107
isə partiya, Lenin, Oktyabr inqilabına mədhiyyə xarakterli əsərlər yazmaqdan
yorulmuş şair və yazısılar yeni bir mühitə düşmüşdülər. Deməli, Cənubi
Azərbaycandakı siyasi proseslər, gündən-günə genişlənən demokratik əhval-
ruhiyyə onlar üçün də ürəkdən olan bir mövzu idi. Odur ki, «Vətən yolunda»
qəzetində çap olunan əsərlərin müəyyən bir hissəsi məzmun cəhətdən cənublu
qələm sahibləri ilə yanaşı Sovet Azərbaycanından getmiş şair və yazıçıların
yaradıcılığında da bir yenilik idi (2, 116).
Qəzet özünə geniş oxucu auditoriyası toplaya bilmişdi. O illərdə «Vətən
yolunda» qəzetinin həm də fəal əməkdaşı olan Qılman İlkin yazırdı ki, «yerli
azərbaycanlılar bu qəzeti özlərinin doğma mətbuatı bilib oxuyur, ondan öyrənir
və onda iştirak edirdilər». Getdikcə yerli ziyalılardan çoxları redaksiyamıza
ayaq açdılar. Qəzetlə bağlı Ən xoş arzu və minnətdarlıqlarını bizə bildirirdilər.
Yerli ziyalılardan ilk tanış olduğumuz adam şair Biriya oldu. Onun qəzetimizin
növbəti sayında çap olunmuş Hitler barədə satirik şeiri Təbrizdə böyük gurultu
ilə qarşılandı. Ondaki satirik təbi hamımızı heyran qoymuşdu. Çox keçmədi ki,
o bizim dayimi müəllifimizə çevrildi. Ondan sonra şəhərin bir çox yaşlı və
cavan şairləri də qəzetin ətrafına toplaşmağa başladı. Bunlardan Əli Fitrət,
Mehdi Çavuşi, Mehdi Etimad, Səfvəd Yəhya Şeyda, Ərdəbildən Balaş
Azəroğlu, Əli Tudə, daha sonralar şairə qızlardan Mədinə Gülgün, Hökumə
Bülluri də bizim qəzetin səhifələrində öz şeirləri ilə çıxış etməyə başladılar (89,
1999, №1, 41).
«Vətən yolunda» qəzetinin Güney Azərbaycan ədəbiyyatında, publisisti-
kasında yeni qələm ordusunun meydana sıxmasında böyük rolu danılmazdır.
«Vətən yolunda» qəzetinin nəzdində «Şairlər məclisi» təşkil olunmuşdu.
«Bütün Cənubi Azərbaycan və İranda şöhrət tapan «Vətən yolunda» az zaman
içərisində Cənubi Azərbaycan şairlərinin ədəbi mərkəzinə çevrildi. Bura gələn
və elmi, ədəbi məsləhətlər alan şairləri bir ədəbi təşkilat altına almaq zərurəti
doğurdu. Məclis təşkil olunmamış cümədən-cüməyə redaksiyaya toplaşan
şairlər ədəbi mübahisələr aparır, tərcümələr edir, öz şeirlərini oxuyurdular.
Bunları təşkilat altına almaq və müəyyən plan üzrə iş aparmaq üçün qəzetin
108
redaktorluğu «Şairlər məclisi»ni təşkil etməyi qərara aldı» (46, 164).
Tarixi və ədəbi ənənələrə söykənən bu ədəbi təşkilat Azərbaycan
ədəbiyyatı tarixinin görkəmli simalarını tanıtdırmaq və müasir şairlərin
yaradıcılığını inkişaf etdirmək məqsədilə təşkil olunmuşdu.
Ədəbi məclis bədii söz sənətinin hörmət və qiymətini özünə qaytarmaqla
bərabər, həm də gələcək fəaliyyəti üçün ətraflı düşünülmüş planlar tərtib edib
həyata keçirməyə başladı.
Məclis «Şairlər məclisi» adı altında aydıq ədəbi məcmuə də hazırlayırdı.
Məcmuənin 1, 2, 3 və 4-cü saylarında yalnız məclis üzvləri deyil, Cənubi
Azərbaycan, həmçinin İranda yaşayan və ana dilində yazan başqa şairlər də
iştirak edirdilər. Məcmuənin 3 və 4-cü sayları 1945-ci ilin noyabr ayında bir
kitab şəklində çap olundu, 424 səhifədən ibarət olan bu kitabda 80-dən çox
şairin 300-dən artıq şeir və poeması toplanmışdı.
«Şairlər məclisi» üzvlərinin və onları əsərlərinin geniş xalq kütlələrinə
tanıtmaq işində «Vətən yolunda» qəzetinin böyük rolu olmuşdur. Qəzetin
səhifələrində Ə.Fitrət, M.Etimad (Milli hökumətinin dövlət himninin sözlərini
yazmışdı), Çavuşi, B.Azəroğlu, İ.Zakir, M.Gülgün və digər məclis üzvlərinin
yazdıqları əsərlərdən əlavə yaradıcılıqları haqqında da məqalələr verilirdi.
Getdikcə sıralarına daha çox üzv cəlb edilən «Şairlər məclisi»nin təsiri
altında başqa şəhərlərdə də ədəbi hərəkat canlanmağa başlamışdı. Klassik və
çağdaş Azərbaycan şeir ənənələrini dərindən öyrənən məclis üzvlərinin
yaradıcılığında böyük yeniliklər nəzərə çarpırdı.
Təbrizdə və Zəncanda «Şairlər məclisi», Ərdəbildə, Urmiyada «Yazıçılar
məclisi», Əhər, Mərənd, Sarab, Marağa şəhərlərində bunların şöbələri təşkil
olunurdu. Bu məclislərdə ədəbi irsin öyrənilməsi yeni inkişaf mərhələsində
ədəbiyyatın müxtəlif problemləri müzakirə edilir, yeni əsərlər oxunurdu.
Ənvər Məmmədxanlı «Vətən yolunda» qəzetinin hər iki taylı ziyalıların
təsirini qiymətləndirərək yazırdı: «Təbriz ziyalılarının redaksiyamız ətrafında
toplanması qarşılıqlı olaraq hər iki tərəfə çox xeyir verdi. Biz Cənubi
Azərbaycanı onların vasitəsilə daha dərindən öyrəndik. Onlardan «Vətən
109
yolunda» qəzetinin Azərbaycanda yerinə yetirdiyi bir çox xidmətləri sırasında
müasir Azərbaycan dilinin inkişafı səviyyəsini mənimsəyir, dilin yad tərkibdən
təmizlənməsi proseslərinin nə qədər uğurlu və vacib olduğunu görürdülər (78,
11 may 1990).
«Vətən yolunda» qəzetində dərc olunan materiallar da ikiyə parçalanmış
xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyat küll halında verilirdi.
Qətiyyətlə deyə bilərik ki, 1941-1946-cı illərdə Güney Azərbaycanda milli
ruhun oyanması, milli özünüdərkin bədii inikası «Vətən yolunda» qəzeti ilə
bağlı olmuşdur.
1905-1911-ci illərdə Məşrutə hərəkatı, 1917-1920-ci illərdə Şeyx
Məhəmməd Xiyabani üsyanı zamanı nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-
bədii publisistik yazılar az deyildi. Lakin çap olunan nəzm və nəsr
nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissləri 40-cı illərdəki kimi
qabarıq və güclü deyildi. O illərdə «Vətən yolunda» qəzetinin səhifələrində
ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən
«parçalanmış vətən həsrəti», « ayrılıq» mövzusu yaranırdı.
Uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda- sovetlər
birliyində bolşevik, İranda şah rejimi tərəfindən «ikiyə bölünmüş Azərbaycan
məsələsi» mövzusu yasaq olunmuşdu.
Qəzetin səhifələrində ilk illərdə Süleyman Rüstəmin çap olunmuş
«Təbrizim», «Qalacaq», «Yandı», «Araz qırağında», «Qardaşımın dərdi»,
«Dilimə dəymə», «Vətənim» şerləri, Hilal Nasirinin «Köşki balaban» şerləri
ikiyə parçalanmış millətin faciəsini yada salıb, uzun illər bir-birindən ayrı
düşən qardaşların həsrəti, hicran, ayrılıq dolu hisslərindən ürək ağrısı ilə
danışırdı. Elə o illərdə hər iki taylı Azərbaycanlılar arasında bu günümüzə qədər
gəlib davam edən bir ədəbi hərəkatın əsası qoyulurdu, həsrət və ayrılıq. Bizim
firkimizcə bu hərəkata təkan verən və həmişə onun ön sırasında olub digər
ziyalıların da bu mövzuda yazmağa ruhlandıran şair Süleyman Rüstəm idi...
«Vətən yolunda» qəzetinin redaksiyasına gələn bəzi məktubların
müəllifləri qəzetdə şerləri çıxan Süleyman Hikmətin kim olduğunu bilmək
Dostları ilə paylaş: |