Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə26/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   22   23   24   25   26   27   28   29   ...   63

 
79 
S.C.Pişəvərinin  rəhbərliyi  ilə  «Azərbaycan»  (1918),  Ə.Cahanşahinin 
redaktorluğu  ilə  «Mərifət»  (1919),  Təbrizdə  «Loğmaniyyə»  məktəbi  tərəfindən 
«Ədəb» (1919), Məsumzadənin redaktorluğu ilə «Bəride-şimal» (1921), İsmayl 
Mühəndisinin  naşiri  olduğu  «Sədeh»  (1922),  M.Tərbiyətin  redaktorluğu  ilə 
«Gəncineyi-maarif» (1922) və digər mətbu orqanları nəşr olunurdu. 
O  dövrdə  Güney  Azərbaycanın  maarif  naziri  olan  görkəmli  ictimai  xadim 
Məmmədəli  Tərbiyətin  dərc  etdiyi,  aydı  iki  dəfə  çıxan  «Gəncineyi-maarif» 
dərgisində  maarif  və  mədəniyyət  məsələləri  ilə  yanaşı,  ədəbi  və  bədii 
nümunələrə də geniş yer verilirdi. 
«Ədəb»  qəzetinin  redaktoru  Əhməd  xan  Ruhi  qəzetdəki  yazılarında 
maarifin  elmlərin  inkişafı  üçün  sərbəst  fikrə  və  şüura  malik  olmağı  təlqin 
edirdi. 
O  illərdə  Azərbaycanda  yayınlanan  mətbu  orqanlarında  Xiyabani  ənənəsi 
hiss  olunurdu.  Xalqı  oyadıb  onları  öz  ictimai  huquqları  ilə  tanış  etməkdə 
mühüm  rol  oynayan  mətbuat,  ölkədə  ümumi  savadsızlığın  ləğv  edilməsi, 
maarifin geniş vüsət alması və mədəniyyətin inkişafına böyük təsir göstərirdi. 
1917-1921-ci  illər  arasında  Güney  Azərbaycanda  20-dən  artıq  yaxın 
müxtəlif istiqamətli mətbu orqanları çap olunurdu. 
Həmin  dövrdə    Güney  Azərbaycanın  dövrü  mətbuatında  bir  çox  görkəmli 
yazıçı və publisistlər mətbuatın həm yaradıcısı, həm də təşkilatçısı olmuşlar. 
I  dünya  savaşından  sonra  İranda  və  Cənubi  Azərbaycanda  üsyanlar  baş 
vermişdi.  Hələ  gənc  yaşlarında  Məşrutə    hərəkatında  iştirak  edən  və  onun 
öndərlərindən  biri  olan  Ş.M.Xiyabani  sonralar  Güney  Azərbaycan  və  İran 
tarixində  ilk  dəfə  olaraq  demokratik  partiya,  demokratik  rejim  yaratmağa  nail 
oldu.  Xiyabani  1918-ci  ilin  mart  ayında  «Azərbaycan  Demokratik  Firqəsini» 
(partiyasını)  yaratdı.  1920-ci  ilin  7  aprelində  isə  «Azadistan  dövlətini»  qurub 
onun müstəqilliyini elan etdi. 
Məhəmməd 1879-cu ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində anadan 
olmuş, ilk təhsilini köhnə məktəbdə aldıqdan sonra Rusiyanın Petrovski (indiki  
Mahaç-qala) şəhərinə gəlmiş və  ticarət işində atasına kömək etmişdir.  


 
80 
Məşrutə  inqilabının  məğlubiyyətindən  sonra  bir  neçə  il  Petrovsk  və 
Vladiqafqazda    yaşayan  Xiyabaniyə  Rusiyadakı  inqilabi  hərəkatın  yüksəlişi  
böyük təsir göstərmişdi. 
Ölkədəki  vəziyyəti  görən  Xiyabani  müvəqqəti  olaraq  açıq  siyasi 
fəaliyyətdən  çəkinmək  və  gizli  işə  keçmək  qərarına  gəlir.  İki-üç  il  yalnız 
Təbrizdə  deyil,  İranın  digər  şəhərlərində  də  gizli  təbliğat  aparan  Xiyabani  və 
onun məsləkdaşları, 1917-ci ilin fevralından açıq fəaliyyətə keçdilər. 
Xiyabani  Rusiyada  olarkən  rus  dilini  öyrənmiş,  çoxlu  ədəbiyyat  oxumuş,  
rus  siyasi  düşüncəsi  ilə  tanış  olmuşdu.  O,  Quzey  Azərbaycanda  yaşayan 
Güneylilərin durumunu  yaxından öyrənmiş,  Bakıda  yerli sosial-demokratlar ilə 
əlaqələr qurmuşdu. 
Müəyyən fasilələrlə səkkiz ilə yaxın Rusiya və Qafqazda yaşayan Xiyabani 
yerli  xalqın  və  dünyanın  digər  xalqlarının  milli-azadlıq  dərsləri  təcrübəsini 
mənimsəyərək peşəkar bir ideoloq kimi yntişmişdi. 
Rusiya  həyatı  ağıllı  gənc  olan  Xiyabaninin  dünyagörüşünün  formalaşma-
sında  böyük  rol  oynamışdı.  Bir  müddət  Petrovskda  yaşadıqdan  sonra  Xiyabani 
təhsil almaq üçün yenidən Təbrizə qayıdır. Burada ruhani təhsili alan Xiyabani 
uzun  və  inadlı  şəxsi  mütaliə  nəticəsində  ictimai  elmlərə  yiyələnmiş,  fəlsəfə, 
tarix,  iqtisadiyyat,  təbiət  elmləri,  riyaziyyat  və  ədəbiyyat  sahəsində  hərtərəfli 
biliyə malik olmuş, türk, ərəb, fars, rus və fransız dillərində təmiz danışmışdır. 
O illərdə Xiyabani Demokrat Firqəsinin (Partiyasının) Azərbaycan şöbəsini  
qurur.  Az  sonra  o,  partiyanın  adını  Azərbaycan  Demokrat  Firqəsinə  (ADF) 
çevirərək Tehrandan ayrılıb müstəqil şəkildə fəaliyyət göstərir. 
ADP 450 nümayəndənin iştirakı ilə  keçirdiyi qurultayında qətnamə qəbul 
edərək  Tehrana  dörd  tələb  irəli  sürdü.  1.Demokratik  dəyişikliklər,  o  cümlədən 
torpaq  islahatı;  2.Tehranda  Milli  məclisin  yenidən  qurulması;  3.Əyalət 
əncümələrinin  yenidən  qurulması;  4.Məşrutənin  bütün  qurumları  ilə  birgə 
qüvvəyə minməsi. 
ADP  həmin  qətnamədən  sonra  Azərbaycanın  bütün  vilayətlərində 
təşkilatlanmağa  başladı.  «Xiyabani    nitqləri  və  məqalələri  ilə  Azərbaycan 


 
81 
xalqını  milli  mücadiləyə  ruhlandırırdı.  Xiyabani  hesab  edirdi  ki,  Azərbaycana 
Tehran  tərəfindən  haqsızlıq  edilmişdir.  Tehran  bu  haqsızlığa  və  ədalətsizliyə 
son  qoymalıdır.  Xiyabani  Azərbaycanın  problemlərinin  Konstitusiyasının 
qüvvəyə  minməsi  və  əyalət  əncümələrinin  qurulması  ilə  çözüləcəyinə  inanırdı. 
ADF  Tehrandan  cavab  gözləmədən  Azərbaycanın  vəziyyətini  yaxşılaşdırmaq 
üçün  tədbirlər  görməyə  başladı.  İlk  növbədə  möhtəkirlik  və  aclıqla  mübarizə 
məqsədilə  bəzi  qurumlar  yaratdı.  Bunlar  aşağıdakılar  idi:  Ərzaq  komissiyası  – 
Bu komissiya əsas ərzaq məhsulu olan çörəyin qiymətini tənzimləyirdi. Məhəllə 
komissiyası  –  Bu  komissiya  məhəllələrdəki  yoxsul  və    az  təminatlı  ailələri 
müəyyənləşdirib  onlara  çörək  çatdırılmasında  Ərzaq  komissiyalarına  yardım 
edirdi. Yoxsullar evi («Darül-məsakin») – Yoxsul, kimsəsiz və qoca adamlar bu 
evlərdə yerləşdirilirdi. Yardım (İanə) komissiyası -  Bu komissiya yosullar üçün 
yardım toplamaqla məşğul olur, bu məqsədlə varlılardan böyük məbləğdə pullar 
alırdı. 
Xiyabani  bu  qurumların  işinə  şəxsən  nəzarət  edir  və  vəzifəsini  pis  yerinə 
yetirən  şəxslərin  adlarını  «Təcəddüd»  qəzetində  dərc  etdirirdi.  Qəzetdə 
həmçinin bütün qurumların statistik hesabatları nəşr olunurdu. Xiyabani rəsmən 
iqtidarda  deyildi,  amma  Azərbaycanda  hər  şeyi  nəzarətində  saxlayırdı.  Bir    ilə  
yaxın  davam  bu  dövr  ərzində  Azərbaycan  faktiki  olaraq  ADP  tərəfindən  idarə 
olunmuşdur» (75, 2006, 29-30). 
1917-ci  ildə  Azərbaycandakı  milli-azadlıq  hərəkatına  rəhbərlik  edən 
Ş.M.Xiyabani hələ Məşrutə inqilabı zamanı həmişə ön cərgədə idi. Xiyabaninin 
siyasi  həyatı  Məşrutə  inqilabı  ilə  başlamışdır.  O,  silahlı  şəkildə  səngərləri 
dolaşıb  mücahidləri  maarifləndirmək  və  ruhlandırmaqla  məşğul  olmuşdu. 
«Xiyabani»  ləqəbini  də  Təbrizin  məşhur  Xiyaban  məhəlləsində  səngər 
vuruşlarında  böyük  cəsarətlə  döyüşdüyünə  görə  almışdı.  İstər  hərbi,  istərsə  də 
diplomatik  məsələlərin  həllində  əsas  simalardan  biri  olan  Xiyabani  məhz  bu 
illərdə ağıllı, tədbirli bir strateg və görkəmli bir dövlət xadimi kimi yetişdi. 
1920-ci  il  aprelin  7-də  Ş.M.Xiyabaninin  rəhbərlik  etdiyi  silahlı  üsyan 
Təbrizdə  qələbə  çaldı.  Güney  Azərbaycan  Azadistan  (Azadlıq  ölkəsi) 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə