Azərbaycan Respublikası Təhsil Nazirliyinin ____________2021-ci il tarixli ______ nömrəli əmri ilə təsdiq edilmişdir.
Peşə təhsili pilləsinin Yüksək Texniki Peşə Təhsilinin səviyyəsi
Subbakalavr dərəcəsi hazırlığı üzrə
T Ə H S İ L P R O Q R A M I (KURİKULUM)
İxtisasın (proqramın) şifri və adı:
|
030514 – Sənayedə avadanlıqlarının quraşdırılması və texniki istismarı
|
BAKI – 2021
1. Ümumi müddəalar
Subbakalavr peşə-ixtisas dərəcəsi verən “Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı” ixtisasının təhsil proqramı Azərbaycan Respublikasının «Təhsil haqqında» və “Peşə təhsili haqqında” Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq qərarları ilə təsdiq edilmiş subbakalavr peşə hazırlığını həyata keçirən tədris proqramlarının hazırlanmasını tənzimləyən müvafiq hüquqi sənəd və qaydalara uyğun hazırlanmışdır.
Yüksək texniki peşə təhsili proqramları (kurikulumlar) təlim nəticələri və məzmun standartlarını, tədris fənn/modullarını, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi sistemini özündə əks etdirən dövlət sənədidir.
1.3 Təhsil Proqramı (kurikulum) tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün peşə təhsili müəssisələri üçün məcburidir.
1.4 Strukturda istifadə olunan işarələr:
Dostları ilə paylaş: |