Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə54/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

 
165 
qəzeti    Sənəndəc  şəhərinin  türkdilli  tələbələri  tərəfindən  «Çiçək»  dərgisi, 
Tehranın  Tibb  Universitetini  «Səs»  qəzeti  isə  Zəncan  universiteti  tərəfindən 
hazırlanaraq nəşr edilir. 
Daşıdıqları  adları  kimi  Sabaha,  gələcəyə  ümid  hissləri  ilə  dolu  olan  və 
tələbə gənclərin yeni fikir, arzu, istək, diləklərini öz səhifələrində əks etdirən bu 
mətbu  orqanları  bütün  İran  boyu  səpələnib:  Tehranda  «Çisək»,  «Dilşad», 
«Ərdəm»,  «İşıq»,  Təbrizdə  «Çəhər»,  «Bayquş»,  «Araz»,  «Yurd»,  İsfahanda 
«Məzun»,  «Səhənd»,  «Dan  ulduzu»,  (Qəzvində)  «Araz»  və  s.  Bundan  başqa 
internet şəbəkəsində belə mətbu nümunələrinin müxtəlif variantları mövcuddur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
166 
 
MÜHACİR MƏTBUATI 
Azərbaycan  mühacir  mətbuatının  ilk  nümunələri  Türkiyə,  Misir  və 
Avropanın  bir  sıra  ölkələrində  görünürdüsə,  sonralar  bu  coğrafi  siyahıya  ABŞ, 
Kanada və digər ölkələr də daxil oldu. 
Azərbaycan  mühacirətinin  ən  böyük  kütləsi,  ən  yaxın  tellərlə  bağlandığı 
Türkiyə  ərazisində  olmuşdur.  Əvvəlki  fəsillərdən  bilirik  ki,  ilk  mühacir  mətbu 
orqanın  əsası  1875-ci  ildə  Türkiyənin  İstanbul  şəhərində  qoyulub.  «Əxtər» 
(«Ulduz»)  qəzeti  Məhəmməd  Tahir  Təbrizinin  müdirliyi  və  Mehdi  Təbrizinin 
baş  redaktorluğu  ilə  İstanbul  şəhərində  20  il  fəaliyyət  göstərib.  Türkiyə 
mühitindəki  tərəqqipərvər  münbitlik  Tehranla,  Güney  Azərbaycan  şəhərləri  ilə 
sıx  əlaqədə  olması  orada  azərbaycanlıların  geniş  fəaliyyət  göstərməsinə, 
mətbuatdan təbliğat vasitəsi kimi istifadəsinə imkan yaradırdı. Məşrutə hərəkatı 
xaricdə  yaşayan  mühacirləri  də  hərəkətə  gətirmişdi,  ziyalıların  demokratik  və 
vətənpərvər  təbəqəsi  vətəndəki  hadisələrə  reaksiya  verir,  xalqın  və  özünün 
düşüncələrini əks etdirmək məqsədilə kitab, qəzet və jurnal çap edirdilər. 
Ötən illər ərzində Güney azərbaycanlılar tərəfindən Türkiyədə «Şahsevən» 
(1888),  «Şəms»  (1909),  «Şeyda»  (1911),  «Xavər»  (1914),  «Fikri  istiqlal» 
(1910), «Siruş» (1909-1910) qəzetləri çap olunmuşdur. 
Həmin  mətbu  orqanlarının  çoxu  tək  güneyli  deyil,  həm  də  quzeyli 
ziyalıların  fəaliyyət  meydanına  çevrilmişdi.  Belə  ki,  «Əxtər»,  «Siruş» 
qəzetlərində  vaxtaşırı  M.Şaxtaxtlı,  T.Simurq,  M.Ə.Sabir,  Ə.Ağaoğlunun  və 
digər Quzeydən olan şəxsiyyətlərin imzalarına rast gəlmək olurdu. 
ADR-nin  süqutundan  sonra  Azərbaycan  mühacirətinin  mərkəzi  əsas 
Türkiyədə  M.Rəsulzadənin  böyük  fəaliyyəti  nəticəsində  yaradılmışdı.  1923-cü 
ildən  başlayaraq  onun  təşəbbüsü  və  redaktorluğu  ilə  Türkiyədə  «Yeni 
Qafqaziya» (1923), «Azəri-türk» (1928), «Odlu yurd» (1929), «Bildiriş» (1930) 
və  s.  mətbu  orqanları  nəşr  olunurdu.  Türkiyədə    «Azərbaycan  yurd  bilgisi» 
«Azərbaycan»  jurnalı  da  nəşr  olunurdu.  Azərbaycan  müstəqillik  əldə  etdikdən 
sonra  isə  Türkiyədə  soydaşlarımız  tərəfindən  «Xəzər»,  «Azərbaycan», 


 
167 
«Azərbaycan  səsi»,  «Azərbaycan  türkləri»,  «Araz»  kimi  qəzetlər  təsis 
olunmuşdu. 
Almaniya  azəri  türklərinin  sıx  məskunlaşdığı  Avropa  ölkələrindəndir.  Öz 
demokratik  yönümü  və  mədəni  inkişafı  ilə  soydaşlarımızı  hələ  XX  əsrin 
başlanğıcında  cəlb  etmişdir.  1915-ci  ildə  Berlində  çap  olunan  «Kavə»  qəzeti, 
1921-ci  ildə  yenə  də  Berlində  nəşr  olunan  «İranşəhr»  jurnalının  istibdad  və 
monarxiyaya  qarşı  fikirlərlə  yanaşı  sonralar  hakim  rejimin  yürütdüyü 
assimilyasiya  siyasətinin  əsaslarını  hazırlayan  paniranizm,  fars  millətçiliyi  və 
vahid millət kimi zərərli bir ideologiyanı yayırdılar.  
Tanınmış 
publisist 
Mahmud 
Qənizadə 
bir 
müddət 
Almaniya 
kitabxanalarında  elmi  araşdırmalarla  məşğul  olmuş  və  1926-cı  ildə  Berlin 
şəhərində «Səhənd» adlı qəzet təsis etmişdi. 
1932-ci  ildən  başlayaraq  Almaniyada  Məhəmməd  Əmin  Rəsulzadənin 
rəhbərliyi ilə «İstiqlal» (1932), «Qurtuluş» (1934), «Azərbaycan», «Hücum» və 
s. qəzetlər nəşr olunurdu. 
Əvvəllər  Pəhləvi  rejimin,  sonra  isə  teokrat  hakimiyyət  orqanlarının  təqib 
və  repressiyaları  Güney  azərbaycanlıları  İrandan  mühacirət  etməyə  sövq 
etmişdir.  Mühacirət  mətbuatının  son  mərhələsi  Azərbaycanın  güneydə  islam 
rejiminin  formalaşması  ilə  bağlı  olmuşdur.  İİR-nın  qəbul  etdiyi  yeni 
konstitusiyada  ölkədə  yaşayan  bütün  xalqların  bərabər  hüquqlara  malik  olması 
təsdiq  olunsa  da,  reallıqda  buna  əməl  olunmadı.  1978-79-cu  illər  inqilabında 
fəal  iştirak  edib  qurbanlar  verən,  onun  hərəkətverici  qüvvəsinə  çevrilən 
azərbaycanlılar  son  nəticədə  inqilabın  bəhrəsini  görmədilər.  Ölkədə  onlara 
göstərilən ayrıseçkilik siyasəti ilə barışmayan Azərbaycan ziyalıları ölkəni tərk 
etmək məcburiyyətində qaldılar. 
Bir  qədər  sonra  İrandakı  Xomeyni  rejiminə  zidd  qüvvələrin  xaricə  axını 
başlandı.  Bunların  bir  hissəsi  də  sovet  hakimiyyətinin  yalnız  radio 
dalğalarından,  televiziya  ekranlarından,  qəzet-jurnallardan  «tanıyanlar»  idi  ki, 
Şimali  Azərbaycana  gəlib  səhvlərini  anlayandan  sonra  Avropaya  üz  tutdular 
(48, 199). 


 
168 
Qeyd  edək  ki,  paralel  olaraq  həmin  illərdə  keçmiş  Sovetlər  Birliyində 
milli-azadlıq  hərəkatının  güclənməsi  və  siyasi  proseslər  dəmir  pərdənin  aradan 
götürülməsinə  gətirib  çıxarmış  və  mühacirətin  yeni  bir  (quzeyli,  güneyli) 
dalğasının  yaranmasına  təkan  vermişdir.  Dünyanın  bir  çox  ölkələrində 
məskunlaşan  güneylilər  öz  mənəvi  ehtiyaclarını  ödəmək  üçün  mədəniyyət 
dərnəkləri  təsis  edir,  qəzet  və  jurnallar  nəşr  etdirirdilər.  Yaşadıqları  ölkədə 
böyük  ədalətsizliklərlə  üzləşən  və  öz  əqidə,  amal  və  məsləkləri  uğrunda 
mübarizə  aparan  güneylilər    hakim  rejimin  əsil  mahiyyətini  göstərməyə 
çalışırdılar.  Güneyli  mühacirlər  uzun  illərdən  bəri  mənəvi  həyatlarında 
yaranmış  boşluğu  dolğurmaq  məqsədi  ilə  Azərbaycanla  bağlı  bilgiləri  daha 
dərindən mənimsəyir, onun ədəbi-mədəni irsini təbliğ edirdilər. 
Avropa və Amerika ölkələrində nəşr olunan mühacir mətbuat orqanlarında 
qoyulan  əsas  məqsəd  çoxsaylı  mühacir  kütləsini  xalqımızın  milli-mənəvi 
dəyərləri, o cümlədən ölkəmizin tarixi keçmişini, ədəbiyyatı, incəsənəti ilə tanış 
etmək  idi.  Bu  mətbu  orqanları  üçün  ən  səciyyəvi  xüsusiyyətlərdən  biri  də 
onların fəaliyyətinin güney probleminə daha çox yönəlməsi ilə bağlı idi. 
Bu gün  mühacirətdə  yaşayan soydaşlarımız içində güneydən olanlar sayca 
çoxluq  təşkil  edir.  Bu  təbii  ki,  həm  say,  həm  də  ərazi  cəhətdən  Güney 
Azərbaycanının quzeyi üstələməsi ilə bağlıdır. Ona görə də mühacirət mətbuatı 
güneylilərin  ədəbi  siyasi  potensial  qüvvəsi  hesabına  fəaliyyət  göstərir.  Bu 
göstərici  mühacir  mətbuatında  daha  qabarıq  gözə  çarpır.  Avropa  ölkələrində 
məskunlaşan  güneylilərin  milli  vətənpərvər  təbəqəsi  daha  çox  Almaniya  və 
İsveçdə  cəmləşmişdir.  Fərəhləndirici  haldır  ki,  demokratik  ruhlu  ziyalılar 
yaşadıqları  ölkədə  Azərbaycan  adı  altında  reallaşdırılan  və  keçirilən  bir  çox 
siyasi  və  mədəni  tədbirlərin  və  proseslərin  özündə  gedir,  çox  zaman 
hərəkətverici  qüvvə  rolunu  oynayırlar,  onlar  həmin  ölkələrdə  qurduqları 
cəmiyyət və mərkəzlərin ideyalarını yayan və müdafiə edən sosial bazanın nəşr 
nümunələrini də yaratmağa nail olurdular.  
Qeyd edək ki, ötən əsrin 80-ci illərindən başlayaraq Avropa və Amerikaya 
mühacirət  etmiş  güneyli  soydaşlarımızın  azərbaycançılıq  məfkurəsi  ilə  birləşib 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə