2.1 Subbakalavrın ixtisas xarakteristikası.
“Sənayedə avadanlıqlarının quraşdırılması və texniki istismarı” ixtisasını bitirən məzunlar əsasən örtüklü metal elektrodla qaynaq üsulu (SMAW), CO2 mühitində qövs qaynağı və qoruyucu qaz mühitində metalın qövs qaynağı (GMAW), sənaye quraşdırma sahəsində qaynaq materialları və qaynaq avadanlıqlarının seçilməsi, müntəzəm qaynaq, qaynaq təftişi və qaynaq qeydlərinin aparılması, boru avadanlıqları və santexnika işlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq müəyyən çertyojun WPS-ni nəzərdən keçirməklə, aidiyyəti sənayeyə ümumilikdə tətbiq oluna biləcək əsas qaynaq tapşırıqlarını yerinə yetirməyi bacaracaq mütəxəssis olacaqdır.
Təhsilini bitirdikdən sonra məzun qaynaq işləri üçün təhlükəsizlik və sağlamlıq tələblərinə riayət etmək, qaynaq prosedurunun spesifikasiyasını yazmaq, qaynaq işlərinin çertyojlarını hazırlamaq və çəkmək, qaynaq materialları hazırlamaq, qaynaq avadanlığı quraşdırılmasını və sınaqdan keçirilməsi, strukturun montajı və qaynaq tikişlərinin qoyulması, qaynaq və qaynaqlanmış hissələrin keyfiyyətinə nəzarət etmə, borunun diyaqramını çəkmək və diaqramı müəyyənləşdirmək, boru materiallarının hazırlamaq, boruları yoxlamaq, sistemin boru avadanlığının quraşdırılmasını, boru avadanlıqlarının təmir və texniki xidməti təmin etmək, CAD proqramı ilə quraşdırma (montaj) çertyojunu çəkmə kimi bacaracaqlara yiyələnəcəklər.
Məzunlar ağır sənaye, metallurgiya və mədən sənayesi, həmçinin müxtəlif istehsalat müəssisələrinin layihələndirilməsi, qurulması və texniki xidmətin gösətirilməsini təşkil edən müəssisələrdə, müxtəlif sənaye müəssisələrində avadanlıqlar və texniki qurğulara texniki xidmətin göstərilməsi kimi işlərin icrasını həyata keçirən mütəxəssis olaraq çalışa biləcəkdir.
2.1.1 Peşə fəaliyyətinin əsas istiqamətləri (vəzifə və funksiyalar):
Örtüklü metal elektrodla qaynaq (SMAW) işlərinin icrası
CO2 mühitində qövs qaynağı ilə işlərinin icrası
Qoruyucu qaz mühitində metalın qövs qaynağı (GTAW) işlərinin icrası
Sənaye quraşdırma sahəsində qaynaq materialları və qaynaq avadanlıqlarının seçilməsi, quraşdırılması
Qaynaq təftişi və qaynaq qeydlərinin aparılması
Boru avadanlıqları və santexnika işlərinin həyata keçirilməsi
2.1.2 Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:
İxtisas üzrə:
Qaynaq işləri üçün təhlükəsizlik və sağlamlıq tələblərinə riayət edilməsi
Qaynaq prosedurunun spesifikasiyasının yazılması
Qaynaq işlərinin çertyojlarının hazırlanması və çəkilməsi;
Qaynaq materiallarının hazırlanması
Qaynaq avadanlığlarının quraşdırılması və sınaqdan keçirilməsi;
Strukturun montajı və qaynaq tikişlərinin qoyulması;
Qaynaq işləri;
Qaynaq və qaynaqlanmış hissələrin keyfiyyətinə nəzarət edilməsi;
Borunun diaqramının çəkilməsi və diaqramının müəyyənləşdirilməsi;
Boru materiallarının hazırlanması;
Boruların boltlarla bərkidilməsi və birləşmə əməliyyatları;
Boruların yoxlanılması,
Boru sistemləri avadanlığlarının quraşdırılması
Boru avadanlıqlarının təmiri və texniki xidmətini təmin edilməsi;
CAD proqramı ilə quraşdırma (montaj) çertyojunu çəkilməsi
Dostları ilə paylaş: |