141
nöqteyi nəzərini xalqa çatdıracaq. Az savadlı azərbaycanlıların müxtəlif siyasi
ictimai cərəyanlarla tanış olub, mütəşəkkil inqilabi mübarizə aparmalarında
müsbət rol oynayacaqdır» (111, 1979, №1, 1). Jurnalın elə ilk nömrəsindən, ilk
səhifələrindən keçmiş şah rejiminin Azərbaycanda yeritdiyi millətçilik
siyasətindən, iqtisadi böhrandan, Azərbaycan xalqının müəyyən tarixi
dövrlərindən söhbət açılır, mədəniyyətindən, bədii ədəbiyyatından, qəhrəmanlıq
səhifələrindən müəyyən xatiratlar, qeydlər verilirdi. Jurnal imperializmə və
yerli mürtəcelərə qarşı bütün İran xalqlarını mübarizəyə çağırır və qeyd edir ki,
«İmperializm əleyhinə birgə mübarizə aparmaq zərurəti İranda hər bir
mütərəqqi qiyamın sərlövhəsi kimi nəzərə alınmalıdır». (Yoldaş, 1979, №1, 5).
«Yoldaş» jurnalı azərbaycanlılarla çiyin-çiyinə rejimə qarşı vuruşan bütün
xalqların mübarizəsini alqışlayır və bütün xalqlara eləcə də azərbaycanlılar
üçün milli və demokratik hüquqlar verilməsi uğrunda ardıcıl mübarizə edirdi.
Lakin bu jurnalın nəşri və yayılması antidemokratik və ziddiinqilabi qüvvələrin
əl ilə dayandırıldı. «Yoldaş» jurnalına göndərilən məktubların birində yazılırdı
ki, «Yoldaş» və başqa rüznamə və məcəllələr Ərdəbildə, Təbrizdə, Urmiyada
yayıla bilmir. Yayılanda da komitələr tərəfindən yığılırlar: «Başqa bir xəbərdə
deyilirdi ki, Azərbaycan dilində və hətta Azərbaycan və fars dilində çıxan
ruznamələr təhdid müqabilində öz siyasi və ədəbi fəaliyyətlərini dayandırıblar»
(111, 1989, №13, 17). Digər tərəfdən də inqilaba zidd qüvvələr jurnalın qeyri-
sabit mövqeyindən, ziddiyyətli görüşlər daşımasından onun nəşrinin
dayandırılması üçün bir bəhanə kimi istifadə edə bildilər.
«Yoldaş» jurnalı 1979-cu il iyul ayının sonuna qədər nəşr edildi və onun 22
sayı çapdan çıxdı. Jurnalın məsul katibi Hüseyn Sadiq (Düzgün) idi.
Jurnalda solçuluğa meyl, marksizm ideyalarının təbliği onun bağlanmasına
səbəb oldu. İnqilab dövründə jurnal İranda azərbaycan dilli mətbuat orqanları
arasında əhəmiyyətə malik olmuş, özündən sonra nəşrə başlayan azərbaycan
dilli mətbuatın fəaliyyətində onların ideya-siyasi yönümlərinin müəyyən
olunmasında çox mühüm rol oynamışdır.
142
Jurnal az keçmədən «İnqilab yolunda» daha sonra «Yeni yol» adları ilə
nəşrini davam etdirdi.
Hüseyn Məhəmmədzadə Sədiq Mirmahmud oğlu (Hüseyn Düzgün) 1945-ci
ildə Təbrizdə doğulmuşdur. O, 1963-cü ildə Təbriz Pedaqoji texnikumunu,
1969-cu ildə isə Təbriz Universitetinin ədəbiyyat fakültəsinin fars dili və
ədəbiyyatı bölümünü bitirmişdir. 1974-cü ildə Tehran Universiteti pedaqoji
elmlər fakültəsinin kitabxanaçılıq bölümündə «Tehran kitabxanalarında
azərbaycanşünaslıq qaynaqları» mövzusunda namizədlik dissertasiyası müdafiə
edib. 1965-ci ildə Səməd Behrəngi ilə tanışlığı H.Düzgünün dünyagörüşündə,
taleyində xüsusi rol oynayır. O, Əhməd Behrəngi, Əlirza Habdil (Oxtay),
Behruz Dehqani ilə birlikdə Təbrizdə türkcə mətbu orqanı nəşr etmək qərarına
gəlir və ilk dəfə olaraq «Adına» qəzetini həm türk, həm də fars dilində çap
edirlər. Yazıçı C.Behrənginin faciəli ölümü gənc Hüseyni dərindən sarsıdır. 17
sayı işıq üzü görmüş «Adına» qəzeti bundan sonra «Hünər və ictimai» adı ilə
yenidən türk və fars dillərində nəşrini davam etdirir (1968). Lakin qəzetin 7 -ci
sayı SAVAK-ı qıcıqlandırır, evində həbs olunan H.Düzgün 6 ay zindan həyatı
yaşayır. Ata və babasının görkəmli din xadimi olmasını nəzərə alıb onun
həbsini Tehrana sürgün olunmaqla əvəz edirlər. Tehranda yaşadığı müddətdə
təhsilini davam etdirir və magistr dərəcəsi alır. 1972-ci ildə İran TV-də
ssenarist işləməyə başlayır. Yenə də SAVAK ona burada işləməyə imkan
verməyib, sənədlərini təsdiq etmir və nəticədə H.Düzgün tutduğu vəzifədən
azad olunur.
1983-cü ildə İstanbul Universiteti ədəbiyyat fakültəsinin əski türk
filologiyası bölümündə professor Məhərrəm Erkinin rəhbərliyi ilə «Fars və
Azərbaycan dilləri qrammatikalarının qarşılıqlı araşdırılması» və şərqşünaslıq
bölümündə isə «Ərəb-türk dillərinin qarşılıqlı əlaqəsi» mövzularını müdafiə
edir və doktorluq dərəcəsi alır. Tehran universitetində isə «Mirzəağa Təbrizinin
həyatı, düşüncələri və «Risaleyi-əxlaqiyyə»nin mətni və əxlaq elmi»
mövzusunda elmi işini müdafiə edərək orada da professor-doktor adını alır. Bir
sıra universitetlərdə tədrislə məşğul olmuş, İİR-nin türk dilləri üzrə rəsmi
143
tərcüməçi vəzifəsində çalışmışdır. 1991-ci ildə tutduğu vəzifələrdən
uzaqlaşdırılmışdır. Tehran Universiteti ədəbiyyat fakültəsində 1979-cu il
inqilabdan sonra mətbuat fəaliyyətini davam etdirən professor H.Düzgün
«Yoldaş», «Azadlıq», «Qardaşlıq», «İnqalab yolunda» jurnal və qəzetlərini çap
edir. Bu mətbu orqanlar bağlandıqdan sonra «Yeni yol» nəşr edib və 3 sayı işıq
üzü görür.
Səmərəli elmi fəaliyyət göstərən doktor H.Düzgün sovet dövründə
Azərbaycanda çıxan bir çox əsərləri – «Azərbaycanda fars kökənli dillər», 2
cildlik «Azərbaycanda ağız ədəbiyyatı», «Sayalar», «Vaqif» monoqrafiyası,
Füzulinin «Rindu Zahid, «Məhəmmədəli Tərbiyətin həyat və yaradıcılığı,
«Azərbaycan ədəbiyyatı» və s. nəşr etdirir. Doktorun «Çağdaş Azərbaycan
ədəbiyyatı» əsəri 2 cilddə çap olunduqdan sonra geniş oxucu kütləsinin
rəğbətini qazanıb.
Hüseyn Düzgün «Azadlıq» və «Qardaşlıq» adında daha iki qəzetin də
redaktoru olmuşdur- Azərbaycan və fars dillərində çıxan «Azadlıq» qəzeti öz
səhifələrində Azərbaycan Azadlıqsevərlər partiyasının ideya və fikirlərini əks
etdirirdi. İlk sayı 1979-cu ildə aprel ayının 4-də işıq üzü görülmüşdür. Cəmi 4
sayı çıxıb. «Qardaşlıq» qəzeti də «Azadlıq»ın xətti ilə gedir, lakin onun
səhifələrində ədəbi-bədii materiallara daha çox yer verilirdi.
Azərbaycan səsi – Bu jurnal fars və azərbaycan dillərində Tehranda nəşr
olunurdu. Jurnalın ilk nömrəsi 1979-cu ilin dekabr ayının 12-də çapdan
çıxmışdır. Jurnal mütərəqqi fikirli və demokratik ruhludur. Onun səhifələrində
analitik materiallara geniş yer verilirdi. İranın daxili ilə xarici siyasəti, xüsusilə
Azərbaycanın durumu ilə bağlı materialların təhlilinə vaxtaşırı yer ayırırdı.
Jurnal özünün ilk nömrəsində Azərbaycan dilinin Azərbaycan xalqı üçün və
digər xalqların dillərinin əhəmiyyətindən bəhs edərək «Uşaqlarımız ana dilində
təhsil almalıdırlar» adlı məqaləsində belə yazırdı: «Ana dilində təhsil
almayanda uşaqların istedadı məhv olur və təbii inkişafının qarşısı alınır,
onların az savadlı olmaları və yaxud da savadsız qalmaları ilə nəticələnir.
Xalqımızın əksəriyyəti kəndlərdə yaşayır. Uşaqların çoxu əkin və biçin və
Dostları ilə paylaş: |