Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə24/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

 
72 
başlığı  ilə  müxtəlif  imzalarla,  əsasən  «Dəxo»  imzası  ilə  felyetonlar  yazır  və  
bununla da yeni sadə fars nəsrinin ən gözəl nümunələrini yaradırdı. 
Qəzetdə    o,  satirik  parodiyalarda  çox  cəsarətlə  müasir  dövrdə  baş  verən 
hadisələri  ifşa  edə  bilirdi.  Yuxarıların  apardığı  ikiüzlü  siyasəti,  ruhanilərin 
qaragüruhçuluğunu, dövlət işlərinə qarışmasını satirik dillə qələmə alırdı. Eyni 
zamanda Dehxudanın və xalqı tərənnüm edən şeirləri də var idi. Amma onun ən 
çox  müraciət  etdiyi  mövzu  1906-11-cı  illərdə  baş  verən  inqilab  hadisələri  idi. 
O, canlı danışıq dilindən istifadə edərək felyetonlar yazırdı. 
Təbii  ki,  Dehxudanın  da  satirasının  inkişafına  Cəlil  Məmmədquluzadənin 
müsbət  təsiri  olmuşdur.  Gündəlik  ictimai-siyasi  mövzuları  satiraya  gətirmək, 
xalqın dilində yazmaq şərəfi Dehxudaya nəsib olmuşdur ki, məhz bu xətlərlə o, 
«Molla  Nəsrəddin»ə  bağlanırdı  və  bu  həqiqəti  Dehxuda  özü  iftixar  hissi  ilə 
qeyd edirdi. Onun Mirzə Cəlilin «İranda hürriyyət», «Dəmdəməkiyə cavab» və 
s. təsiri altında namfletər yazmışdır. 
Hətta onun «Molla Nəsrəddin»ə xitabən azərbaycanca bir şeiri də vardır. 
Əhməd  Kəsrəvi  «Tarixi  məşruteyi  İran»  əsərində  yazırdı:  «Dehxudanın 
«Çərənd  pərənd»  başlığı  ilə  yazdığı  felyetonlar  öz  ideyası  və  üslub 
xüsusiyyətləri  ilə  «Sure-İsrafil»i  Qafqaz  «Molla  Nəsrəddin»inə  və  Tərbiz 
«Azərbaycan»ına  oxşadır.  Oxucular  qəzetin  bu  hissəsinə  can  atır,  onun  rəvac 
tapmasının əsas səbəbi də həmin yazılar idi» (62, 35). 
«Sure-İsrafil»də  Dehxudanın  iştirakı  onun  ideya  istiqamətini  demokratik 
yöndə daha da möhkəmləndirməklə bərabər ədəbi dəyərini də yüksəltmişdir.  
Tanınmış şərqşünas Bertels Dehxuda haqda yazırdı ki: onun satirası hədəfə 
sərrast atəş açması və kəskinliyi ilə fərqlənir. 
Dehxudanın  satirası  mütləqiyyətin,  feodalizmin,  zülmün,  riyakar 
ruhanilərin  əleyhinə  yönəlmişdi.  Həqiqi  bir  maarifçi  kimi,  Dehxuda  bütün 
bunlarla  birlikdə  İranda  qadınların  hüquqsuzluğu  əleyhinə  ardıcıl  mübarizə 
aparırdı. 
Mürtəce  ruhanilər  Dehxudanın  felyetonlarında  dinə  sataşdığını  bəhanə 
edərək  onu  təkfir  etmək  istəmişlər.  Dehxuda  «Sure-İsrafil»in  səhifələrində 


 
73 
onlara  layiqincə  cavab  vermiş,  islamiyyətdə  müsəlmanlıqla  şahlığın  bir  yerə 
sığa bilməməsini dinə və şəriətə əsaslanaraq göstərmişdir. 
Xalqa  xəyanət  edənlərin  səyi  nəticəsində  məclis  bağlandıqdan  sonra 
Dehxuda  Məmmədəli  şahın  cəlladlarının  əlindən  qurtulub  İngiltərə  səfirliyinə 
sığındı  və  səfirin  vasitəçiliyi  ilə  ölkəni  tərk  etdi.  Dehxuda  əvvəlcə    İsveçrəyə 
yollandı,  orada  İverdon  şəhərində  «Sure-İsrafil»in  nəşrini  bərpa  etdi.  Cəmin  4 
sayını çıxara bildi. 
Bu  saylarda  da  «Sure-İsrafil»  öz  prinsipial  mövqeyində  dayanır.  İrandakı  
üsul-idarəni damğalayırdı. Dostu və məsləkdaşı Cahangirxan Şirazinin ölümünə 
həsr  etdiyi  şeirini  Dehxuda  qəzetin  3-cü  sayında  nəşr  etmişdir.  Bu  şeir  dövrün 
şairləri tərəfindən böyük maraqla qarşılanmışdır. 
1909-cu  illərdə  isə  Türkiyədə  yaşayıb  orada  «Suriş»  adlı  bir  qəzet 
çıxarmağa nail oldu. 
E.Braun  həmin  qəzetin  İstambulda  iranlıların  «Səadət»  cəmiyyəti 
tərəfindən çıxarıldığının, redaktorlarının Seyid Məhəmməd Tofiqlə bərabər Əli 
Əkbər  Dehxuda  olduğunu  qeyd  edir.  Çox  maraqlıdır  ki,  tədqiqatçı  qəzetin 
əməkdaşları arasında Əhməd bəy Ağayevin də adını çəkir (60, 83). 
Dehxuda  Məhəmmədəli  şah  devriləndən  sonra  İrana  qayıtmış,  xalq 
tərəfindən  məclisə  nümayəndə  seçilmişdir.  Onun  bir  sıra  əsərləri,  o  cümlədən 
50 cildlik «Lüğətnameyi-Ələkbər Dehxuda» kitabı dəyərli mənbələrdən sayılır. 
Kitabda    Azərbaycan  satirasının  bir  çox  görkəmli  nümayəndələrinin  əsərlərinə 
də geniş yer verilir. 


 
74 
«NALEYİ-MİLLƏT», «İSTİQLAL», «HƏŞƏRATÜL ƏRZ» 
QƏZETLƏRİ 
 
Məşrutə inqilabı dövründə bir-birinin ardınca «Naleyi-millət», «İstiqlal» və 
«Həşərətül-ərz» adlı dəyərli mətbu orqanları çap olunurdu. Onların hər üçünün 
redaktoru Mirzə Ağa Təbrizi (Münşibaşı) idi. 
Mirzə  Ağa  Təbrizi  M.F.Axundovun  komediyalarının  təsiri  altında  Cənubi 
Azərbaycanda  ilk  səhnə  əsərləri  meydana  gətirmişdi.  O,  1871-ci  ildə  özünün 
dörd  pyesini  yazmaqla  bu  janrın  Cənubi  Azərbaycanda  və  eləcə  də  İranda  ilk 
nümunələrini yaratmış, dramaturgiyanın əsasını qoymuşdur (36). 
Mirzə Ağa Təbrizinin mükəmməl təhsili olmuşdur. O, fars və ərəb dillərini 
mükəmməl bilməklə bərabər, fransız dilini də yaxşı mənimsəmişdir. Bir müddət 
İstanbul,  Hələb  və  digər  ölkələrdə  səfirlik  nümayəndəsi,  Tehranda  Fransa 
səfirliyində  mütərcim  və  münşi  (katib  –  P.M.)  kimi  vəzifələrdə  işləmişdir. 
Tehranda  darülfünunda  müəllimlik  etmişdir.  Həmin  dövrdə  «Risaleyi-
əxlaqiyyə» («Əxlaq haqqanda risalə») adlı bir əsər yazmışdır. Bu kitab dərsluk 
və  müəllimlər  üçün  dərs  vəsaiti  kimi,  Azərbaycan  maarifinin    tarixdə 
əhəmiyyətli yer tutur (Antologiya, I c., 301). 
«Həşəratül-ərz» qəzeti Mirzə Ağa Təbrizinin redaktorluğu ilə 1908-ci ildə 
Təbrizdə  işıq  üzü  görmüşdür.  Həftəlik  nəşr  edilən  bu  qəzetdə  rəngli,  komik 
şəkillərə  də  rast  gəlmək  olurdu.  Cənubi  Azərbaycanda  «Azərbaycan» 
dərgisindən sonra dərc olunan ikinci satirik mətbu orqanı idi. Qəzetdə rəssamlıq 
işlərini «Azərbaycan» dərgisində  illüstrasiyalarla çıxış edən Tahirzadə Behzad 
yerinə yetirirdi. 
Qəzetdə  təsvir olunan karikaturalar gülüş və məsxərə hissi yaratdığı qədər 
də əzici və ayıldıcı xarakter daşıyırdı. Bu karikaturalar Məhəmmədəli Mirzədən 
tutmuş ən aşağı vəzifəli dövlət məmuruna kimi, hamının canına vəlvələ salırdı. 
Bu  rəsmlərin  müəllifi  Behzad  Tahirzadə  öz  xatirələrində  yazırdı:  Bir  gün 
Məşrutə  inqilabından  söhbət  gedərkən  qardaşım  söhbətarası  dedi  ki,  Mərənd 
şəhərində polis tərəfindən məlum oldu ki, məmurlar şahın karikaturasını çəkmiş 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə