Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

 
175 
«Salam»,  Azərbaycan,  ingilis  dillərində  «Ana  yurdum»,  ingilis  dilində 
«Kaspian» və s. kimi mətbu orqanları çıxarmışlar. 
Ötən  ilin  90-cı  illərindən  sonra  Amerikanın  müxtəlif  şəhərlərində 
soydaşlarımız tərəfindən nəşr olunan mətbu orqanları Los-Ancelos şəhərlərində 
«Azərbaycan»,  «Əlifba»,  «Beynəlxalq  Azərbaycan»,  Vaşinqtonda  «Dirilik», 
«The  Turkish  world»,  Sitldə  «Babılon  Azerbaijan»,  Nyu-Yorkda  «Reform»  və 
s.  qəzet  və  jurnallar  idi.  Adı  çəkilən  sonuncu  mətbu  orqanın  görkəmli  ictimai 
xadim, tanınmış cərrah, Tehranda Azərbaycan dilində çıxan «Vaqlıq» jurnalının 
naşirivə  redaktoru  d-r  Cavad  Heyətin  qardaşı  Firuz  Heyətdir.  Üç  dildə 
(Azərbaycan,  ingilis,  fars)  nəşr  olunan  bu  jarnalın  səhifələrində  hər  iki 
Azərbaycan həqiqətləri öz əksini tapırdı. 
 
«İldırım»  dərgisi  Güney    azərbaycanlılar  tərəfindən  Kanadanın  Montreal 
şəhərində nəşr olunur. 1998-ci ildən ingilis və Azərbaycan dillərində çap olunan 
dərginin  baş  redaktoru  Saleh  bəy  jurnalın  yaranması  tarixi  ilə  bağlı  yazır: 
«Kanadada 1986-cı ildə mühacirət etmişik. O zaman Kanada azərbaycanlılardan 
ibarət  cəmiyyətlər  var  idi.  Bu  cəmiyyətlər  1989-cu  ildən  etibarən  güclü 
fəaliyyətə başladılar. Qəzet çıxarmaq fikrimiz vardı, amma bununla bağlı qızğın 
mübahisələr olurdu. Bakıda 1990-cı ildəki 20 yanvar faciəsi ilə bağlı Montreal 
Universitetində böyük tədbir keçirdik. Rusiya hökumətini məhkum etdik. 1993-
cü  ildə  şəhərin  iri  meydanlarından  birində  Azərbaycana  erməni  basqınları  ilə 
bağlı  mitinq  keçirdik.  Kanada  ictimaiyyətini  və  medianı  bu  məsələyə  cəlb  edə 
bildik.  Çünki  onların  Azərbaycan  həqiqətləri  haqqında  cüzi  təsəvvürləri  belə 
yox  idi.  Bu  azmış  kimi,  onlara  belə  bir  fikir  aşılanmışdı  ki,  guya  bizlər 
Ermənistana  təcavüz  elirik.  Mitinqin  bizə  köməyi  o  oldu  ki,  KİV-ləri  bizdən 
müsahibə  götürdülər.  Qəzet  səhifələrinə,  televiziyalvara  çıxdıq.  Hətta  ölkənin 
paytaxtında  –  Toronto  şəhərində  çıxış  etdik.  Qeyd  edək  ki,  o  müddətdə  İran 
qəzetlərində bizim əleyhimizə yazılar gedirdi. Biz öz borcumuzu qismən yerinə 
yetirib  Kanadada  Azərbaycanla  bağlı  boşluğu  götürə  bildik.  Elə  «İldırım» 
dərgisini çıxarmaq qərarına da o illərdə gəldik» (85, 1998, №1). 


