Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

 
172 
Azərbaycanla  bağlı  mövzu  məhdudiyyəti  yox  idi.  istər  Şimali,  istər  Cənubi 
Azərbaycanın  tarixi,  mədəniyyəti,  ədəbiyyatı,  Vətəndə  baş  verən  ictimai-siyasi 
hadisələr «21 Azər»də geniş işıqlandırılırdı. 
Skandinaviya  ölkələri  içərisində  Azərbaycanlıların  çoxluq  təşkil  etdiyi 
dövlətlərdən  biri  də  İsveçdir.  Bu  ölkədə  yaşayan  soydaşlarımız  tərəfindən  bir 
çox mətbu orqanları nəşr olunur. 
1991-ci ildən başlayaraq İsveçdə 8 qəzet və jurnalın əsası qoyulub. Onların 
əksəriyyəti  ölkənin  paytaxtında  cəmləşib.  Bunlar  «Azərbaycan»  (Stokholm, 
1995),  «Səhəng»,  (Stokholm,  1994),  «Çiçək»  (Stokholm,  1995),  «Tribun» 
(Stokholm,  1997),  «Durna»  (Stokholm,  1998),  «Varlığın  səsi»  (Stokholm, 
1999),  «Birlik»  (Stokholm,  1999),  «Dalğa»  (Stokholm,  2001).  Tribun  jurnalı 
onların  içərisində  xüsusilə  seçilir.  Stokholmda  nəşrə  olunan  «Tribun»  jurnalı 
həm məzmun ideya baxımından, həm də tərtibat cəhətindən 90-cı illərdə xarici 
ölkələrdə  soydaşlarımış  tərəfindən  çıxarılan  mətbu  orqanları  içərisində  diqqət 
çəkir.  Jurnalın  redaktoru  Əlirza  Ərdəbilidir.  O  jurnalın  yaranması  ilə  bağlı 
yazır:  «1990-cı  ilin  20  yanvar  hadisələri  vaxtında  əlimiz  KİV-ə  çatmırdı.  Çox 
acınacaqlı  vəziyyət  keçirirdi.  Çoxlarımız  yenicə  məskunlaşmışdır.  Qərarlaşıb 
Stokholmda  «Azərbaycan  səsi»  adlı  radioda  işə  başladıq.  Hazırladığımız 
verilişlər  böyük  zəhmətlə  başa  gəlsə  də  onu  yaşadığımız  şəhərdən  və 
ümumiyyətlə  İsveçdən  kənarda  eşidən  olmurdu.  Radioda  işləyə-işləyə  başqa 
imkanlar və bizim əməkdaşlıq edə bilən dostlar, həmkarlar  axtarırdıq. Nəhayət 
1997-ci ildə istəyimizi həyata keçirə bildik. «Tirbun» adlı jurnalımızı çıxardıq». 
(107,  1997,  №  1,  5)  Jurnal  haqda  müəyyən  təsəvvür  əldə  etmək  üçün  onun 
saylarından  birində  (№  3)  dərc  olunan  materiallara  nəzər  salaq:  onun  «Milli 
kimlik  və  ortaq  dil»,  «Azərbaycana  qarşı  milli  zülm»,  «Dil  və  dinə  əsaslanan 
etnik millətçilik», «Milli məsələyə yeni bir baxış», «Türk dili və ədəbiyyatının 
yüksək yeri», «İranda 20 milyon azərbaycan azlığı», «İsrail qövmləri və səlcuq 
türkləri»,  «Sərhəddimiz  bir  dünyaya  doğru»,  «Dünya  millətlərinin  bahar 
mərasiminin  tarixi»,  «Ötən  əsrlərdən  gələn  səs»,  «2000-ci  ilin  astanasında 
mənəvi  dünyamız»  və  s.,  jurnalın    İnternet  səhifəsi  də  mövcuddur; 


 
173 
www.tribun.com
. Curnalın redaktoru baş məqalələrindən birində İranda yaşayan 
azərbayjanlıların  milli  haqlarının    qorunmaması  məsələsi  ilə  bağlı  yazır:  «Biz 
İranın hüquqsuz təbəələriyik. İranda formalaşmış mədəniyyət güzgüsündə bizim 
mənəvi,  milli    portretimizin  cizgiləri  görünür.  Bu  dövlətin  mədəniyyət 
sahəsindəki  fəaliyyəti  və  təbliğatı    yalnız  fars  mənbəyinə,  fars  düşüncəsinə 
əsaslandığı  üçün  yalnız  bir  mədəniyyət  anlayışı  formalaşdırılmış  və  inkişaf 
etdirilmişdir.  Bu  coğrafi  ərazidə  yaşayan  xalqların,  o  cümlədən 
azərbaycanlıların  dili  və  mədəniyyəti  yasaq  edilmişdir.  Tarixin  müxtəlif 
dövrlərində  böyük  saraylar  fəth  etmiş  dilimiz,  mədəniyyətimiz  bu  gün  rəsmi 
dairələrdən qovulsa da sinələrdən qovula bilməyəcəklər. Dilimiz böyük təfəkkür 
faktıdır. Dilin arxasında duran təfəkkür, enerji, düşüncə sistemi nə qədər güclü 
və  əhatəlidirsə, həmin dildə yaranan əsərlər bir o qədər möhtəşəm və əzəmətli 
olacaqdır». 
Müxtəlif  düşüncəli  qələm  sahiblərinin  yazılarında  günümüz  üçün  gərəkli 
olan  çox  dəyərli  fikir  və    mülahizələr,  məntiq  və  proqnozlar  vardır.  Milləti 
oyatmaq,  sabaha  səfərbər  etmək,  pərdələri  götürüb  real  həqiqətləri  ortaya 
qoymaq ümumxalq işi üçün çox önəmlidir. Fkrimizcə, «Tribun» buna cəhd edir. 
«Varlığın səsi» 1999-cu ildən İsveçdə nəşr olunur. İkinci sayından etibarən 
populyarlaşan jurnalın redaktoru Musa Haşimidir. Jurnalın səhifələrində çeşidli 
mövzulara  toxunulur:  dil,  ədəbiyyat,  tarix,  folklor  materialları  və  s.  Jurnalın 
əsas  prinsip  və  məqsədi  Azərbaycanı  Avropaya  tanıtdırmaqdır.  Jurnal 
səhifələrində  Azərbaycanın  mənəvi  irsi,  görkəmli  fikir  və  sənət  adamları, 
musiqi,  mədəniyyət  abidələri  ilə  bağlı  öz  səhifələrində  müntəzəm  məqalə  və 
məlumatlar dərc edirlər. 
Bildiyimiz kimi bədnam qonşularımız bizim tək torpağımıza deyil, mənəvi 
sərvətimizə  də  əl  atıb  «özününküləşdirirlər».  Bu  azmış  kimi,  bəzən  farslar  da 
Nizami,  Xaqani  kimi  milli  şairlərimizi,  bir  sıra  mədəniyyət  abidələrimizi, 
Təbriz  xalçalarını  (məsələn,  Kaşan,  Şiraza  adı  altında)  və  s.  məhz  farslara 
məxsus olduğu iddiasında olurlar. 


 
174 
«Varlığın səsi» qoyulan məsələ ilə bağlı həqiqəti üzə çıxarmaq Azərbaycan 
xalqının mənəvi zəngin mənəvi sərvətinə sahib durmaq və onu yetərincə təbliğ 
etmək funksiyasını layiqincə yerinə yetirir. 
Stokholm    şəhərində  hələ  1985-ci  ildə  fəaliyyət  göstərən  «Durna» 
Azərbaycan  mühacirləri  cəmiyyətinin  orqanıdır.  İlk  saylarında  folklor 
materiallarına  geniş  yer  ayıran  «Durna»  fars  təhsilli  güney  azərbaycanlıları 
üçün «öz dilində tək danışmaq  yox,  yazmaq da olarmış» kimi həqiqəti ortalığa 
qoymuşdur.  Ədəbi  dil  yazıda  formalaşır  prinsiplərinə  əsaslanan  jurnalın 
əməkdaşları  soydaşlarının  uzun  illər  irtica  rejiminin  ana  dilində  «yazmaq 
xofu»nu  aradan  götürməyə  çalışır,  sadə  anlaşıqlı,  canlı  bir  dillə  oxucuların 
görüşünə  gəlirdilər.  Jurnal  informasiya  xarkterli  yazılara  da  geniş  yer  ayırır, 
dünyada baş verən hadisələri müntəzəm işıqlandırırdı. 
2001-ci ildə jurnalın adı «Dalğa» ilə əvəz olunur. 
«Dalğa»  jurnalı  Azərbaycan  Milli  Demokratik  nehzətinin  (hərəkatının) 
fikir və ideyalarını yayan bir mətbu orqanı kimi fəaliyyət göstərir. «Dağla» ərəb 
əlifbası ilə Azərbaycan və fars dillərində nəşr olunur. 
 
İngiltərədə  mühacir  mətbuatımızın  əsası  1906-cı  ildə  Londonda  çıxan 
«Xilafət» adlı qəzetlə qoyulub. Ərəb, Azərbaycan və türk dillərində nəşr olunan 
bu  qəzetin  redaktoru  Şeyx  Həsən  təbrizi  idi.  E.Braunun  yazdığını  görə  o, 
London  Universitetində  şərq  ədəbiyyatından  mühazirələr  oxuyurdu.  O,  həm  də 
Londonda çılışdığı müddətdə E.Braunun fars dili müəllimi olmuşdur (60). 
1978-1979-cu  illər  İran  inqilabına  böyük  ümidlərlə  qoşulan  və  sonda 
gözlənilən  nəticələrə  nail  olmayan  və  yeni  qurulan  rejimlə  barışmayan  güneyli 
milli  vətənpərvər  ziyalıların  bir  hissəsi  vətəndən  Böyük  Britaniyaya  mühacirət 
etdilər.  Onlar  1979-cu  ildə  Londonda  Azərbaycan  və  fars  dillərində  olan 
«Aydın»lıq qəzetini təsis etdilər. 
Böyük  Britaniyada  sonralar  Quzey  Azərbaycandan  mühacirət  etmiş 
soydaşlarımız tərəfindən ölkənin paytaxtında Azərbaycan, rus, ingilis dillərində 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə