130
5-Cİ KAZUS
MÜLKİYYƏTDƏN MƏHRUMETMƏ
İLƏ ƏLAQƏDAR KOMPENSASİYANIN
ÖDƏNİLMƏSİNƏ DAİR İDDİA
İŞİN FAKTİKİ HALLARI
Azərbaycan Respublikası Əmlak Məsələləri Döv-
lət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Re-
yest ri Xidməti tərəfindən verilmiş 12 dekabr 2011-ci il
və 2 fevral 2012-ci il tarixli Daşınmaz Əmlakın Dövlət
Reyestrindən çıxarışlara əsasən, A və B müvafiq olaraq K
şəhəri, T küçəsi 14-də yerləşən 3 saylı yataqxananın 78 və
79 nömrəli mənzillərinin mülkiyyətçiləridir. Bu yataqxana
qəzalı vəziyyətdədir və statik təhlükə mövcuddur.
Y
ataqxana binasının istismar üçün təhlükəli oldu-
ğunu nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti 3 may 2013-cü il tarixli sərəncamla həmin
yataqxana binasında yaşayan ailələrin hər birinə 45000
AZN məbləğində kompensasiya müəyyən edir və kom-
pensasiyanın ödənilməsi K şəhəri İcra Hakimiyyətinə
həvalə olunur. Sərəncamın icrasını təmin etmək məqsədilə
K şəhəri İcra Hakimiyyəti 14 may 2013-cü il tarixdə
sözügedən yataqxananın sakinlərinin ( A və B də daxil ol-
maqla) kompensasiya ödənilməklə köçürülməsi barədə
sərəncam qəbul edir. Eyni zamanda, İcra Hakimiyyəti
sakinlərə onların binanı könüllü tərk etməyəcəkləri təqdirdə
mənzillərdən məcburi qaydada çıxarılmaqla, elektrik və
131
su təchizatının kəsiləcəyi barədə məlumat verir. A və
B binanın qəzalı vəziyyətdə olduğunu və onun həmin
vəziyyətdə istismarının ictimaiyyət üçün təhlükə törətdiyini
inkar etmirlər, lakin mülkiyyətlərində olan mənzillərə
görə 45.000 AZN məbləğində kompensasiya ilə razılaşmır
və kompensasiyanın məbləğinin hər bir mənzil üçün
40.000 AZN məbləğində artırılmasını tələb edirlər. İcra
Hakimiyyəti kompensasiyanın artırılması tələbini rədd edir.
A və B tələblərini əsaslandırmaq üçün qeyd edirlər
ki, onlar 45.000 AZN-ə özlərinə həmin ərazidə eyni
şəraitli mənzil ala bilməzlər. Kompensasiyanın məbləğinin
artırılması tələbini qəbul etməyən İcra Hakimiyyəti isə
müvafiq məbləği mənzillərin dəyərinə uyğun hesab edir.
O, həmçinin bildirir ki, yataqxana binasında yaşayan
ailələrin hər birinə 45.000 AZN məbləğində kompensasiya
ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin
3 may 2013-cü il tarixli sərəncamı əsasında müəyyən
edilmişdir.
Kompensasiyanın məbləği ilə bağlı tələblərinin inzi-
bati orqan tərəfindən təmin edilmədiyini görən A və B K
şəhəri İcra Hakimiyyətinə qarşı onun üzərinə iddiaçıların
hər birinin mənzilinə görə, müvafiq olaraq 40.000 AZN
məbləğində əlavə kompensasiya ödəməsi öhdəliyinin
qoyulması tələbi ilə 12 dekabr 2013-cü il tarixdə K
İnzibati-İqtisadi Məhkəməsinə müraciət edir və məhkəmə
prosesinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
də cəlb olunmasını təklif edirlər.
Bu işlə bağlı məhkəmə necə hərəkət edəcək və onun
qərarı necə olacaq?
132
Qeyd: Fərz edin ki, məhkəmə tərəfindən təyin edil-
miş ekspertiza (müstəqil qiymətləndirici) 45.000 AZN
məbləğində kompensasiyanın mənzillərin hazırkı dəyərinə
uyğun olduğunu təsdiq edir.
Hüquq normaları ilə bağlı:
Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət
I. Azərbaycan Respublikasında mülkiyyət toxunul-
mazdır və dövlət tərəfindən müdafiə olunur.
II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və
bələdiyyə mülkiyyəti növündə ola bilər.
III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və
azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin
ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
Mül kiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ
qa nunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əm-
lak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına
və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan
istifadə etmək və onun barəsində sərəncam vermək hüquq-
larından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiy-
yətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə
133
yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgənin-
kiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli
ödəmək şərti ilə yol verilə bilər.
...
«İnsan hüquqlarının və əsas azadlıqlarının mü da-
fiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə
Protokol
Maddə 1. Mülkiyyətin müdafiəsi
Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən
maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin
maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi
prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz
mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara
müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata
keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya
cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab et-
diyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Dostları ilə paylaş: |