126
Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü
sayəsində Azərbaycan Demokrat Firqəsi qısa müddət ərzində Azərbaycanın
bütün milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatı yarada
bilmişdir.
Azərbaycanda bu demokratik islahatlar nəinki İran irticasını, həm də İranın
zəngin sərvətlərinə sahib olan İngiltərə və Amerika imperializmini qorxuya
salmışdı. Onlar birləşərək Azərbaycan milli hökumətini qan dəryasında
boğdular 1946-cı ilin dekabr ayından müraciət etmiş Azərbaycan
demokratlarının bir hissəsi Sovet Azərbaycanına gəldi. Azərbaycanın 34 rayon
və şəhərində onların yerləşdirilməsinə şəxsən Pişəvəri özü rəhbərlik etmişdi.
Elə bu işlə əlaqədar 1947-ci ilin iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən
Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə maşın qəzasına düşmüş və
həlak olmuşdur. Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.
S.C.Pişəvəri yaradıcılığının ilk dövründə soydaşlarının düçar olduğu
bəlaları təsvir edərək, xalqının hüqüq və haqlarını müdafiəyə qalxırdı. «Alovlu
və cəsarətli publisistin bu dövrdə müxtəlif qəzet və jurnallarda çıxan
məqalələrinin böyük bir qismi «o yan-bu yandan» başlığı altında dərc
olunmuşdur. Həmin məqalələrin xarakterik cəhəti budur ki, müəllif səciyyəvi
informasiyaları eyni başlıq altında oxucusuna çatdırır. Bu məqalələrdəki
informasiyaların olsa-olsa motivi müxtəlifdir, başlıca ideya isə birdir. Bu motiv
adətən iranlıların dərdi, sosial-iqtisadi,ictimai bəlaları ilə bağlıdır (17, 144).
Pişəvəri yazılarında qatı millətçiliyi, faşizmi ideyaların, sosial-iqtisadi
ədalətsizliyi, ictimai eybləri, dövlət quruluşlarındakı nöqsanları ciddi tənqid
edirdi.
C.S.Pişəvərinin publisistikasını araşdıran tədqiqatçı B.Əhməd onun
felyoton və məqalələrini mövzularına görə III qrupa bölür:
1.
Beynəlxalq və milli ictimai-inqilabi hərəkat, onun mahiyyəti, hərə-
kətverici qüvvələri, sosial-ictimai-iqtisadi vəziyyət, demokratik hərəkata zidd
olan cəbhə və qüvvələr mövzusunda satirik və publisistik yazılar.
2.
Xalqın tarixi, dili, maddi və mədəni dəyərləri haqqında məqalələr.
127
Bu qismdən olan yazılar müəllifin ictimai elm və mədəniyyət üzrə bilik və
məlumatlarını əks etdirən yazılı sənəd kimi böyük maraq doğurur.
3.
M.C.Pişəvərinin məqalələrinin bir qismi mətbuat senzurası, mətbuat
orqanları, onların ideya-siyasi məramı ilə bağlıdır. Həmin qələm məhsullarında
müəllif İranda nəşr olunan qəzetlərin hadisə və faktlara münasibətlərini mövzu
kimi almışdır. Bu yönümdən həmin məqalələri mətbu tənqidi kimi
səciyyələndirmək olar. Onların bəzisində müxtəlif satirik jurnalistikada xüsusi
yer tutan karikatura rəssamlığı məsələlərini şərh edir (17, 159).
M.C.Pişəvəri ədəbi-bədii yaradıcılıqla məşğul olmuş, hekayələr yazmış,
ədəbi tənqid, tərcüməçilik işi ilə məşğul olmuş siyasi publisistikanın gözəl
nümunələrini yaratmışdır.
S.C.Pişəvərinin yazdığı əsər, məqalə və xatirələr söylədiyi tarixi məruzə və
nitqlər Azərbaycanda inqilabi hərəkat tarixinin salnaməsi üçün bu gün mənbə,
qaynaq rolu oynayır.
Pişəvərini yaxşı öyrənmək, onun ictimai, siyasi və fəlsəfi görüşlərinə bələd
olmaq, onu ictimai dövlət xadimi kimi tanımaq üçün 1945-46-cı illərdə Təbriz
şəhərində nəşr olunan «Azərbaycan», «Azad millət», «Yeni Şərq» qəzetlərini,
1944-cü ildə Tehranda nəşr olunan «Acir» qəzetini, 1946-cı ildə Təbrizdə nəşr
olunan «Qızıl səhifələr», «12 Şəhrivər», 60-cı illərdə mühacirətdə nəşr olunan
«21 Azər» və «Seçilmiş əsərləri»ni oxuyub öyrənmək lazımdır. S.C.Pişəvəri
Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi böyük ictimai, dövlət xadimi,
yüksək səviyyəli publisist və jurnalist olmuşdur.
128
VI F Ə S Ġ L
1978-1979-CU ĠLLƏR ĠRAN ĠNQĠLABI VƏ MƏTBUATDA
NĠSBĠ DĠRÇƏLĠġ
70-ci illərin sonlarında İranda sosial-siyasi və iqtisadi ziddiyətlər son
dərəcə kəskinləşmişdi. 1978-79-cu illər inqilabında Güney Azərbaycan,
xüsusilə Təbriz böyük rol oynadı, İnqilabın təməli də Azərbaycanda qoyuldu.
Təbrizdə nəşr olunan Azərbaycan şair və yazıçılar cəmiyyətinin orqanı olan
«Ülkər» jurnalı İrandakı ümumi inqilabi əhval-ruhiyyəni şərh edərək yazırdı:
«Bir tərəfdən xalq o halətdə yaşamaq istəmirdi, cameənin (cəmiyyətin,
quruluşun – P.M.) çevrilməyini tələb edirdi. O biri tərəfdən hökumətin ölkəni
əvvəlki kimi idarə etməyə gücü çatmırdı. Xalqın səbr kasası dolmaqda idi.
Millətin nifrəti barıt çəlləyinə bənzəyirdi. Bir qor (qığılcım – P.M) bir kibrit,
bir şer, bir şüar, elamiyyə (çağırış mənasında-P.M) yetərdi bu barıt anbarının
alışmasına səbəb olsun».
1978-ci ilin əvvəlində şahı dəstəkləyən «Ettelaat» qəzetində rejimin
əleyhdarları olan ruhaniləri təhqir edən bir məqalə dərc olunmuşdu. Məqalədə
din xadimləri «qara irtica» adlandırılmış və beynəlxalq kommunizmin agentləri
olmaqda suçlandırılmışdı. Bu məqsədlə İranın dini mərkəzi sayılan Qum
şəhərində etiraz əlaməti olaraq dörd yüz min adam nümayişə çıxmışdı.
Güclü toqquşmalar zamanı hökumət tərəfindən 70 nəfər öldürülmüşdü.
Xalq arasında böyük nüfusla hörmət qazanmış ayətullah Kazım Şəriətmədairi
bu hadisələrə çox sərt mövqeyini bildirilmişdi. O xarici mətbuata verdiyi
müsahibələrdə dövlətin dindarlara münasibəti və polis nümayişçilərlə rəftarını
pisləmiş və belə davam edəcəyi halda özünündə nümayişçilərə qatılacağını
bildirdi. K.Şəriətmədarı Qumdakı hadisələrin qırxıncı günü bir müraciət
hazırlayaraq camaatı iş yerlərini bağlayıb məscidlərə toplanmağa çağırmışdı.
Qum şəhidlərinin qırxı münasibətilə 1978-cü il fevral ayının 18-də (29
Bəhmən) Təbriz cavanları tərəfindən nümayiş təşkil edildi. Polisin atəş açaraq
Dostları ilə paylaş: |