Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə41/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

 
126 
Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü 
sayəsində  Azərbaycan  Demokrat  Firqəsi  qısa  müddət  ərzində  Azərbaycanın 
bütün milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatı yarada 
bilmişdir. 
Azərbaycanda bu demokratik islahatlar nəinki İran irticasını, həm də İranın 
zəngin  sərvətlərinə  sahib  olan  İngiltərə  və  Amerika  imperializmini  qorxuya 
salmışdı.  Onlar    birləşərək  Azərbaycan  milli  hökumətini  qan  dəryasında 
boğdular  1946-cı  ilin  dekabr  ayından  müraciət  etmiş  Azərbaycan 
demokratlarının  bir hissəsi  Sovet  Azərbaycanına  gəldi.  Azərbaycanın  34  rayon 
və  şəhərində  onların  yerləşdirilməsinə  şəxsən  Pişəvəri  özü  rəhbərlik  etmişdi. 
Elə bu işlə əlaqədar 1947-ci ilin iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən 
Yevlax  yaxınlığında  Pişəvəri  müəmmalı  şəkildə  maşın  qəzasına  düşmüş  və 
həlak olmuşdur. Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır. 
S.C.Pişəvəri  yaradıcılığının  ilk  dövründə  soydaşlarının  düçar  olduğu 
bəlaları təsvir edərək, xalqının hüqüq və haqlarını müdafiəyə qalxırdı. «Alovlu 
və  cəsarətli  publisistin  bu  dövrdə  müxtəlif  qəzet  və  jurnallarda  çıxan 
məqalələrinin  böyük  bir  qismi  «o  yan-bu  yandan»  başlığı  altında  dərc 
olunmuşdur.  Həmin  məqalələrin  xarakterik  cəhəti  budur  ki,  müəllif  səciyyəvi 
informasiyaları  eyni  başlıq  altında  oxucusuna  çatdırır.  Bu  məqalələrdəki 
informasiyaların olsa-olsa motivi müxtəlifdir, başlıca ideya isə birdir. Bu motiv 
adətən  iranlıların  dərdi,  sosial-iqtisadi,ictimai  bəlaları  ilə  bağlıdır  (17,  144). 
Pişəvəri  yazılarında  qatı  millətçiliyi,  faşizmi  ideyaların,  sosial-iqtisadi 
ədalətsizliyi,  ictimai  eybləri,  dövlət  quruluşlarındakı  nöqsanları  ciddi  tənqid 
edirdi. 
C.S.Pişəvərinin  publisistikasını  araşdıran  tədqiqatçı  B.Əhməd  onun 
felyoton və məqalələrini mövzularına görə III qrupa bölür: 
1.
 
Beynəlxalq  və  milli  ictimai-inqilabi  hərəkat,  onun  mahiyyəti,  hərə-
kətverici  qüvvələri,  sosial-ictimai-iqtisadi  vəziyyət,  demokratik  hərəkata  zidd 
olan cəbhə və qüvvələr mövzusunda satirik və publisistik yazılar. 
2.
 
Xalqın  tarixi,  dili,  maddi  və  mədəni  dəyərləri  haqqında  məqalələr. 


 
127 
Bu  qismdən  olan  yazılar  müəllifin  ictimai  elm  və  mədəniyyət  üzrə  bilik  və 
məlumatlarını əks etdirən yazılı sənəd kimi böyük maraq doğurur. 
3.
 
M.C.Pişəvərinin məqalələrinin bir qismi mətbuat senzurası, mətbuat 
orqanları, onların ideya-siyasi məramı ilə bağlıdır. Həmin qələm məhsullarında 
müəllif İranda nəşr olunan qəzetlərin hadisə və faktlara münasibətlərini mövzu 
kimi    almışdır.  Bu  yönümdən  həmin  məqalələri  mətbu  tənqidi  kimi 
səciyyələndirmək  olar.  Onların  bəzisində  müxtəlif  satirik  jurnalistikada  xüsusi 
yer tutan karikatura rəssamlığı məsələlərini şərh edir (17, 159). 
M.C.Pişəvəri  ədəbi-bədii  yaradıcılıqla  məşğul  olmuş,  hekayələr  yazmış, 
ədəbi  tənqid,  tərcüməçilik  işi  ilə  məşğul  olmuş  siyasi  publisistikanın  gözəl 
nümunələrini yaratmışdır. 
S.C.Pişəvərinin yazdığı əsər, məqalə və xatirələr söylədiyi tarixi məruzə və 
nitqlər  Azərbaycanda  inqilabi  hərəkat  tarixinin  salnaməsi  üçün  bu  gün  mənbə, 
qaynaq rolu oynayır. 
Pişəvərini yaxşı öyrənmək, onun ictimai, siyasi və fəlsəfi görüşlərinə bələd 
olmaq,  onu  ictimai  dövlət xadimi  kimi  tanımaq  üçün  1945-46-cı  illərdə  Təbriz 
şəhərində  nəşr  olunan  «Azərbaycan»,  «Azad  millət»,  «Yeni  Şərq»  qəzetlərini, 
1944-cü  ildə  Tehranda  nəşr  olunan  «Acir»  qəzetini,  1946-cı  ildə  Təbrizdə  nəşr 
olunan  «Qızıl  səhifələr»,  «12  Şəhrivər»,  60-cı  illərdə  mühacirətdə  nəşr  olunan 
«21  Azər»  və  «Seçilmiş  əsərləri»ni  oxuyub  öyrənmək  lazımdır.  S.C.Pişəvəri 
Azərbaycan  xalqının  XX  əsrdə  yetişdirdiyi  böyük  ictimai,  dövlət  xadimi, 
yüksək səviyyəli publisist və jurnalist olmuşdur. 
 
 
 


 
128 
VI  F Ə S Ġ L 
 
 1978-1979-CU ĠLLƏR  ĠRAN ĠNQĠLABI VƏ MƏTBUATDA  
NĠSBĠ DĠRÇƏLĠġ 
 
70-ci  illərin  sonlarında  İranda  sosial-siyasi  və  iqtisadi  ziddiyətlər  son 
dərəcə  kəskinləşmişdi.  1978-79-cu  illər  inqilabında  Güney  Azərbaycan, 
xüsusilə  Təbriz  böyük  rol  oynadı,  İnqilabın  təməli  də  Azərbaycanda  qoyuldu. 
Təbrizdə  nəşr  olunan  Azərbaycan  şair  və  yazıçılar  cəmiyyətinin  orqanı  olan 
«Ülkər»  jurnalı  İrandakı  ümumi  inqilabi  əhval-ruhiyyəni  şərh  edərək  yazırdı: 
«Bir  tərəfdən  xalq  o  halətdə  yaşamaq  istəmirdi,  cameənin  (cəmiyyətin, 
quruluşun  –  P.M.)  çevrilməyini  tələb  edirdi.  O  biri  tərəfdən  hökumətin  ölkəni 
əvvəlki  kimi  idarə  etməyə  gücü  çatmırdı.  Xalqın  səbr  kasası  dolmaqda  idi. 
Millətin  nifrəti  barıt  çəlləyinə  bənzəyirdi.  Bir  qor  (qığılcım  –  P.M)  bir  kibrit, 
bir  şer,  bir  şüar,  elamiyyə  (çağırış  mənasında-P.M)  yetərdi  bu  barıt  anbarının 
alışmasına səbəb olsun».   
  1978-ci  ilin  əvvəlində  şahı  dəstəkləyən  «Ettelaat»  qəzetində  rejimin 
əleyhdarları  olan  ruhaniləri  təhqir  edən  bir  məqalə  dərc  olunmuşdu.  Məqalədə 
din xadimləri «qara irtica» adlandırılmış və beynəlxalq kommunizmin  agentləri 
olmaqda  suçlandırılmışdı.  Bu  məqsədlə  İranın  dini  mərkəzi  sayılan  Qum 
şəhərində  etiraz əlaməti olaraq dörd yüz min adam nümayişə çıxmışdı.  
Güclü  toqquşmalar  zamanı  hökumət  tərəfindən  70  nəfər  öldürülmüşdü. 
Xalq  arasında  böyük  nüfusla  hörmət  qazanmış  ayətullah  Kazım  Şəriətmədairi 
bu  hadisələrə  çox  sərt  mövqeyini  bildirilmişdi.  O  xarici  mətbuata  verdiyi 
müsahibələrdə  dövlətin  dindarlara  münasibəti  və  polis  nümayişçilərlə  rəftarını 
pisləmiş  və  belə  davam  edəcəyi  halda  özünündə  nümayişçilərə  qatılacağını 
bildirdi.  K.Şəriətmədarı  Qumdakı  hadisələrin  qırxıncı  günü  bir  müraciət 
hazırlayaraq camaatı iş yerlərini bağlayıb məscidlərə toplanmağa çağırmışdı. 
Qum  şəhidlərinin  qırxı  münasibətilə  1978-cü  il  fevral  ayının  18-də  (29 
Bəhmən)  Təbriz  cavanları  tərəfindən  nümayiş  təşkil  edildi.  Polisin  atəş  açaraq 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə