Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə55/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

 
169 
fəaliyyət göstərdikləri ölkələrin arasında Almaniya, sonra İsveç və Amerikanın 
adını  çəkmək  olar.  Almaniyada  güneyli  mühacirlərin  nəşr  etdikləri  mətbu 
orqanlarının çoxluğu daha fəal və təşəbbüskar olmalarından xəbər verir. 
1978-79-cu  illər  inqilabından  sonra  Güney  Azərbaycan  mühacir 
mətbuatının əsas hissəsi Almaniyada çap olunurdu. 
1984-cü  ildən  başlayaraq  Almaniyanın  müxtəlif  şəhərlərində  17  qəzet  və 
jurnal  nəşr  olunub  (bəzi  mənbələrdə  1976-cı  ildən  çap  olunan  Köln  şəhərində 
«Səttarxan  bayrağı»  adlı  mətbu  orqanının  adı  çəkilir,  lakin  onun  haqqında  heç 
bir məlumat əldə edə bilmədik – P.M.). Bu mətbu orqanlarına «Ana dili» (Bonn, 
1984),  «Molla  Nəsrəddin»  (Berlin,  1987),  «Girdə  miz»  (Köln,  1991),  «Atürat» 
(Köln,  1993),  «Bayquş»  (Köln,  1993),  «Azərbaycan»  (Kassel,  1993),  «Ocaq» 
(Bonn,  1994),  «Carçı»  (Frankfurt,  1994),  «Ulus»  (Köln,  1995),  «Azərbaycanın 
səsi – II» (Hamburq, 1986), «Azər» (Berlin, 1990), «Qaynarça» (Berlin, 1996), 
«Azərbaycanın  səsi  –  III»  (Köln,  1995),  «Azərbaycan»,  (Köln,  1999), 
«Savalan» (Bonn-Berlin, 1999), «İnfo-Azərbaycan», (Bonn, 1990). 
Bu mətbu orqanlarının əksəriyyəti vətənə, xalqa, ana dilinə olan sevgi ruhu 
aşılayır.  Bununla  yanaşı  özünə  məxsus  xüsusiyyətlərə  də  malikdir.  Məsələn, 
ictimai  xadim,  dönməz  əqidəli  vətənpərvər  və  ixtisasca  həkim  olan  Nurəddin 
Qərəvi  1984-ci  ildə  «Ana  dili»ni  nəşr  etməklə  mühacirətdə  ardıcıl  tarixi  bir 
maarifçilik  missiyasını  yerinə  yetirmişdir.  Milli  ziyalılara  müəyyən  mənada 
oyadıcı təsir göstərən bu qəzetin nəşr təcrübəsi özündən sonrakı mütərəqqi milli 
nəşriyyələrin  təsisinə  təkan  vermişdir.  Fərdi  qaydada  nəşr  edilməsinə 
baxmayaraq  «Ana  dili»  Avropadakı  soydaşlarımış  arasında  böyük  nüfuz 
qazanıb.  Butün  bunlarla  yanaşı  «Ana  dili»  Almaniyadakı  milli  demokratik 
qüvvələrin  təşkilatlanmadan  əvvəlki  bütün  hazırlıq  mərhələlərində  mərkəz 
rolunu oynayıb.  Qəzetin kifayət qədər  dolğun və geniş tematikası var. Belə  ki, 
hazırda  fəaliyyətini  davam  edən  «Ana  dili»  Almaniyada,  eləcə  də  Avropanın 
digər  ölkələrində  yaşayan  azərbaycanlıların  keçirdikləri  mədəni  kütləvi 
tədbirlərdən,  siyasi  aksiyalardan,  Azərbaycanda  mövcud  ictimai-siyasi 
proseslərdən  geniş  şəkildə  bəhs  edir.  Bundan  əlavə  qəzet  ölkəmizin  milli-


 
170 
ictimai  inkişaf  tarixini,  buradakı  hərəkat  və  prosesləri,  əsasən  1945-46-cı  illər 
Cənubi  Azərbaycan  Milli  Hökumətinin  fəaliyyətini  təhlil  edir,  eləcə  də  elm, 
mədəniyyət  və  incəsənət  xadimlərimizdən  məlumat  verir  (35,  50-51).  Qeyd 
edək  ki,  Nurəddin  Qərəvi  1999-cu  ildən  «Savalan»  jurnalını  da  təsis  etmişdir. 
Azadlıq,  istiqlal,  ictimai  ədalət  –  bu  «Savalan»ın  daimi  şüarlarından  biridir. 
Jurnalın  redaktoru  N.Qərəvi  bu  gün  güneyli  azərbaycanlıların  qarşılaşdığı 
çətinliklərdən  söz  açaraq  yazır  ki,  bu  gün  bizim  kimlik  krizisimiz  var. 
Soydaşlarımızn bir qismi irançılıqdan uzaqlaşa bilmir. İnsanın iki milləti olmaz! 
O,  nümunə  olaraq  kanadalıları  misal  çəkərək  yazır:  «Kanadalı  özünü  həm 
amerikalı,  həm  də  kanadalı  kimi  təqdim  etmir».  Bununla  o,  güneyli 
azərbaycanlılar  arasında  iki  millətçilik  problemini  həm  iranlı,  (həm  də 
azərbaycanlı)  mövcud  olduğunu  söyləmək  istəyir.  Müəllif  başqa  bir  mənfi  halı 
da  nəzərə  çatdırır.  Bu  da  həm  İrandakı  siyasi  təşkilatların  təsiri  ilə  bağlıdır. 
«Sovet sistemi dağılsa da, hələ də onun ideyalarını yaşadanlar var. Burada əsas 
olaraq milli mənafe götürülməlidir». N.Qəzəvi yazısına davam edərək onu belə 
yekunlaşdırır:  «Öz  millətini,  öz  mənafeyini  qorumayan,  onu  tanımayan  insan 
heç vaxt başqasının milli mənafeyini müdafiə edə bilməz» (100, 1999, №4). 
Köln  şəhərində  nəşr  olunan  «Atürpat»  jurnalının  təsisçisi  və  redaktoru 
tanınmış  miniatürçü  rəssam  Əli  Minayidir.  Həm  Quzey,  həm  də  Güney 
Azərbaycanda  görkəmli  söz  ustalarının  əsərlərinə  çəkilmiş  onlarla  nəfis 
əsərlərin,  kitab  rəsmlərinin  müəllifidir.  O,  jurnalda  həm  üllüstrasiyalarla,  həm 
də  yazıları  ilə  çıxış  edir.  İranda  uzun  illər  antiazərbaycan  –  paniranist  dairələr 
tərəfindən  azərbaycanlılara  qarşı  milli  zülm  və  ayrıseçkilik  siyasəti 
aparılmışdır.  Dil  və  mədəniyyətə  basqı  və  təzyiqlər  edilmiş,  Güney 
azərbaycanlıların hüquqları total şəkildə pozulmuşdur. 
«21  Azər»  jurnalı  Almaniyanın  Dartmund  şəhərində  1998-ci  ildə  nəşr 
olunmağa  başlayıb.  Jurnalın  təssisçisi  Səməd  Nikanam,  redaktoru  Əlirza 
Miyanalıdır.  
«21  Azər»in  nəşr  olunduğu  ünvan  –  Almaniya,  Dartmunld  göstərilsə  də, 
əslində bu mətbu orqanı jurnalın redaktoru Ə.Miyanalının  rəhbərliyi ilə Bakıda 


 
171 
hazırlanırdı – PM.) 
Azərbaycanın  Milli  mübarizə  tarixində  əhəmiyyətli  yer  tutan  21  Azər 
(1945-46-cı  illər  S.C.Pişəvərinin  başçılığı  ilə  Güney  Azərbaycanda  qurulmuş 
Milli hökumət dövrü) hərəkatının həm şanlı, həm də qaranlıq qalan səhifələrini 
üzə çıxarıb, ictimaiyyətə təqdim etmək vəzifəsini yerinə yetirir.  
Jurnalın 1-ci sayında S.C.Pişəvərinin bir tarixi məktubu çap edilmişdir. İlk 
dəfə  mətbuat  səhifəsində  çap  olunan  bu  məktub  bu  görkəmli  şəxsiyyətin 
ətrafında  gedən  söz-söhbətlərə  və  onun  adına  kölgə  salmaq  istəyində 
bulunanlara yetərli cavabdır.  
«21  Azər»  dərgisində    də  milli  özünəqayıdış,  milli  özünüdərk  problemi, 
milli-mənəvi-əxlaqi  dəyərlərimizə,  milli  sərvətlərimizə  sahiblik  məsələsi 
qabarıq şəkildə gündəmə çıxarılır və həmin problemlərin həlli yolları araşdırılır. 
Dərginin  bütün  saylarında  Azərbaycanın  milli  və  qanuni  hökuməti  olan 
Azərbaycan Milli Hökumətinin bərpa olunması əsa hədəf seçilmiş və bu hədəfə 
yetmək  üçün  milli  demokratiya  prinsipləri  gözlənilməklə  bir  sıra  işlər  görülür, 
həmin  istiqamətdə  ciddi  müzakirələr  aparılır,  təklif,  rəy,  töfsiyələr  hazırlanır. 
Burada  çap  olunan  Azərbaycan  Milli  Hökuməti,  «21  Azər»  hərəkatı,  hərəkatın 
iştirakçıları  haqqında  siyasi  bilgi  və  məlumatlar  verən  sanballı  məqalələr  milli 
mübarizə tariximizi əks etdirən bitkin materiallar müasir gəncliyin öz xalqını və 
tarixini 
sevərək 
dəyərləndirən 
soydaşlarımızın 
yaxın 
keçmişimizi 
öyrənməsində,  milli  şüurumuzun  formalaşmasında  mühüm  rol  oynayır.  Heç 
şübhəsiz  dərginin  «Taleyimiz,  tariximiz»  «Açılmamış  səhifələr»,  «Tədqiqatlar, 
təhqiqatlar», «Ölkəmizi tanıyaq», «Xatirələr danışır» rubrikaları aktuallığına və 
məna tutumuna görə oxucu rəğbətini qazanmışdı. 
O  taylı  –  bu  taylı  Azərbaycan  xalqına  dostunun  kim,  düşməninin  kim 
olduğunu  tanıtmaq,  qazandıqlarımızın  və  itirdiklərimizin,  səhvlərimizin  nədən 
ibarət olduğunu göstərmək, anlatmaq «21 Azər» dərgisi ən uğurlu şəkildə yerinə 
yetirirdi. «21 Azər» qrupunun təsis etdiyi və 1945, 1946-cı ildə baş vermiş «21 
Azər» hərəkatının adından götürmüş dərgi yaradıcı heyətin qarşıya qoyduğu ali 
məqsədə  yetmək  istiqamətində  çox  mühüm  işlər  görürdü.  Jurnalda 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə