144
yaxud məhsul toplamaq dövründə ata analarına kömək edirlər. Digər tərəfdən
mədrəsələrin azlığı və yaşayış yerindən uzaq olmaları üzundən həmin uşaqların
təhsil imkanı az və çətinlikləri çox olur.
Uşaqların bir çoxu da ayrı bir dildə təhsil almaq bacarığına malik deyillər.
Bütün bunlara görə, fars olmayan xalqlar arasında savadsızların sayı çoxdur.
Bir təhər oxuyanlar az məlumatlı olurlar. Bu səbəbdən də danışgaha
(universitet) bu cür adamların daxil olması çətinləşir və nəticədə işsizlərin sayı
artır (74, 1981, № 2).
1978-1979-cu illər İran inqilabında azərbaycanlılar böyük rol oynadılar.
Şahlıq rejiminə qarşı olan bu inqilabın məqsədi milli idealların gerçəkləşməsinə
səbəb olmasa da, özündən sonra iz qoya bildi. Xüsusilə inqilabın ilk oylarından
30 adda buraxılan qəzet və jurnallar ana dili hərəkatını və milli haqlar uğrunda
mübarizəni yenidən canlandırdı.
Yeni yaranan yazııçlar birlikləri, janr-musiqinin girçəldilməsi, azərbaycan
dilində tədrislə bağlı atılan addımlar. Təbrizdə akademiyanın yaradılması,
radioteleviziya verilişlərinin doğma dildə olan şəbəkəsinin genişləndirilməsi
çox qısa müddətdə fəaliyyət göstərdi. Doktor C.Heyətin «Varlıq» jurnalından
başqa bütün mətbuat orqanları qapandı.
1990-cı ildə «Yol» adlı ədəbi-ictimai jurnal nəşrə başlayır. Gözəl rəsm əsərləri və
fotolara səhifələrində geniş yer verən bu jurnalın 30-dan artıq sayı işıq üzü gördü.
Jurnalın redaktorları Abbas Səmimi və Həmid Məmmədzadə ii. Mütərəqqi alim və
vətənpərvər yazıçı olan Həmid Məmmədzadə curnalistlik fəaliyyəti ilə hələ gənj
yaşlarından məşğul olmuşdur. Onun bir qələm sahibi kimi publisistik və əəbi
yaradıjılığı 1946-cı ildə Təbrizdə nəşr edilən «Azad millət» və «Cavanlar» qəzetində
çıxan məqalələri ilə başlamışdı. Uzun müdət «Varlıq» jurnalı ilə əməkdaşlıq
etmişdir. Təəssüf ki, «Yol» qəzeti sonralar irtica mövqeyinə yuvarlanmağa başlaı,
nəşri də uzun çəkmədi.
Beləliklə,1979 –cu il İran İslam inqilabından sonra
dövlətin
rəsmi siyasəti pəhləvilərdən miras qalmış fars milliyyətçiliyindən İslam
ümmətçiliyinə keçid aldı. Fars olmayan xalqlara bəzi konstitusiya haqları verilsə də,
Pəhləvilərdən qalmış fars millətçiliyi üzərində oturdulan dövlət bürokratiyası, millət,
vətən, milli tarix və milli dil anlayışı xüsusilə mədəniyyət və
təhsil sistemində nisbi
dəyişmələr olsa da onlar çox az müddətdə
fəaliyyətdə oldu ,sonralarsa qarşısı
alınıb,yalnız sözdə qaldı. Ümumiyyətlə isə İslam inqilabından sonra
dövlətdə Fars
olmayan xalqlara qarşı ayrı-seçkilikçilik yalnız təhsil və
mədəniyyətlə məhdud
qalmamış xüsusilə iqtisadiyyat sahəsinə də ciddi təsir göstərmişdi.