyük səadətdir, 
Səadəti-əbədi istəsən şəhadətdir! 
...Rəhi-vətəndə o tən kim qızıl qana boyana, 
Bəsani-lalə gülüstani-eşqə zinətdir. 
Həmin nömrədə Səid Səlmasinin bir  şeiri də çap edilmişdir. Həmin şeirdə  
dövrün  inqilabi  hadisələrinə  uyğun  olaraq  vətən  övladının  azadlıq  uğrunda 
canını qurban verməyə çağırış ruhu hakimdir: 
Məqsudumuz xalisi-vətəndir, vətən, vətən, 
Uğrunda hazırıq ki, edək bəzli-canu tən!.. 
Bundan  əlavə,    tədqiqatçıların  qənaətinə  görə,  «Fəryad»  qəzetində  dərc 


 
71 
olunan  vətənpərvərlik  ruhlu  şeirlərin  çoxu  Səid  Səlmasinin  qələminin 
məhsuludur. 
«Fəryad» qəzeti məşrutə dövrünün mətbuatında özünəməxsus yer tutan bir 
orqan idi. 
«SURE-İSRAFİL» QƏZETİ 
(İSRAFİLİN NEYİ) 
 
Məşrutə fərmanı verildikdən 9 ay sonra Tehranda «Sure-İsrafil» adlı qəzet 
nəşr  olunmağı  başladı.  Qəzetin  imtiyaz  sahibi  və  naşiri  Mirzə  Qasım  xan 
Təbrizi, redaktorları Cahangirxan Şirazi və Ələkbərxan Dehxuda idi. 
Mirzə  Cahangirxanın  məqalələri  əsasən  hökumət  başçılarının  əcnəbi 
dövlətlərə satılıb ölkəyə xəyanətinin kəskin tənqidinə həsr edilmişdi. Buna görə 
də  yuxarı  dövlət  məmurlarından  tutmuş  şahın  özü  də  daxil  olmaqla    ona  kin 
bəsləyir  və  məhvinə  çalışırdılar.  Məhz  buna  görə  də  Məclisi  topa  tutulduqdan 
sonra  tutulub  Bağşahda  həbs  olunan  Mirzə  Cahangirxanı  Məmmədəli  şah  bir 
gün keçdikdən sonra edam etdi. 
Ə.Dehxuda  gənclik  illərində  Avropa  ölkələrində  səfir  işləyən  qohumu 
M.Qəffari ilə xaricə rollanır. Orada Avropa dillərini öyrənir, elmlə məşğul olur. 
İrana  qayıtdıqdan  sonra  inqilabi  hərəkatda  yaxından  iştirak  edir.  «Sure-İsrafil» 
qəzeti ilə əməkdaşlıq edib siyasi məsələlərə dair ironik qeydlər hazırlayırdı. 
Dehxudanın  mükəmməl  təhsili,  Avropa  ölkələrində  bir  neçə  il  qalması, 
Azərbaycan  dili  vasitəsilə  Qafqaz  mətbuatı,  xüsusilə  «Molla  Nəsrəddin»lə 
yaxından  tanışlığı  onun  satirasında  demokratik  məzmunun  daha  da 
güclənməsinə,  ölkənin  və  xalqın  dərdlərini  və  ehtiyacını  düzgün  başa  düşüb 
göstərməsinə,  bir  sözlə,  satira  atəşinin  sərrastlığına  kömək  etmişdir.  Bu 
satiranın gücü bir də onun optimist, nikbin ruhda olması idi. Dehxuda ölkəsinin 
və  xalqının  hər  bir  mənfi  cəhətini  tənqid  atəşinə  tutduğu  halda,  onun  işıqlı 
gələcəyinə,  səadətinə  sarsılmaz  ümid  bəsləyir  və  bu  ümidi  öz  oxucusuna 
aşılamağı bacarırdı. 
Ələkbərxan  Dehxuda  «Sure-İsrafil»də  «Çərənd  pərənd»  (Ordan-burdan) 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə