Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə42/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

 
129 
bir tələbini öldürməsi şəhərdə böyük qarışıqlığa səbəb oldu. Təbriz cavanları ilk 
dəfə  olaraq  şahın  tank  və  pulemyotları  qarşısına  silahsız,  əli  yalın  və  cəsarətlə 
çıxaraq  yeni  mübarizə  üsulunun  əsasını  qoydular.  Bu  üsul  sonra  İranın  bütün 
kənd  və  şəhərlərində  həyata  keçirildi.(83,  1980  №13)  1973-79-cu  illər 
inqilabının  «qor»u,  «kibrit»i,  «şer»i,»şüar»ı,  «elamiyyə»si  13  fevral  günü 
Təbrizdən  verildi.  (76,  1981,  №12)  Azərbaycan  Demokratik  partiyasının 
Mərkəzi komitəsinin orqanı olan «Azərbaycan» qəzeti 29 Bəhmən üsyanı haqda 
yazırdı:  «İmperializm,  irtica  və  istibdad  əleyhinə  Təbrizdə  baş  verən  29-30 
Bəhmən  hərəkatı  (18-19  fevral  1978-ci  il)  öz  vüsətinə  görə,  xalqın  iştirakı 
nöqteyi-nəzərindən  çox  əzəmətli  bir  hərəkat  idi.  Məmləkətin  bütün  mütərəqqi 
hezb(partiya), təşkilatlar və tanınmış şəxsiyyətləri bu hərəkatı müdafiə etmiş və 
Təbrizdəki  sosial-iqtisadi  və  siyasi  problemlərlə  bağlı  öz  etirazlarını 
bildirmişlər. (Azərbaycan və 1980, №12) 
1978-1979-cu  illər  İran  inqilabından  sonra  çoxmillətli  bir  ölkə  olan  İranda 
yaşayan  xalqlar  bəzi  hüquqlar  əldə  etdilər.  İnqilab  prosesində  Güney 
Azərbaycanda Milli istəklərə dayanın güclü bir siyasi hərəkat başladı.  Bir çox 
partiya, təşkilat, dərnəklər quruldu və bunların orqanları olan qəzet və jurnallar 
açıq fəaliyyətə başladı.                 
Güney  Azərbaycanlıları  ictimai-siyasi  sahədə  milli  istək  və  arzularını 
reallaşdıra  bilməsələr  də,  1978-1979-cu  illər  İran  inqilabı  Güneydə  mədəni 
həyatın  gedişində  xüsusi  bir  canlanma,  dirçəliş  mərhələsi  yaratdı.  «Bu  inqilab 
bütün  İran  məzlumları  simasında  qeyri-fars  millətlər  üçün  də  dönüş  oldu. 
İnqilabın  qələbəsindən  sonra  milli  məsələ  ölkənin  siyasi  həyatının  əsas 
problemlərindən  birinə  çevrildi  və  bu  gün  də  öz  aktuallığını  saxlamaqdadır». 
(10, 154).  
Azərbaycan  ziyalıları  hadisələrin  sonunun  necə  nəticələnəcəyini, 
hakimiyyətdə  kimin  möhkəmlənəcəyini  gözləmədən  on  illər  boyu  həsrət 
qaldıqları ana dilində milli mədəniyyətlərini inkişaf etdirməyə başladılar.  
Azərbaycan  dilində  dövri  nəşrlər  tək  Güney  Azərbaycanda  deyil,  hətta 
ölkənin  paytaxtı  Tehranda  da  mövcud  idi.  Çünki  50-60  il  ərzində  Azərbaycan 


 
130 
bölgələrində  iqtisadi  vəziyyətlə  bağlı  Tehrana  çoxlu  miqrant  axını  başlamışdı. 
«Azərbaycanlıların  demək  olar  ki,  bütün  milli  istəkləri  50  illik  Pəhləvi 
sülaləsinin  hökmranlığı  dövründə  xalqın  həsrət  qaldığı  ana  dilində  oxuyub 
yazmaq hüququndan, bu vasitə ilə milli mədəniyyətə yiyələnmək və onu inkişaf 
etdirmək  tələbindən  başlanır.  İranda  inqilab  qələbə  çalan  kimi  başlıca  olaraq 
Tehran və Təbrizdə, qismən Sarab və başqa şəhərlərdə Azərbaycan dilində çap 
olunan  ilk  jurnal  və  qəzetlərin,  onlar  və  yüzlərlə  kitabların  çap  olunub 
yayılması ana dilinə mənəvi ehtiyacdan doğan ilk bəhrələr idi (10, 154).  
Ana  dilində  mətbuat  orqanları  tək  inqilabın qələbəsindən  sonra  deyil,  hələ 
inqilabın  gedişində  də  nəşr  olunurdu.  Ümumiyyətlə,  Güney  Azərbaycanda  ana 
dilində  mətbuatın  nəşri  hələ  İranda  yeni  konstitusiyanın  təsdiqindən  əvvəl 
başalmışdı.  1978-ci  ilin  oktyabr  ayının  14-də  mətbuata  qoyulmuş  senzura  ləğv 
edildi.  1979-cu  ilin  4  yanvarında  yeni  hökumət  təşkil  etməyi  üzərinə  götürən 
baş nazir Bəxtiyar get-gedə güclənən inqilabi hərəkat qarşısında xeyli güzəştlər 
vəd etməli olur. Bəxtiyarın ən böyük vədlərindən biri mətbuatla bağlı idi. O, bu 
münasibətlə  deyirdi:  «Ümid  edirəm  ki,  sabah  ya  o  biri  gün  mətbuat  tam  azad 
olacaq.  Bu  o  deməkdir  ki,  nə  hərbiçilər,  nə  də  qeyri-hərbiçilər  daha  mətbuata 
əmrlər verə bilməz [97, 28]. 
Bu bəyanatdan az sonra – yanvarın 16-da şah ölkəni tərk edir, həmin günün 
sabahı yanvarın 17-də azərbaycanca-farsca ilk qəzet «Ulduz» nəşrə başlayır [76, 
№7,  1981,  21].  Bu  qəzet  ana  dilində  ilk  olaraq  Pəhləvi  diktaturasının 
devrildiyini xalqa xəbər verdi. Bu fakt bir tərəfdən azərbaycanlıların ana dilində 
yazıb  oxumaq  ehtirasının  nə  qədər  güclü  olduğunu,  digər  tərəfdən  ziyalıların 
yaranmış  vəziyyətdən,  vədlərdən  məharətlə  istifadə  etmək  bacarığını,  digər 
tərəfdən  isə,  inqilabi  çıxışlar  zamanı  digər  çoxsaylı  şüurlarla  bərabər  milli 
tələblərin  (hər  şeydən  əvvəl  ana  dilinə  azadlığın)  də  çoxluq  təşkil  etdiyini 
sübuta yetirir. 
1979-cu  ilin  martında,  qələbədən  dərhal  sonra  inqilaba  qədərki  və 
inqilabdan  sonrakı  ədəbiyyatın  ən  qüdrətli  nümayəndələrindən  biri  olan  Həbib 
Sahirin rəhbərliyi ilə Tehranda «Azərbaycan mədəniyyət Cəmiyyəti» fəaliyyətə 


 
131 
başlayır  [  İnq.  yolunda,  №1,  1980].  Bəzən  Müstəqil  «Azərbaycan  Mədəniyyəti 
Ocağı» adlandırılan bu cəmiyyət əvvəlcə özünü partiya adlandırır: «Azərbaycan 
Azadixahlar hezbi»  -  yəni Azərbaycan Azadlıqsevərlər Partiyası.  Həbib Sahirin 
başçılıq  etdiyi  cəmiyyət  öz  fəaliyyətində  siyasi  və  milli  tələblər  uğrunda 
mübarizəyə xüsusi yer verirdi. «Lakin bununla yanaşı «Azərbaycan Mədəniyyət 
Cəmiyyəti»  -  dəfələrlə  özünün  heç  bir  siyasi  partiya  ilə  bağlı  olmadığını  elan 
etmişdir.  Eyni  tipli  elanları  Təbriz  Şair  və  Yazıçılar  Cəmiyyəti,  jurnallar  da 
dəfələrlə dərc etmişlər» [10, 153]. 
Cəmiyyətin  rəhbəri  Həbib  Sahir  inqilabın  bütün  İranda  yaşayan  xalqlara, 
eləcə də azərbaycanlılara «İqilab azadlıq» verdiyini ilk etiraf edənlərdən biri idi 
[87, №7, 1981, s. 15].  
Cəmiyyət  mədəniyyət  və  ədəbiyyatın  vəzifəsini  İran  inqilabı  yolunda 
xidmətdə,  o  cümlədən  ABŞ  başda  olmaqla  dünya  imperialistləri  ilə  amansız 
mübarizədə  «Azərbaycan  xalqının  insanpərvər  və  vətənpərvər  amal  və 
arzularını bəyan və təbliğ etməkdə görürdü [10, 152]. 
Cəmiyyətin  fəaliyyətini  işıqlandırmaq  məqsədilə  əvvəlcə  «Yoldaş»,  sonra 
«İnqilab  yolunda»,  bu  jurnallar  bağlandıqdan  sonra  isə  «Yenə  yol»  adlı  jurnal 
nəşr edilir. Jurnalların hər üçün yazıçı Hüseyn Düzgünün səyi və təşəbbüsü ilə 
nəşr olunmuşdur.  
Tehran  azərbaycanlıların,  xüsusən  ziyalıların  kompakt  şəkildə  yaşadıqları 
əsas  şəhərlərdən  biri  olduğu  üçün  burada  digər  mədəniyyət  ocaqları,  ədəbi 
birliklər  də  fəaliyyətə  başlayır.  1979-cu  ilin  aprelində  Tehranda  Azərbaycan 
yazıçılar və şairlər cəmiyyəti yaranır, 1981-ci ilin fevralından etibarən «Günəş» 
adlı  orqan  nəşrə  başlayır.  Bu  qurum  da  öz  məqsədlərini  təkcə  Cənubi 
Azərbaycan  konteksti  ilə  məhdudlaşdırmır.  «Cənubi  Azərbaycan  xalqının  illər 
boyu  tapdalanmış  arzu  və  istəkləri  uğrunda  mübarizə  ilə  yanaşı,  ümumiran 
səciyyəsi  daşıyan»  antiimperialist  və  xəlqi  mübarizələr  sıralarında,  öz  tarixi 
vəzifələrini yerinə yetirməyi» [83, №1, 1981, s. 3-4] məqsəd və vəzifəsi sayırdı. 
Təbrizdə  də  Şairlər  və  Yazıçılar  cəmiyyəti  yaranır  və  1981-ci  ilin 
əvvəllərindən  «Ülkər»  adlı  xüsusi  jurnal  nəşr  etməyə  başlayır.  «Bütün  bu 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə