114
yeni rejimin baş naziri Pişəvəri dəqiq və təsirli təşəbbüslə bir sıra çox lazımi
islahatlar keçirdi. Bunlar torpaq islahatından, fəhlələrin vəziyyətinin yaxşılaş -
dırılması, ictimai işlərin və maarif işlərinin inkişafı tədbirlərindən ibarət idi».
Qərb mətbuatı isə dəfələrlə yazmışdır ki, Pişəvərinin rəhbərlik etdiyi Milli
hökumət il ərzində sanki Güney Azərbaycanda yarım əsrlik fəaliyyət
göstərmişdir.
Ölkədə aparılan islahatlarla əlaqədar milli hökumət müvafiq strukturların
yaradılmasına başladı; aqrar qanun, əmək haqqında qanun, dil haqqında
qanunlar qəbul etdi. Bu qanunda Azərbaycan dili bütün Azərbaycan ərazisində
rəsmi dövlət dili elan olunmuşdu.
Qısa bir müddət ərzində (ana dilində dərsliklərin, ədəbiyyatın, mətbuat
nümunələrinin çap olunmasına, radio verilişlərinin səslənilməsinə başladı.
Qəzet və jurnallar, sayı 50-ni ötən dərsliklər, müxtəlif ədəbiyyat əsərləri nəşr
edildi, kinoteatr tikildi, radiostansiya və radiokomitə yaradıldı. Milli
qəhrəmanlara – Səttarxan və Bağırxana heykəllər ucaldıldı. Behzad adına
İncəsənət Muzeyi yarandı. Ərdəbil, Astara və Marağa şəhərlərində teatr binaları
tikildi. Azərbaycan Rəssamlar və Heykəltaraşlar Cəmiyyəti təşkil olundu.
Onlarla kitabxana və qiraətxana fəaliyyətə başladı. Şəhər və kəndlərdə ibtidai
və orta məktəblər yaradıldı. 1946-cı ildə Təbriz Universiteti təsis olundu.
Milli hökumət Azərbaycanın sosial-iqtisadi tərəqqisinə yol açdı, milli
zülmün nəticələrini ləğv etdi, azərbaycanlıların varlığını bir daha təsbit etdi.
İqtisadiyyatın bütün sahələrini nizama salıb, onu inkişafa yönəltmək,
Azərbaycandan gələn gəlirin və toplanan vergilərin yarısından çoxunu
Azərbaycanın öz daxili ehtiyaclarına sərf etmək, aqrar-kəndli məsələsini
ədalətlə nizama salmaq, köməksiz uşaqlara sahib durmaq, zəruri məhsulların,
valyutanın və qızılın Azərbaycandan çıxarılıb Tehrana daşınmasının qarşısını
almaq, dövlət torpaqlarının və Azərbaycandan qaçmış feodalların, mənsəb
sahiblərinin torpaqlarını torpaqsız və az torpaqlı kəndlilər arasında bölüşdürmək
və bu kimi günün vacib məsələləri 12 maddədən ibarət müraciətnamədə öz
əksini tapdı.
115
O illərdə ayrı-ayrı ədəbi-mədəni və siyasi cəmiyyətlərin birliklərinin öz
mətbu orqanları mövcud idi. Təbrizdə Azərbaycan milli məclisinin orqanı olan
«Azad millət», Azərbaycan həmkarlar ittifaqının «Qələbə», Azərbaycan
Demokrat təşkilatının «Cavanlar», bunlardan başqa «Yeni Şərq», «Fəryad »,
«Xavərno», «Təbriz», «Şahin», «Əxtəre-şimal», «Vətən yolunda», «Azərbaycan
ulduzu», «Azərbaycan», «Şəfəq», «Demokrat», «Yumruq», «Ədəbiyyat
səhifəsi», Ərdəbildə «Cövdət», «Yumruq», Urmiyədə «Qızıl əsgər», Zəncanda
«Azər», Miyanada «Vətən» adlı qəzet və jurnallar çap olunurdu.
Azərbaycan yazıçı və şairlər cəmiyyətinin «Günəş», Maarif idarəsinin
«Maarif» kimi mətbu orqanları fəaliyyət göstərirdi. Bu nəşriyyatların təsisçi və
redaktorları dövrün tanınmış ziyalıları idi. «Qələbə» qəzetinin redaktoru
sonralar hər iki tayda repressiyaya məruz qalmış görkəmli şair Məhəmməd
Biriya, «Azərbaycan ulduzu» qəzetinin redaktoru isə tanınmış ictimai xadim
Hilal Nasiri idi.
Təbrizdə çıxan «Azad millət» qəzeti Milli Hökumətin rəsmi orqanı idi.
Həftədə 2 dəfə çıxan bu mətbu orqanının redaktoru İsmayıl Şəms idi. Qəzetdə
Milli Məclisin qəbul etdiyi qanunlar, qərarlar çap edilirdi. Orada Milli
hökumətin siyasi, iqtisadi fəaliyyətini əks etdirən yazılar dərc olunur, Milli
Məclis nümayəndələrinin fəaliyyətini işıqlandırılırdı. Qəzetin 114 sayı
çıxmışdı.
Azərbaycan Demokrat Fərqəsinin ayrı-ayrı vilayətlərdə bölməsi fəaliyyət
göstərirdi. Onlar da öz növbəsində mətbu orqanlarına malik idi. Məsələn,
Ərdəbildə «Cövdət», Zəncanda «Azər», Urmiyədə «Urmiyə» qəzetləri nəşr
olunurdu. Bu mətbu orqanlarında milli hökumət və Milli Məclisin qanun və
qərarları, ictimai-siyasi məqalələr, gündəlik xəbərlər və orqanı olduğu yerli
vilayətlə bağlı yazılar dərc olunurdu.
1943-cü ildə Tehranda Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran
cəmiyyəti yaradıldı. Xüsusi qrupun fəaliyyəti nəticəsində Sovet İttifaqı ilə
116
mədəni rabitə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsi və Təbrizdə Sovet
mədəniyyəti evi açıldı (105, №5, 1945, 4). Müharibənin tədricən rusların
xeyrinə dəyişməsi ilə əlaqədar Moskva Cənubi Azərbaycan məsələsinə 1944-cü
ildə yenidən qayıtdı və Sovet Azərbaycanından Cənuba yeni işçi qrupu
göndərdi. Bu dəfə ümumi rəhbərlik Həsən Həsənova tapşırıldı.
1945-ci
ilin
oktyabrında
sonralar
Azərbaycanda
dövlətlərarası
münasibətlərin əsasını qoyan Azərbaycanın İranla Mədəni Əlaqələr Cəmiyyəti
(sonralar Azərbaycanın Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti)
yaradıldı. Bu quruma görkəmli şair S.Vurğun başçılıq edirdi. Fəaliyyətinin ilk
mərhələsində cəmiyyətin funksiyası Azərbaycanın elm və mədəniyyət
sahəsindəki nailiyyətlərini İranda tanıtdırmaqdan ibarət idi. Daha sonra isə İran
üçün radio verilişlərinin və başlıca olaraq Azərbaycan ədəbiyyatına həsr
olunmuş kitab və kitabçaların hazırlanması kimi fəaliyyət sahələri də oraya
daxil oldu.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının radio komitəsi İrana
radio verilişlərini hələ 1941-ci ilin avqustun 20-də təşkil etmişdi. Verilişlərin
proqramını baş redaktor Mübariz Əlizadə, Adil Əfəndiyev, redaktorlar Hüseyn
Məcnunbəyov, Mikayıl Rzaquluzadə, tərcüməçi Fazil Babayev, diktorlar Lətif
Kərimov, Mina Paşazadə hazırlayıb aparırdılar (54, 60).
Cəmiyyətin çap orqanı 1945-ci ilin avqustundan Azərbaycan dilində ərəb
əlifbası ilə şair Rəsul Rzanın redaktorluğu ilə nəşr olunan aylıq ictimai-ədəbi
«Azərbaycan» jurnalı idi. Dərgi 1-ci sayında yazırdı: «Azərbaycan» məcmuəsi
xalqımızın qədim mədəniyyəti və ədəbiyyatı, tarixi və azadlıq mübarizəsilə
oxucularımızı müntəzəm surətdə tanış edəcək, istər Sovet Azərbaycanında və
istərsə də Cənubi Azərbaycanda yaşayan yazıçı və alimlərimizin elmi, ədəbi
məqalələrini öz səhifələrində dərc edəcəkdir.
Bununla da məcmuəmiz Azərbaycan xalqının gələcək tərəqqi və
yüksəlişinə kömək etməyə çalışacaqdır» (73, 10, №1, s.7). Bakıda əski əlifba
ilə Azərbaycan dilində nəşr olunub (cəmi 17 say) Güney Azərbaycanda
yayımlanan ədəbi illüstrasiyalı bu jurnal həm forma, həm də məzmun cəhətdən
Dostları ilə paylaş: |