291
yoxlama zamanı öz təsdiqini tapmışdır.
V İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2013-cü
il tarixli qərardadı ilə ərizə rədd olunmuşdur. Məhkəmə
hesab etmişdir ki, onun 14 fevral 2013-cü il tarixli qərarı ilə
bu işə dair iddia icraatı üzrə iddia tələbi rədd edildiyindən
və bununla da iddianın uğurlu olması ehtimalı birmənalı
aradan qalxdığından ərizəçinin qarşı tərəfin qəbul etdiyi
qərarların icrasının dayandırılmasına dair ərizəsi təmin
oluna bilməz.
Ərizəçi 19 fevral 2013-cü il tarixdə birinci instan-
siya məhkəməsinin qərardadından apellyasiya şikayəti
vermişdir. O, qərardadın ləğv edilməsini, qərarların icra-
sının dayandırılmasına dair ərizənin təmin olunması barədə
qərardad çıxarılmasını tələb edir. Ərizəçi, həmçinin 24
fevral 2013-cü il tarixdə birinci instansiya məhkəməsinin
qərarından da apellyasiya şikayəti vermiş, qərarın ləğv
olunmasını və iddianın təmin olunmasını tələb etmişdir.
Müvəqqəti xarakterli müdafiə icraatı üzrə apellyasiya
şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya
məhkəməsində məhkəmə baxışı 14 fevral 2013-cü il tarixə
təyin edilmiş və heç bir araşdırma aparılmadan eyni vaxtda
iddianın və ərizənin rədd edilməsi barədə müvafiq olaraq
qərar və qərardad qəbul olunmuşdur. Məhkəmənin qərarla
eyni anda sözügedən qərardadı da qəbul etməsi qanun-
suz olub. Belə ki, iddianın mahiyyəti üzrə qərar qəbul
etməzdən əvvəl ərizəçinin ərizəsinin təmin və ya rədd
edilməsi barədə qərardad çıxarılmalı və qərardad ərizəçiyə
təqdim edilməli idi ki, o, həmin qərardaddan şikayət verə
bilsin. Ərizənin mahiyyəti ilə bağlı ərizəçi birinci instan-
siya məhkəməsində bildirdiklərinə istinad etmişdir.
292
Qarşı tərəf ərizənin rədd olunmasını və birinci instan-
siya məhkəməsinin qərardadının dəyişdirilmədən saxla-
nılmasını tələb edir.
İcraat materialları V Apellyasiya Məhkəməsinin İn-
zi bati-İqtisadi Kollegiyasına təqdim olunmuşdur. Onlar
məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Ərizəçinin apellyasiya şikayəti vaxtında, yəni birinci
instansiya məhkəməsinin qərardadının təqdim olunduğu
gündən 10 gün müddətində (Azərbaycan Respublikasının
İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə
İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi
qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi gös-
tərilmişdir (İPM-in 85.2-ci və 85.3-cü maddələri). Lakin
apellyasiya şikayəti əsaslı deyil. V İnzibati-İqtisadi Məh-
kəməsi ərizəçinin müvəqqəti xarakterli müdafiə barədə
ərizəsini haqlı olaraq rədd etmişdir və ona görə də onun
14 fevral 2013-cü il tarixli qərardadı dəyişdirilmədən
saxlanılmalıdır.
Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli mü-
dafiə barədə ərizə İPM-in 41-ci maddəsinə əsasən inzibati
aktın icrasının dayandırılması barədə qərardadın qəbulu
üçün verilmiş ərizə qismində mümkündür. Qarşı tərəfin
ən azı 17 yanvar 2013-cü il tarixli qərarı (antiinhisar qa-
nunvericiliyinin pozuntusunun aradan qaldırılması və
maliyyə sanksiyasının tətbiq edilməsi haqqında) “İnzibati
icraat haqqında” Qanunun 2.0.2-ci və İPM-in 32.1-ci
maddələrində nəzərdə tutulmuş mənada inzibati-iqtisadi
293
məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati
akt sayılır. Bu baxımdan, qarşı tərəfin 14 yanvar 2013-
cü il tarix li qərarının da mübahisələndirilə bilən inzibati
akt olub-olmaması məsələsi açıq saxlanıla bilər. Çünki
bu məsələnin icraatın nəticəsinə təsiri yoxdur. Ərizəçinin
ərizəsi bütövlükdə, həmçinin İPM-in 40.1-ci maddəsində
nəzərdə tutulmuş mənada iddia ilə təqib edilən və
müvəqqəti xarakterli müdafiə icraatında kifayət qədər
əsaslı və inandırıcı surətdə təsvir olunan hüquqların təmin
edilməsinə yönəlmiş tədbirlərin görülməsi məqsədinə
xidmət edir. Nəhayət, ərizə İPM-in 40.2-ci maddəsində
nəzərdə tutulmuş zaman kəsimində verilmişdir.
V İnzibati-İqtisadi Məhkəməsi ərizəni haqlı ola-
raq rədd etmişdir, çünki müvəqqəti xarakterli müdafiə
icraatında ərizənin uğurlu olması üçün zəruri olan iddianın
uğurluluq ehtimalı (İPM-in 41.2-ci maddəsi) apellyasiya
məhkəməsinin fikrincə də mövcud deyil.
Belə ki, V İnzibati-İqtisadi Məhkəməsinin müvəqqəti
xarakterli müdafiə haqqında qərardadı prosessual-hü quqi
baxımdan mübahisələndirilməməlidir. Xüsusilə məh kə-
mənin müvəqqəti xarakterli müdafiə icraatı üzrə qərar-
dadını iddiaya dair qərarla eyni zamanda qəbul etməsi
İPM-ə zidd olmamışdır. Düzdür, İPM müvəqqəti xarakterli
müdafiə icraatında qərardadın iddianın uğurluluq proqnozu
əsasında və iddia icraatı üzrə qərarın qəbulundan əvvəl
çıxarılmasına yol verir və ola bilsin ki, bu, hətta müntəzəm
olaraq rast gəlinən haldır. Bununla belə, prosessual hüquq
hər iki icraat üzrə qərarın eyni zamanda qəbulunu qadağan
etmir. İşin faktiki və hüquqi halları müvəqqəti xarakterli
müdafiə icraatı üzrə qərardadın qəbulu üçün xarakterik olan
294
zaman kəsimində məhkəmənin iddia icraatı üzrə də qərar
qəbul edə bilməsinə imkan verə biləcək qədər sadədirsə,
deməli, müvəqqəti xarakterli müdafiə icraatında zəruri olan
iddianın uğurluluq proqnozu, hətta əvvəlcə bu icraat və
yalnız bundan sonra iddia icraatı üzrə qərarın qəbulunda
olduğundan daha çox əsaslıdır. Beləliklə, məhkəmənin
prosessual-hüquqi davranışı ilə ərizəçinin effektiv hüquqi
müdafiə hüququ pozulmur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
mahiyyət üzrə də qüsursuzdur. Belə ki, apellyasiya in-
stan siyası məhkəməsi də işin faktiki və hüquqi hallarının
ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla
uğurlu olmayacağı qənaətinə gəlir. Yəni birinci instansiya
məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti çox
güman ki, uğurlu olmayacaqdır. Həmin şikayət mümkün
olsa da (İPM-in 81.1, 83.1 və 85-ci maddələri), mahiyyət
etibarilə əsassızdır. Bu, aşağıdakı mülahizələrdən irəli gəlir:
Ərizəçi ona məxsus olmayan əmtəə nişanından
isti fadə etməklə “Haqsız rəqabət haqqında” Qanunun
4-cü (Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi) və 9-cu
(İs teh lakçıların çaşdırılması) maddələrinin tələblərini
poz muşdur. Bu isə qarşı tərəfin həmin Qanunun 11-ci
(Bu Qanuna riayət olunması sahəsində antiinhisar siya-
sətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının
səlahiyyətləri və bazar subyektlərinin vəzifələri) və
12-ci (Maliyyə sanksiyaları) maddələrinə müvafiq ola-
raq, mübahisələndirilən qərarları qəbul etməsi ilə nəti-
cə lənmişdir. Bu isə onu deməyə əsas verir ki, ərizəçinin
həyata keçirdiyi fəaliyyət qanunsuz olmuşdur. O, həmçinin
Dostları ilə paylaş: |