 
176 
Biz  demokratik  toplumun  yaranması  üçün  döyüşür  və  inanırıq  ki, 
demokrasının  olmamasından  belə  milli  haqsızlıqlar  və  milli  zülm  ortaya  çıxır. 
Biz  Azərbaycanın  gələcəyini  təkcə  azərbaycanlıların  iradəsi  ilə  ölçüb, 
biçilməsinə  və  onların  istəyi  kimi  idarə  olunmasına  dərindən  inanırıq.  Biz 
oxucularımızı  millətinə  nə  edib  ya  etməmələri  üçün  kəsin  və  tək  bir  yol  təklif 
etmirik.  Ancaq  demokratiyanı  təklif  edir  və  çoxluğun  istədiyi  kimi  olunmasını 
istərik. Biz hər türlü diktatorluğa qarşı, bütün gücümüzlə döyüşə and içmişik. O 
üçün özümüzdə diktator olmaqdan və millətə nə edib, nə etməməgin deməkdən 
uzaq  durub  ancaq  demokratik  bir  toplumun  yaranması  ilə  milli  zülmün  aradan 
qaldırılmasına  inanır  və  təbliğ  edirik.  Biz  milli  haqlarımızı  danan  şovinistlərə 
qarşı  döyüşə  qalxıb  dizə  köçürənə  qədər    milli  haqlarımızın  rəsmi  tanınmasına 
qədər mücadilə aparacağıq. 
Ana  dilimizdən  (Azərbaycan  türkcəsindən)  yasaqlıqın  götürülməsi, 
Azərbaycan  Türkcəsi  Güney  Azərbaycanda  rəsmi  dil  kimi  tanınıb  və 
məktəblərdə,  universitetlərlə  örgənilməsi  televizyon,  radio,  dərgi  və  jumalların 
demokratik  prinsiplərə  dayalı  yazıb  yayınlanması  bizim  ilk  və  başlanğıc 
istəklərimizdəndir.  Bu  arada  Azərbaycanın  nə  kimi  siyasət  tutub,  ya 
tutmamasında toplumun və milli düşüncənin gəlişməsi ilə bağlıdır. 
«Qurtuluş  dərgisi»  1996-cı  ildə  Kanadanın  Toronto  şəhərində  nəşrə 
başlayıb.  Kanadada  yaşayan  azərbaycanlıların  yaratdıqları  «Azərbaycan 
qurtuluş  cəhbəsi»nin  mətbu  orqanıdır.  Üç  aydan  bir  çıxan  jurnalın  özəl 
xüsusiyyətlərindən biri onun üç dildə  – Azərbaycan türkcəsində, ingilis və fars 
dillərində  çıxmasıdır.  Dərginin  redaktoru  Fəridə  Həkimi,  baş  yazarı  isə  Əlirza 
Əjdərzadədir. 
Dərginin redaktoru onun yaranma tarixi ilə bağlı ilk sayda yazırdı: 1996-cı 
ildə yaşadığımız Toronto şəhərində 21 Azər hərəkatının ildönümü münasibətilə 
(1945-1946-cı  illərdə  Güney  Azərbaycanda  milli  Demokratğik    hökumətin 
qurulması) universitetlərdən birində tədbir keçirdik. Orada mən də çıxış etdim. 
Tədbirə  çoxlu  azərbaycanlılar  qatılmışdı.  Elə  orada  toplaşan  azərbaycanlılarla 
söhbət  zamanı  belə  qərara  gəldik  ki,  Azərbaycanı  tanıtmaq  məqsədilə  bir 


 
177 
cəmiyyət  yaradaq.  Ona  «Qurtuluş»  adı  verdik.  Bu  cəmiyyətin  mətbu  orqanı  da 
təbii olaraq «Qurtuluş» adlandı» (92, 1997, №1). 
 


 
178 
1858-2005-ci illərdə 
Güneyli Azərbaycanlılar tərəfindən çap olunan qəzet və jurnalları siyahısı 
(Mətbu orqanın adı, çap olunduğu yer, nəĢr ili, redaktoru, təsisçisi 
göstərilməklə) 
1858-1905-ci illər 
 
Azərbaycan, Təbriz, 1858. nəşriyyə heyəti.  
Daneş (Elm) Tehran, 1882 (1299 h.r.) Məhəmmədhəsənxan Etimadülsəltənə.  
Ehtiyac, Təbriz, 1898. Əliqulu Səfərov Təbrizi.  
Ədəb. Təbriz. 1892. Sadiq Fərəhani.  
Əl-hədid, 1898, Hüseyn Təbibzadə, Əbüziya.  
Gəncineyi-fünun, Təbriz 1902-3, Məhəmmədəli Tərbiyət, Həsən Tağızadə.  
İqbal, 1898, Təbriz. Əliqulu Səfərov.  
İran qəzeti, Tehran, 1871 (1288 h.r.) Məhəmmədhəsənxan Etimadülsəltənə.  
İttila (Məlumat). Tehran, 1878 (1295 h.r.) M.Etimadülsəltənə.  
 Kamal Təbriz. 1901-2. Hüseyn Kamal.  
 Mədəniyyət Təbriz. 1883 -d, Sədra.  
 Mərifət. Təbriz 1901. Abdulla xan.  
 Mərrux (Mars) Tehran 1879 (1296 h.r.) M.Etimadülsəltənə 
 Miratüs səfər (Səyahətlər güzgüsü) Mazandaran. 1870-71 (1295 h.r.) 
M.Etimadüssəltənə.  
 Nasiri, Təbriz, 1893, Məhəmməd Nədimbaşı..  
 Ruznameyi dövləti, Tehran, 1868 (1285 h.r.) M.Etimadülsəltənə  
 Ruznameyi elmi, (Elm qəzeti), Tehran 1876 (1293 h.r.) M.Etimadülsəltənə  
 Ruznameyi milləti (Millət qəzeti) Tehran, 1882 (1299 h.r.) M.Etimadülsəltənə  
Ruznameyi orduyi humayun (Ordu manifesti), Tehran, 1882-83 (1296 h.r.) 
M.Etimadülsəltənə  
Şimal –Qərb, Təbriz. 1889, Bağır Həttar.  
 Şəbnamə, Təbriz, 1892, Əliqulu Səfərov. 
 Şərəf. Tehran 1882 (1300 h.r.) M.Etimadülsəltənə  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə