Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə17/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

62
Hüquqi  müdafiə  vasitələri  barədə  məlumat  (ərizə  təmin 
olunmadıqda, hər iki tərəfin şikayət vermə hüququ).
İPM-in  41-ci  və  ondan  sonra  gələn  maddələrinə 
əsasən  həyata  keçirilən  icraatlarda  dərhal  icra  və  buna 
bənzər  məsələlər  barədə  ayrıca  qərar  qəbul  edilmir.  Lakin 
məhkəmə,  müvafiq  ərizə/tələb  əsasında  inzibati  orqanın 
müəyyən hərəkətlərdən çəkinmə və ya davranış vəzifələrini 
müəyyən edə bilər (bax: İPM-in 40.3-cü maddəsi). Onların 
icrasına İPM-in 43-cü maddəsinə əsasən nəzərdə tutulmuş 
icraatdan  yan  keçməklə  İPM-in  120-ci  maddəsi  əsasında 
məcburi  şəkildə  nail  olmaq  olar  (bununla  bağlı  bax: 
yuxarıda İPM-in 41-ci və 43-cü maddələri üzrə icraatların 
“biri-birinin ardınca gəlməsi” ilə bağlı qeydlər). 
III.  İPM-in  43-cü  maddəsinə  əsasən  qəbul  edilən 
qərardadın təsviri
İPM-in  43-cü  maddəsinə  əsasən  həyata  keçirilən 
icraatlarda  qərardadın  nəticəvi  hissəsi,  eləcə  də  məh-
kəmənin məzmun baxımından yoxlamalı olduğu məsələlər, 
müvafiq  olaraq  verilmiş  ərizədən/tələbdən,  yəni  ərizəçinin 
güddüyü  məqsəddən  asılıdır.  Bu,  sözügedən  müvəqqəti 
xarakterli  müdafiə  icraatının  aid  olduğu  məcburetmə  və 
öhdəliyin  icrası  haqqında  iddiaya  oxşardır.  Lakin  hər 
bir  halda,  nəticəvi  hissədə  söhbətin  yalnız  müvəqqəti 
bir  tənzimetmədən  getdiyinin  aydın  şəkildə  göstərilməsi 
vacibdir.  Məsələn,  əgər  ərizəçi  öhdəliyin  icrası  haqqında 
iddia  ilə  pul  məbləğinin  ödənilməsini  tələb  edirsə,  artıq 


63
müvəqqəti  xarakterli  müdafiə  icraatında  inzibati  orqanın 
üzərinə müvafiq öhdəliyin qoyulması iddia icraatı (əsas iş) 
üzrə  qərarı  əvvəlcədən  müəyyən  etmiş  olardı.  İPM-in  43-
cü maddəsində təsbit edilmiş müvəqqəti xarakterli müdafiə 
icraatının məqsədi, prinsipcə, onsuz da bu deyil. Ona görə 
də,  ərizəçi  bu  müvəqqəti  xarakterli  müdafiə  icraatında 
müsbət bir qərara yalnız o halda nail olacaq ki, iddia açıq-
aşkar  uğurluluq  ehtimalına  malik  olsun  və  müvəqqəti 
xarakterli müdafiə barədə qərardad həm də hüquqi müdafiə 
səbəblərinə görə zəruri olsun.
Məhkəmə  öz  qərardadında  müvəqqətiliklə  bağlı 
birba şa  olaraq  heç  bir  qayda/tənzimetmə  nəzərdə  tutma-
dıqda,  İPM-in  43-cü  maddəsinə  əsasən  qəbul  edilmiş 
müsbət  qərardad,  prinsip  etibarilə,  inzibati  aktın  artıq 
mübahisələndirilə  bilmədiyi  və  ya  iş  üzrə  qəbul  edilmiş 
qərarın  qanuni  qüvvəyə  mindiyi  günə  qədər  qüvvədə  olur 
(bax: İPM-in 44.4-cü maddəsi). 
Beləliklə,  İPM-in  43-cü  maddəsinə  əsasən  qəbul 
edilən  qərardadların  əsaslandırma  hissəsində  aşağıdakılar 
təsvir edilir: 
–  söhbət,  ümumiyyətlə  İPM-in  43-cü  maddəsində 
nəzərdə tutulmuş müvəqqəti xarakterli müdafiə icraatından 
gedirmi  (yoxsa,  söhbət  İPM-in  41-ci  və  ya  42-ci  mad-
dələrindən  birində  təsbit  edilmiş  müvəqqəti  xarakteri 
müdafiədən gedir)?
–  ilkin  təcili  tənzimləmə  zəruridirmi  (bax:  İPM-in 
43.1.1-ci  maddəsi)?  Yoxsa,  ərizəçiyə  iddia  (məcburetmə 
və  ya  öhdəliyin  icrası  haqqında  iddia)  qaldırmasının 
hüquqi  müdafiə  üçün  tam  yetərli  olduğu  bildirilə  bilər? 
Əgər  ilkin  təcili  tənzimləmə  zəruri  deyilsə,  ərizə  İPM-in 


64
43-cü  maddəsinə  əsasən  mümkün  deyil.  Çünki  ərizəçinin 
müvəqqəti xarakterli müdafiəyə ehtiyacı yoxdur. 
–  ərizəçi  əsas  iş  üzrə  iddianın  uğurluluğunu  kifayət 
qədər əsaslı və inandırıcı surətdə təsvir edibmi (bax: İPM-
in 43.1.2-ci və 42-ci maddələri)? Bu zaman aşağıdakı müh-
üm prinsip tətbiq olunur: İPM-in 43-cü maddəsinə əsasən 
həyata  keçirilən  müvəqqəti  xarakterli  müdafiə  icraatında 
əldə  edilən  uğur  əsas  iş  üzrə  icraatda  iddianın  özünün 
uğurlu olmasına nə qədər yaxın olarsa, iddianın uğurluluq 
ehtimalı bir o qədər ciddi yoxlanılır; 
–  Mühüm  qeyd:  Əsas  iş  üzrə  iddianın  uğurluluq 
ehti malının  yoxlanılmasına,  artıq  qaldırılmış,  yaxud 
hələ  qaldırılmalı  olan  məcburetmə  və  ya  öhdəliyin  icrası 
haqqında  iddianın  mümkünlük  şərtlərinin  və  əsaslılığının 
yoxlanılması da aiddir. 
Ərizəçi  yuxarıda  qeyd  olunan  şərtləri  yerinə  yetir-
dikdə, yaxud onlar mövcud olduqda məhkəmə müsbət (hər 
bir  halda,  yalnız  müvəqqəti  xarakter  daşıyan,  yəni  iddia 
icraatı üzrə qərarı əvvəlcədən müəyyən etməyən) qərardad 
qəbul  edir.  Şərtlər  yerinə  yetirilmədikdə  və  ya  mövcud 
olmadıqda ərizə rədd edilir. 
İPM-in  43-cü  maddəsinə  əsasən  qəbul  edilmiş 
müsbət qərardadın nəticəvi hissəsi aşağıdakı kimi olur:
Qarşı  tərəfin  üzərinə  ərizəçiyə  müvəqqəti  olaraq  ...  mənzildən 
istifadəyə icazə verməsi öhdəliyi qoyulur.
Müvəqqəti  xarakterli  müdafiə  üzrə  icraata  dair  prosessual 
xərcləri qarşı tərəf ödəyir.
Hüquqi müdafiə vasitələri barədə məlumat.


65
İPM-in  43-cü  maddəsinə  əsasən  qəbul  edilmiş 
mənfi qərardadın nəticəvi hissəsi aşağıdakı kimi olur:
Ərizə  rədd  edilir  (Ərizə  mümkün  olmadıqda:  Ərizə  mümkün 
sayılmır).
Müvəqqəti  xarakterli  müdafiə  üzrə  icraata  dair  prosessual 
xərclər ərizəçi tərəfindən ödənilir.
Hüquqi müdafiə vasitələri barədə məlumat.
Ərizə  qismən  uğurlu  olduqda  İPM-in  43-cü 
maddəsinə  əsasən  qəbul  edilmiş  qərardadın  nəticəvi 
hissəsi aşağıdakı kimi olur:
Qarşı  tərəfin  üzərinə  ərizəçiyə  cari  ilin  may  və  iyun  ayları 
üçün ... sahibkarlıq fəaliyyətini davam etdirməyə icazə vermək 
öhdəliyi qoyulur. Qalan hissədə (yəni iyul ayından iddia icraatı 
üzrə qərar qəbul olunanadək) ərizə rədd edilir. 
Müvəqqəti  xarakterli  müdafiə  üzrə  icraata  dair  pro sessual 
xərclər  qarşı  tərəf  və  ərizəçi  tərəfindən  yarıya  bölünməklə 
ödənilir. 
Hüquqi  müdafiə  vasitələri  barədə  məlumat  (hər  iki  tərəf  üçün 
şikayət imkanı).
B. Apellyasiya  məhkəmə  icraatında  qəbul  olunan 
qərardadlar
Apellyasiya  instansiyası  məhkəməsinin  hüquqi 
müdafiə vasitələri (apellyasiya şikayəti) ilə bağlı qəbul et-
diyi  qərardadları  mütləq  əsaslandırılmalıdır  (bax:  İPM-in 
80.1-ci maddəsi). Bu, məsələn, İPM-in 87.4-cü maddəsinə 
(həmçinin  bax:  İPM-in  87.8-ci  maddəsinin  1-ci  cümləsi) 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə