117
və yüksək səviyyəsi ilə seçilirdi.
«Azərbaycan» jurnalını Sovet hakimiyyətinin bütün mövcud olduğu dövrdə
ən maraqlı və milli mənafe baxımından ən əhəmiyyətli nəşr orqanı hesab edən
Cəmil Həsənli yazırdı ki, əvvəla, bu jurnalın hər sayında Güney və Quzey
Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi həyatı, tarixi birlikdə əhatə
olunurdu. İkincisi, jurnal Güney Azərbaycan üçün buraxıldığından Sovet
Azərbaycanında hökm sürən bolşevik ideologiyasının tələblərindən bir qədər
yayınır, Azərbaycan xalqının köklü mənafeyi, taleyi və tarixi ilə bağlı əsas
məsələlərə toxuna bilirdi. Bütöv Vətən, eyni xalq, vahid millət məramı demək
olar ki, «Azərbaycan»ın hər sayından duyulurdu. Azərbaycan tarixinin,
mədəniyyətinin, ədəbiyyatının, sənətinin əsrlər boyu vəhdət şəklində inkişaf
etməsini əyani şəkildə sübuta yetirirdi) (23, 196).
«Şəfəq» məcəlləsi Sovet İttifaqı ilə Mədəni Rabitə Cəmiyyətinin Təbriz
şöbəsi tərəfindən nəşr olunurdu. Onun ilk sayı 1945-ci ilin oktyabr ayında işıq
üzü görmüşdü.
Jurnalda müntəzəm olaraq Təbrizin mədəni həyatında baş verən
dəyişikliklər öz əksini tapırdı, o cümlədən, teatr tamaşaları, aktyorların qastrol
səfərləri və s.
«Şəfəq» məcmuəsi redaksiya heyətinin üzvləri M.Səfvət, Şərifov,
M.Milani və Ə.Dibaiyan idi. S.C.Pişəvəri «Şəfəq»in nəşr olunmasının bir illiyi
münasibətilə redaksiyaya göndərdiyi teleqramda yazmışdı: «Bu məcəllə bir
tərəfdən mədəni rabitə cəmiyyətinin işlərinin canlandırılmasına kömək etmiş,
digər tərəfdən isə İran Azərbaycanının uzun illər boyu xalqa lazımi surətdə
tanıtdırılmamış Məhəmmədəli Tərbiyət, Şeyx Məhəmməd Xiyabani, Mirzə Əli
Möcüz, Şeyx Mahmud Şəbüstəri və bir çox bu kimi tarixi simaları oxuculara
təqdim etmiş və onların xüsusunda məqalələr çap etmişdir… «Şəfəq»in dəyərli
xidmətləri tək bunlarla qurtarmır, bu məsələ eyni zamanda İran Azərbaycanının
görkəmli müasir yazıçı, şair və mətbuat işçilərini də öz ətrafında toplamış,
onların işlərinə kömək etmişdir» (№7, 1946).
Təbrizdə «Azərbaycan şairləri və yazıçıları cəmiyyəti»nin orqanı kimi
118
nəşrə 1946-cı ildə başlayan «Günəş» qarşıya qoyduğu məqsədlər haqqında
yazırdı: «Azərbaycan dilinin qədimliyi və zənginliyi haqqında elmi və tarixi
sənədlərin, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin toplanaraq
oxuculara çatdırılması, Azərbaycanın keçmiş və müasir alim, şair və
ziyalılarının xalqın ədəbi və ictimai fikir tarixində oynadıqları rolun
araşdırılaraq ictimaiyyətə çatdırılması, dünyada baş verən azadlıq və tarixi
nehzətlər (hərəkatlar – P.M.) barəsində məlumatların dərc olunması, oxucuları
dünya klassiklərinin əsərləri ilə tanış etmək kimi məsələlər də qarşıya qoyulmuş
əsas vəzifələrdən olmuşdur (83, 12, №1, 1325).
Təəssüf ki, 1946-cı ildə məcmuənin yalnız bir nömrəsi işıq üzü görmüşdür.
Milli Hökumət dövründə Miyanada Mədəni Rabitə Cəmiyyətinin yerli
orqanı kimi «Vətən» məcmuəsi çap olunmuşdur. Ayda bir dəfə nəşr olunan bu
dərgi elmi, ədəbi və bədii istiqamətlərdə fəaliyyət göstərmişdir (2, 111).
Ümumiyyətlə, 1941-46-cı illər arasında Güney Azərbaycanda çap olunan
qəzet və jurnalların sayı 40-dan artıq idi.
