135
baxmayaraq, az keçmir ki, Azərbaycan dilində mətbuat çap edib yaymağın
qarşısı alınır, radio-televiziya verilişlərinin ana dilində aparılması işi
Azərbaycanda çox az yer tutur, mədrəsələrdə azərvaycan dilinin yeri boş
qalırdı.
Yeni İran hakimiyyətinin – İran İslam Respublikasının rəhbərlərinin qeyri-
fars xalqların milli-demokratik hərəkatlarına mənfi münasibəti 1980-81-ci
illərdə bütün dövrü nəşirlərin bağlanamsına səbəb oldu.
«Koroğlu» jurnalı 1979-cu ilin iyun ayında çıxan 2-ci sayında nəşr işinin
çətinliklərindən və azərbaycan qəzet və jurnalların bağlanma səbəblərindən
söhbət açırdı. Jurnal yazırdı: «… Əgəri bir yerdə türk (azərbaycan – P.M.)
dilində bir qəzet və ya jurnal çap olunurdusa, ona kommunist damğası vurub
bağlayırdılar».
Bu barədə «Odlar yurdu» jurnalının da ikinci sayında yazılırdı: «Mürtəce
ünsürlərin qruplaşmaları poliqrafistləri, kitabsatanları, köşkçüləri hədələyir ki,
onlar türk (azərbaycan – P.M.) dilində kitab satmasınlar».
«Dədə Qorqud» jurnalının 1980-ci ildə çıxan 4-5-ci sayında yazılırdı: «Şah
qurumunun devrilməsindən sonra Azərbaycanca çox zəngin qəzet və jurnallar
nəşr edilirdi. Lakin, qara qüvvələrin əməlləri və maddi vəsaitin çatışmamazlığı
nəticəsində «Ulduz», «Odlar Yurdu», «Çənlibel», «Araz», «Mola Nəsrəddin»,
«Koroğlu», «Yoldaş», «Birlik», «Azərbaycan səsi» kimi nəşrlər fəaliyyətlərini
dayandırdılar.
Bir sıra qəzet və jurnalların ideya-siyasi istiqamətləri dövlət siyasətinin
maraqlarına uyğun gəlmədiyinə, demokratik və proqressiv olmaqlarına görə öz
fəaliyyətlərini davam etdirə bilmirdi.
Bütün inqilab epoxalarında olduğu kimi 1978-1979-cu illər İran
inqilabından sonra Güney Azərbaycan ədəbi mühitində xüsusi bir canlanma
başlandı. Anadilli mətbuat orqanlarının nəşri Tehranda və Təbrizdə müxtəlif
ədəbi birliklərin fəaliyyətə başlaması ədəbi prosesin təşkilatlanmasına, ədəbi
qüvvələrin istiqamətlənməsinə, bədii əsərlərin oxuculara çatdırılmasına ciddi
təsir göstərdi. İran İslam Respublikasının 1979-cu ilin dekabrında qəbul edilmiş
136
qanunun 15-ci maddəsində yerli və qövmi dillərin (etnik) kütləvi informasiya
vasitələrində, mətbuatda işlənməsinə, məktəbdə isə milli ədəbiyyatın tədrisinə
icazə verildi. Əsas qanunun 19-cu maddəsində isə ölkədə müxtəlif millətlərin,
xalqların yaşaması dolayısı ilə olsa da etiraf edildi.
Qanunda nəzərdə tutulanlar hamısı dərhal reallaşmasa da, Azərbaycancan
dili tədris sahəsinə heç cür yol tapa bilməsə də mədəni həyatda bir sıra
nailiyyətlər nəzərə çarpırdı.
İnqilabın qələbəsindən az sonra Xomeyninin Təbriz nümayəndəsi Ayətolla
Mişkini özü: «Bu nə türkidir ki, radio-televiziyon danışır, yarsından çoxu
farsdır» [Dədə Qorqud, №15, 1981, 13] deyərək Azərbaycan dilinin
saflaşdırılmasını vacib sayırdı. Azərbaycan türkcəsi radioda artıq sərbəst
işlədilməyə başlayır.
Kitab çapı sahəsində xüsusi canlanma, yüksəliş müşahidə edilirdi. İnqilaba
qədərki 30 il ərzində bəlkə heç 30 kitab ana dilində işıq üzü görməmişdirsə,
təkcə 1979-1985-ci illər arasında İranda Azərbaycan dilində təxminən 200 adda
kitab nəşr olunmuşdu. Həmin kitablar əsasən Tehranda, Təbrizdə və qismən
(tək-tək kitablar) Zəngan, Marağa, Maku, Xoy, Tikab, Sərab, Qum, Savə və s.
şəhərlərdə çap edilmişdi. Həmin məhsulların yarıdan çoxunu vətənpərvərlik
mövzusunda yazılmış bədii əsərlər təşkil edirdi. Azərbaycan tarixi, dili
ədəbiyyatına da bir çox kitablar həsr edilmişdi» [41, 138]. İnqilab başlandığı
zamandan kitab nəşri sahəsində özünü göstərən canlanma, hər ilin anadilli
nəşrlərini nəzərdən keçirməklə bir daha təsdiqlənir. Təkcə 1978-ci ilin anadilli
nəşrlərini nəzərdən keçirdikdə ana dilli nəşrlərə çoxdan təşnə olan ziyalıların və
oxucuların maraq dairəsi tamamilə aydın olur. Bu ilin nəşrləri bir neçə cəhətdən
maraq doğurur. Əvvəla, ziyalıları inqilabi hərəkatın hələ nə ilə nəticələnəcəyini
bilmədən, yuxarıdan razılıq gözləmədən anna dilində kitab nəşrinə
başalmışdılar. İkincisi, çap olunan kitablar ancaq milli ruhlu, Azərbaycan
xalqının Milli varlığına sevgi ilə dolu, Azərbaycanın bu günü və gələcək taleyi
üçün narahatlıq ifadə edən nümunələri özündə birləşdirir. Üçüncüsü, 1978-ci
ilin nəşrləri Güney Azərbaycan xalqının onilliklər boyunca doğulmuş milli
137
hisslərinin ifadəsi kimi təsir bağışlayır – nəfəs çəkməyə kiçik imkan yaranan
kimi bu hisslər meydana çıxır. Şairlər, yazıçılar öz ürək sözlərini oxucu
kütlələri ilə ana dilində bölüşdürməyə çalışırlar. Mədəni həyatın bütün
sahələrində olduğu kimi kitab çapı sahəsində də 1982-ci ildən sonra durğunluq
müşahidə edilir, çap nümunələrinin sayı azalmağa, keyfiyyəti dəyişməyə
başlayır.
Təəssüf ki, Güney Azərbaycanda anadilli kitab nəşrinin və mətbuatının
dirçəliş dövrü çox az çəkdi.
Ümumiyyətlə, 1978-1979-cu illər İran inqilabından sonra nəşr olunan əksər
qəzet və jurnalların ömrü qısa oldu. Eləsi oldu ki, bir sayı işıq üzü gördü.
«Varlıq» istisna olmaqla bu nəşrlərin yaşamının son nöqtəsi – 1982-ci il oldu.
Onların belə tezliklə qapanmasının müxtəlif səbəbləri vardı. Bu mətbuat
orqanlarının bir qismi maddi çətinlik, farsca təhsil alan azərbaycanlıların ana
dilində yazıb, oxuya bilməməsi, İran-İraq müharibəsinin başlanması və bununla
əlaqədar İranda sol partiya və təşkilatların qadağan edilməsi ucbatından
bağlanırdısa, digər qisminin qapanması sırf siyasi səbəblərlə bağlı idi. Fars
şovinist siyasəti yeni formalarda baş qaldırırdı. Milli intibahın qarşısını almaq
üçün yeni siyasətin əlamətləri üzə çıxmışdı. Dövlətçiliyin dini məzmunu Güney
Azərbaycanda milli dilə, milli düşüncəyə qarşı yönəlirdi. Çünki bu jurnallar
İranda Azərbaycan ədəbi dilinin inkişafına güclü təsir etməklə milli təfəkkürün
bütün istiqamətlərini hərəkətə gətirirdi. İnqilabi əhval-ruhiyyəli publisistika,
milli dirçəlişə çağıran poeziya, öz minililk təravətini qoruyub saxlamış folkor
nümunələri xalqın milli yaddaşını özünə qaytarırdı. Müxtəlif qurumların doğma
dil uğrunda apardığı mübarizələr, maarif sisteminin dəyişməsi yolunda
çalışmalar tədricən müqavimətə rast gəlir, mətbuat nəşri və yayımı
dayandırılırdı. Rejim müxtəlif vasitələrlə Azərbaycan dilli mətbuatın geniş
vüsət almasına imkan vermirdi.
Bu mətbu orqanların müxtəlif istiqamətli olmasına və səhifələrində bəzən
keçmişlə iftixar, ifrat təəssübkeşlik, həyata sırf romantik baxış, məhdudluq və s.
kimi meyllər nəzərə çarpasa da onların özlərinə məxsus müsbət cəhətləri daha
Dostları ilə paylaş: |