Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə52/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

 
159 
azərbaycanlı  jurnalistlərdən  biri  Əli  Mehri  həbsdən  buraxıldıqdan  sonra  ya 
mətbuatda  çıxış  etməkdən  məhrum  edilib.  «Əhrar»  qəzeti  isə  bağlanıb. 
Məhkəməyə  cəlb  olunan  azərbaycanlı  jurnalistlər  çox  vaxt  məhkəmədən  sonra 
ya  cərimə  ödəməli,  ya  da  həbsdə  oturmalı  olurlar.  Onların  çoxu  maddi 
vəziyyətlərinə görə həbsxananı seçirlər. 
Zəncanda  nəşr  olunan  «Ümide  Zəncan»da  belə  bir  təzyiqlə  üzləşdikdə, 
digər bir şəhərdə – Təbrizdə öz bürosunu açır. Lakin Təbriz bürosunda hücuma 
məruz qalmış, binanın rəhbəri Hidayət təhqir olunub hədələnmişdir. Bu barədə 
şikayət edilsə də bu halın qarşısını almaq üçün rəsmi bir tədbir görülməmişdi.  
Urmiyə  şəhərində  1997-ci  ildən  nəşr  olunan  «Nəvudi  Azərbaycan»  qəzeti 
xalq  içərisində  öz  yüksək  vətənpərvərlik  mövqeyinə  və  prinsipiallığına  görə 
böyük rəğbət qazanıb. Naşiri Mehram Təbrizi, redaktoru İsa Nəzərdir. Bu qəzet 
haqda,  ümumiyyətlə  Güney  Azərbaycan  mətbuatı  haqda  ümumi  təsəvvür  əldə 
etmək  üçün  qəzetdə  gedən  bir  neçə  materiala  nəzər  salaq.  2000-ci  ilin  may 
sayında  mətbuatda  gedən  xarakterik  bir  mövzuya,  ölkədə  dərc  olunan  dərslik 
kitablarında yol verilən təhriflər və İranda yaşayan millətlərin kimlikləri barədə 
yazılar vardır. Məqalə müəllifi Kəyan Səfəri yazır ki, məktəblərdə tədris olunan 
humanitar  fənlər  üzrə  dərsliklərdə  ölkədəki  millətlərin  tarixi,  mədəniyyəti, 
ədəbiyyatı,  coğrafiyası  və  s.  təhrif  olunur.  O,  yazısında  buna  aid  bir  sıra 
örnəklər gətirir.  
«Nəvidi  Azərbaycan»  qəzetinin  2001-ci  il  93-cü  sayında  Təbriz 
universitetinin  tələbə  cəmiyyəti  tərəfindən  Təbriz  və  Tehran  universitetində 
təhsil  alan  tələbələrin  ölkə  prezidenti  Hatəmiyə  ünvanladığı  müraciətin  mətni 
dərc olunmuşdur. Həmin müraciətdə tələbələr ölkə konstitusiyasınının XV, XIX 
maddələrinin  icra  edilməsini,  məktəb  və    universitetlərdə  ana  dilində  təhsilin, 
türk  tarixi  və  ədəbiyyatı  üzrə  tədrisin  bərpa  olunmasını,  Azərbaycana  qarşı 
iqtisadi  ayrıseçkiliyin  aradan  qaldırılmasını,  Azərbaycana  aid  tarixi  abidələrin 
dağıdılmasının  səbəbkarlarının  cəzalandırılmasını,  teleradio  kanallarında 
azərbaycanlıları  təhqir  edən  verlişlərin  dayandırılmasını,  bu  verilişləri 
hazırlayanların  cəzalandırılmasını,  Güney  Azərbaycanda  zorakılığın  və  hüquq 


