66
əsasən qəbul olunan qərardadlara, habelə birinci instan-
siya məhkəməsi qərardadlarından (qərarlarından deyil)
verilmiş apellyasiya şikayətləri üzrə qəbul olunan bütün
qərardadlara aiddir.
Qərardadın nəticəvi hissəsi burada da əsas və
yanakı qərarı əhatə edir. Əsas qərar apellyasiya şikayəti
üzrə icraatın məzmun baxımından nə ilə nəticələndiyini
tənzimləyir. Yanakı qərar isə apellyasiya məhkəmə icraatı
üzrə prosessual xərclər məsələsini həll edir.
Məsələn, apellyasiya qaydasında yoxlama birinci
instansiya məhkəməsinin qərardadının (məsələn, İPM-in
35.3-cü maddəsinə əsasən qəbul edilmiş iddianın müm-
kün sayılmaması haqqında qərardad) sual doğurmayan və
qüsursuz olduğunu müəyyən edərsə, bu zaman əsas qərar
üzrə nəticəvi hissə aşağıdakı kimi olacaq:
X İnzibati-İqtisadi Məhkəməsinin ... tarixli qərardadı
dəyişdirilmədən saxlanılır.
Apellyasiya məhkəmə icraatı üzrə prosessual xərclər şikayətçi
tərəfindən ödənilir.
Hüquqi müdafiə vasitələri barədə məlumat.
Apellyasiya şikayəti birinci instansiya məhkə-
mə sinin qərardadının ləğvi və ya dəyişdirilməsi ilə
nəticələnərsə, bu zaman apellyasiya instansiyası məh-
kəməsinin qərardadının nəticəvi hissəsi onun gəldiyi
müvafiq nəticədən (məsələn, apellyasiya şikayətinin
tam və ya qismən təmin edilməsindən) asılı olacaqdır.
67
Üçüncü hissə: Kazuslar
(müvafiq olaraq: işin faktiki halları,
qərar/qərardad
və qərarla/qərardadla bağlı qeyd)
A. Qərarlar
I. Birinci instansiya məhkəməsi qərarlarına
dair misallar
1-Cİ KAZUS
PENSİYANIN TƏYİN EDİLMƏSİ VƏ
ÖDƏNİLMƏSİNƏ DAİR İDDİA
İŞİN FAKTİKİ HALLARI
27 dekabr 1958-ci il təvəllüdlü M 1977-ci ildə ni-
kaha daxil olur və 1978-1980-ci illər ərzində bu nikahdan
3 övladı ( S, L və T) dünyaya gəlir. M uşaqlarını 8 yaşına
qədər özü tərbiyə edir. O, 15 dekabr 1988-ci ildə H rayo-
nunda yerləşən G üzümçülük sovxozunda fəhlə qismində
əmək fəaliyyətinə başlayır və bu fəaliyyət 11 sentyabr
1991-ci ilə qədər davam edir. Bundan sonra M 1992-1996-
cı illərdə H rayonundakı T adına kolxozda işləyir.
30 dekabr 2009-cu il tarixdə M yaşa görə əmək pen-
siyasının təyin edilməsi üçün müvafiq sənədlərlə Azər-
baycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna
ərizə təqdim edir. Lakin Dövlət Sosial Müdafiə Fondu onun
ərizəsini qeydiyyata almır. M bununla bağlı 2010-cu il
ərzində dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət
68
edir və ona nəhayət 2010-cu il dekabr ayının sonunda qey-
ri-formal (formal tələblərə cavab verməyən) məlumat veri-
lir. Həmin məlumatda qeyd edilir ki, 1 yanvar 2010-cu il
tarixdən qüvvəyə minmiş qanuna əsasən, M ona yaşa görə
əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş
yeni şərtlərə cavab vermir, bu səbəbdən ona pensiya təyin
edilməsi mümkün deyil. Eyni zamanda, M-in ərizəsi ona
geri göndərilir.
M 16 yanvar 2011-ci il tarixdə cavabdehin üzərinə
27 dekabr 2009-cu il tarixdən ona yaşa görə əmək pen si-
yasının təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması
tələbi ilə N İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırır.
İddiaçının fikrincə, «Əmək pensiyaları haqqında»
Qanunun 1 yanvar 2010-cu il tarixədək qüvvədə olan re-
daksiyasına əsasən, onun yaşa görə əmək pensiyası hüququ
yaranmışdır. İddiaçı, həmçinin hesab edir ki, “Əmək
pensiyaları haqqında” Qanuna edilmiş və 1 yanvar 2010-cu
ildən qüvvəyə minmiş dəyişikliklər ona şamil edilə bilməz.
Çünki onun yaşa görə əmək pensiyası hüququ sözügedən
dəyişikliklərin qüvvəyə minməsindən əvvəl yaranmışdır və
onun bu hüququnun yaranması üçün əvvəllər qüvvədə olan
şərtləri yerinə yetirməsi mübahisələndirilə bilməz. Bundan
başqa, o, hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu onun
ərizəsinə dair 5 gün ərzində qərar qəbul etməli və qərarı
sənədlərlə birlikdə ona göndərməli olduğu halda, bunu
etməmişdir.
Cavabdeh iddianın rədd olunmasını tələb edir. Belə
ki, onun fikrincə, “Əmək pensiyaları haqqında” Qa -
nuna edilmiş və 1 yanvar 2010-cu ildən qüvvəyə min -
miş dəyişikliklər iddiaçıya da tətbiq olunur, çünki id-
69
dia çı ərizə ilə məhz 2010-cu ildə cavabdehə müraciət
etmişdir. Sözügedən dəyişikliklərə əsasən, yaşa görə əmək
pensiyasının təyin olunması üçün ən azı 12 il əmək stajı və
57 yaş tələb olunduğundan, lakin iddiaçı həmin tələblərə
cavab vermədiyindən ona yaşa görə əmək pensiyası təyin
edilə bilməz.
N İnzibati-İqtisadi Məhkəməsi 1 fevral 2011-ci il
tarixli qərardadla cavabdehin iddiaçının yaşa görə əmək
pensiyasının təyin edilməsi barədə ərizəsinə dair formal
qərar qəbul etməsi üçün ona 1 may 2011-ci il tarixə qədər
müddət təyin etsə də, cavabdeh bu müddət ərzində belə bir
qərar qəbul etmir.
Məhkəmənin bu işlə bağlı qərarı necə olacaq?
Hüquq normaları ilə bağlı:
“Əmək pensiyaları haqqında” Azərbaycan Res pub-
likası Qanununun 1 yanvar 2010-cu il tarixədək qüvvədə
olan redaksiyasına əsasən, üç və daha çox uşaq doğub
onları səkkiz yaşınadək tərbiyə etmiş, azı 5 il sığorta stajı
olan və 51 yaşına çatmış (üçdən çox olan uşaqların sayına
uyğun olaraq yaş həddi azaldılmaqla) qadınların yaşa görə
əmək pensiyası hüququ vardır (Maddə 8.1).
Həmin Qanuna edilmiş və 1 yanvar 2010-cu il
tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, sözügedən
şərtlər sərtləşdirilmişdir. Belə ki, yeni qanun qadınlara yaşa
görə əmək pensiyasının təyin edilməsi üçün 12 illik sığorta
stajının mövcudluğunu və 57 yaşın (1 yanvar 2010-cu il
tarixdən başlayaraq 1 yanvar 2016-cı il tarixədək hər il 6 ay
Dostları ilə paylaş: |