Güney Azərbaycanın ictimai həyatın bütün sahələrdə uğurları, Tehranın
hakim dairələrində böyük təşviş yaradır, İran hökuməti hərəkatı boğmağa
hazırlaşırdı. Mərkəzi hökumət İngiltərə, ABŞ və SSRİ arasındakı
ziddiyyətlərdən istifadə edərək «İran məsələsi»nin BMT-də baxılmasına nail
oldu. ABŞ və İngiltərənin İrana siyasi-hərbi yardım göstərmələri razılığını və
sovet hökumətinin «bitərəfliyi»ni əldə edə bildi. İran hökuməti parlamentə
seçkilərə nəzarət bəhanəsi ilə Azərbaycana qoşun hissələri yeritdi. Dekabrın 12-
də İranın Mərkəzi hökuməti Azərbaycanın Milli hökuməti ilə imzaladığı
anlaşmalarda bu dövləti rəsmən tanısa da, Pəhləvi ordusu Azərbaycana təcavüz
etdi, bununla da Milli Hökumət i süquta yetirdi.
Milli hökumət dövründə fəallıq göstərən kəndli, fəhlə, ziyalı və sahibkarlar
təqiblərə məruz qaldılar. ADF və Milli hökumətin rəhbərləri güllələndilər, dar
ağacından asıldılar. Minlərlə vətənpərvər mühacirət etməyə məcbur oldu.
Onların çox hissəsi Azərbaycan SSR-ə keçdi.
1941-1946-cı illər milli-azadlıq hərəkatının məğlubiyyətinin əsas səbəbi
119
ABŞ, İngiltərə və SSRİ-nin İrandakı siyasətlə bağlı idi. Bu dövlətlər Güney
Azərbaycanının milli-demokratik hökumətini imperiya mənafelərinə qurban
verdilər. Hər üç dövlət imperiyapərəst maraqlarını bütöv bir xalqın taleyindən
üstün tutdu.
Güney Azərbaycandakı milli-azadlıq hərəkatı məcburiyyətə uğrasa da,
ölkənin sonrakı tarixinə çox böyük təsir göstərdi.
«AZƏRBAYCAN» QƏZETİ
(1941-1946)
Azərbaycanda ictimai həyatın demokratikləşməsi burada şəraitin dəyişməsi
ilə müşahidə olunurdu. Azərbaycan dili üzərindən qadağanın götürülməsi, milli
hisslərin azad təzahürü, vətənpərvərlik, milli hisslərin güclənməsi,
azərbaycanlıların milli meylinin kortəbii yüksəlişinin müəyyən istiqamətə
yönəldilməsi, siyasi-ideoloji cəhətdən təşkil olunmasını tələb edirdi. Belə bir
şəraitdə vətənpərvər demokratik və milli ziyalıların nümayəndələri
«Azərbaycan cəmiyyətin»ndə birləşməyi qərara aldılar (41, 109).
Azərbaycanın demokratik nailiyyətlərinin bərpa olunması, azərbaycanlı-
ların milli hüquqlarının təmin edilməsi, dil və mədəniyyətin dirçəlişi məsə ləsi
Azərbaycan Cəmiyyətinin öndə duran vəzifələrindən idi. Cəmiyyətin mətbu
orqanı «Azərbaycan» fars və Azərbaycan dillərində çıxan qəzet idi.
Azərbaycan» qəzeti 1941-ci il noyabrın 1-dən Əli Şəbüstəri və İsmayıl
Şəmsinin redaktorluğu ilə nəşr olunmağa başlayıb. «Azərbaycan» cəmiyyətinin
orqanı olan bu qəzet ilk sayındakı baş məqalədə tutacağı yol və fəaliyyəti haqda
yazırdı: «Azərbaycan»ın seçdiyi yol, mövcud vəziyyətinin, əfkari ümuminin,
habelə xalqın gündəlik ehtiyaclarının aynasına çevrilərək ictimai şüuru
istiqamətləndirmək, onu işıqlandırmaqdır» (71, 1941, №1).
Cəmiyyət mətbu orqanı olan «Azərbaycan» qəzetinin ayrı-ayrı saylarında
siyasi sahədə demokratik konstitusiya və məşrutə üsul-idarəsinin əməldə həyata
keçirilməsini, Vilayət əncüməninin təşkil edilməsini, Milli Məclisdə
nümayəndələrin xalq tərəfindən seçilməsini, hakim sinif və təbəqələrin
Dostları ilə paylaş: |