 
160 
pozuntusu  hallarının  tamamilə  aradan  qaldırılmasını  tələb  edirlər.  Tələbələr 
azərbaycanlı  millət  vəkillərinin  bu  məsələ  ilə  ciddi  məşğul  olmamasından  da 
gileylənirlər.  
Təbriz universitetinin tələbə cəmiyyətinin müraciətində daha sonra yazılır: 
«Cənab  prezident,  ötən  prezident  seçkilərində  namizədliyinizi  irəli  sürərkən 
etdiyiniz  çıxışlarda  qanunçuluq,  ədalət və  milli  hüquqların  qorunması  ilə  bağlı 
vədlər  verib,  hüquqları  tapdanan xalqların  sizə  səs verməsini  təmin  etdiniz.  20 
mln.  səs  toplayaraq  prezidentlik  kürsüsünə  yüksəldiniz.  BMT-nin  yüksək 
tribunasından mədəinyyətlər dialoqu tezisini irəli sürərkən biz azərbaycanlıların 
sevincinə  səbəb  oldunuz.  Amma  zaman  ötdükcə  millətlərin  aldanıldığı  ortaya 
çıxır.  Sən  demə,  siz  mədəniyyətlər  dialoqu  söyləyərkən  xarici  ölkələrlə, 
mədəniyyətlərlə dialoqu nəzərdə tuturmuşsunuz. İran xalqlarının «ayıq vicdanı» 
məhrum  yazıçı  Cəlal  Ali  Əhməd  demişkən,  milli  birlik  deyərkən  bu  məsələni 
hökumətimizin  daha  geniş  və  daha  üstün  bir  anlayış  kimi  nəzərdə  tutmasının 
vaxtı  çatmayıbmı!  Cənab  prezident,  siz  ölkənin  mədəniyyət  naziri  vəzifəsində 
işləyərkən keçmişdə və ölkə prezidenti kimi bu gün də kürtürəl qeyri bərabərliyi 
və  kültürəl  yoxsulluğun  şahidi  olmuşdunuz.  Bütün  bu  kimi  hallara  göz 
yummaqla  əslində  qeyri  bərabərliyin  davam  etməsinə  səbəb  olmuşsunuz. 
Halbuki,  Azərbaycan  türklərinin,  kürdlərin,  bəlucların  və  başqa  qeyri  fars 
xalqların cəmi hesabına prezident oldunuz.  
Təbriz  universitetinin  tələbələri  prezident  Hatəmiyə  belə  bir  sual 
ünvanlayırlar:  siz  keçmiş  şah  rejiminin  başlatdığı  və  davam  etdirilməkdə  olan 
qeyri-fars millətlərə qarşı kültürəl təzyiqlərin aradan qaldırılması yönündə hansı 
tədbirləri  görmüsünüz?  Şahın  yandırdığı  türkcə  kitabların  qarşılığında  bizim 
ana  dilində  hansısa  bir  kitabı  üzə  çıxarıb  Azərbaycan  kitabxanalarına  hədiyyə 
etmisinizmi?  Keçmişdə  və  yaxud  İslam  Cümhuriyyəti  dövründə  Alaqapı,  Ərk, 
Göy  məscid  və  başqa  dağıdılmış  Azərbaycan  abidələrinin  bərpası  üçün  nə 
etmisiniz? 
Hüqüqlarımızın bərpası və konstitusiya maddələrinin tətbiq olunması tələbi 
ilə  Azərbaycan  xalqının  müxtəlif  təbəqə  və  zümrələrindən  edilən  çoxsaylı 


 
161 
müraciətlərə  baxmayaraq  konstitusiyanın  XV  və  XIX  maddələrinin  icrasından 
imtina etməkdəsiniz. Sizdən başqa konstitusiyanın bu maddələrini tətbiq edəcək 
hər-hansı  güc  təbii  ki,  mövcud  deyildir.  Yoxsa  konstitusiyanın  tətbiqinə  də 
mühafizəkarlar  icazə  vermirlər.  Konstitusiyanı  icra  etmək  yalnız  sizin 
səlahiyyət dairənizə aid olan məsələdir. Bundan başqa konstitusiyanı icra etmək 
yalnız  sizin  vəzifə  borcunuzdur  (Qeyd  edək  ki,  İİR-nın  konstitusiyasının  XV 
maddəsində yazılır ki, qeyri fars millətlərinə öz ana dilində təhsil almaq hüququ 
verilir,  konstitusiyanın  XIX  maddəsində  isə  bildirilir  ki,  ölkədə  yaşayan  qeyri 
fars  millətlər  və  xalqlar  bütün  baxımlardan  bərabərdir  və  millətlərin  hüquq 
bərabərliyini  konstitusiya  qoruyur  –  P.M.).  Təbriz  universitetinin  tələbələri 
Azərbaycanda  mətbuat  probleminə  də  toxunurlar:  «Ölkə  əhalisinin  böyük 
əkəsriyyətini  öz  ana  dilində  təhsil  almaq  kimi  ən  adi  hüquqlardan  məhrum 
edildiyi  bir  dövrdə  İran  hökuməti  «mədəniyyət  dialoqu»  tezisini  irəli  sürüb 
xarici  mədəniyyətlərlə  dialoq  aparmaq  üçün  böyük  qüvvə  sərf  edir,  bu  barədə 
şikayət edilsə də rəsmi heç bir tədbir görülməyib, hələ də  Azərbaycan mətbuatı 
problemi təkcə hakimiyyət orqanları ilə bağlı deyil, mətbuat həm də gizli və ya 
aşkar şəkildə fəaliyyət göstərən bəzi qrup və təşkilatların təzyiq və şantajlarına  
məruz  qalır.  Belə  ki,  İranda  yaranmış  yeni  nasist  təşkilatlar  Azərbaycan 
mətbuatını hədələyir və onu separatçılığı təbliğ etməkdə ittiham edirlər. 
Onların  fikrincə  iranlılar  farslarla  eyni  mahiyyətə  malikdir.  Azərbaycan 
mətbuatı  isə,  necə  deyərlər  öz  milli  təbliğatı  ilə  assimilyasiya  (farslaşdırma) 
prosesinin maneəsiz irəliləməsinə əngəl törədir. 
Azərbaycan  mətbuatı  hər  tərəfdən  təzyiqə  məruz  qalır.  Çünki  Güney 
mətbuatını təmsil etdiyi xalqın dərdlərini onun öz dilində yazmağa cəsarət edir, 
xalqın tələblərini əks etdirməyə çalışır». 
PS.  Təəssüf  ki,  Təbriz  universiteti  tələbələrinin  eks  prezident  cənab 
Hatəmiyə ünvanladıqları bu müraciətə hər hansı bir şəkildə cavab verilmədi. 
 «Şəms  Təbriz»,  «Nəvtde  Azərbaycan»,  «Peymane  Urmiyə»,  «Umide 
Zəncan»  kimi  mətbuat  orqanlarında  Güney  Azərbaycanın  çağdaş  dövrdəki 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə