Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə69/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

278
haq  qında»  16  sentyabr  2014-cü  il  tarixli  qərarın  ləğv 
edilməsi barədə iddiasına dair iş üzrə qəbul ediləcək məh-
kəmə  qərarı  qanuni  qüvvəyə  minənədək  həmin  qərarın 
icrası dayandırılır.
Müvəqqəti xarakterli müdafiə üzrə icraata dair proses-
sual xərcləri qarşı tərəf ödəyir.
Qərardaddan,  ərizənin  mümkün  sayılmayan  his-
sə   sində,  onun  təqdim  edildiyi  gündən  10  (on)  gün  müd-
dətində Z İnzibati-İqtisadi Məhkəməsi (ünvan: ...) vasitəsilə 
Z  Apellyasiya  Məhkəməsinin  İnzibati-İqtisadi  Kol le gi-
yasına (ünvan: ...) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən:   
imza 
Qeyd:  Azərbaycan  Respublikası  Konstitusiya  Məh-
kəməsinin  “Azərbaycan  Respublikası  İnzibati  Prosessual 
Məcəlləsinin  44-cü  maddəsinin  bəzi  müddəalarının  şərh 
edilməsinə dair” 20 aprel 2015-ci il tarixli qərarına əsasən, 
İPM-in  41.5-ci  maddəsi  əsasında  qəbul  edilmiş  inzi-
bati  aktın  icrasının  dayandırılmasına  dair  ərizənin  təmin 
edilməsi  haqqında  qərardadlardan  artıq  inzibati  orqanların 
şikayət vermək hüququ istisna edilmir. 
2-ci kazus üzrə qərardadla bağlı qeyd:
Müvəqqəti xarakterli müdafiə icraatında da (bu qə rar-
dadda: İPM-in 41-ci maddəsinə əsasən) məhkəmə icraatın 
predmetinin  nədən  ibarət  olmasını  dəqiq  yoxlamalıdır. 


279
Sözügedən qərardaddan görünür ki, burada inzibati orqanın 
mübahisələndirilən qərarlarından yalnız biri əlverişsiz inzi-
bati  aktdır.  Beləliklə,  İPM-in  41-ci  maddəsinə  uyğun  ola-
raq verilmiş ərizə qalan hissədə mümkün deyil. Uğurluluq 
ehtimalına dair proqnozla bağlı əsas iş (iddia icraatı) üzrə 
iddianın  şansları  əsas  götürülür.  Nəhayət,  qərardadın  so-
nundakı  qeyddə  İPM-in  41-ci  maddəsi  əsasında  qəbul 
edilmiş qərardadlardan şikayət verilməsi imkanları ilə bağlı 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mü-
vafiq yeni qərarı barədə məlumat verilir.


280
3-CÜ KAZUS 
ANTİİNHİSAR QANUNVERİCİLİYİNƏ ƏSASƏN 
QƏBUL EDİLMİŞ QƏRARLARIN İCRASININ 
DAYANDIRILMASI
İŞİN FAKTİKİ HALLARI
MMC uzun müddətdir ki, dam örtüklərinin satışı ilə 
məşğul olur. Onun kimi dam örtüklərinin satışı ilə məşğul 
olan  O  MMC  Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf 
Nazirliyi  yanında  Antiinhisar  Siyasəti  və  İstehlakçıların 
Hüquqlarının  Müdafiəsi  Dövlət  Xidmətinə  (bundan  sonra 
mətndə  ASİHMDX)  müraciət  edərək  E  MMC-nin  ona 
məxsus  «RT»  əmtəə  nişanından  qanunsuz  olaraq  istifadə 
etdiyi, satışa çıxardığı dam örtüklərinin üzərində bu əmtəə 
nişanını qeyd etdirdiyi barədə məlumat verir və buna görə 
də E MMC barədə tədbir görülməsi və müvafiq hüquq po-
zuntusunun qarşısının alınmasını tələb edir.
O  MMC-nin  bu  müraciəti  əsasında  ASİHMDX  E 
MMC-nin  ofisində,  eləcə  də  anbarında  yoxlama  aparır. 
Yoxlama  gedişində  E  MMC-nin  üzərində  «RT»  sözləri 
yazılmış  dam  örtükləri  (yoxlama  zamanı  bu  cür  810  ədəd 
dam örtüyünün satışda olduğu aşkar edilir) satdığı müəyyən 
olunur.  Bunun  əsasında ASİHMDX  E  MMC  ilə  bağlı  14 
yanvar  2013-cü  il  tarixdə  «Antiinhisar  qanunvericili yinin 
pozulması  əlamətləri  üzrə  qaldırılmış  işə  baxılmasının 
nəticələri  haqqında»,  habelə  17  yanvar  2013-cü  il  tarixdə 
«Antiin hisar  qanunvericiliyinin  pozulmasının  aradan 


281
qaldırılması  və  maliyyə  sanksiyası  tətbiq  edilməsi  haq-
qında»  iki  qərar  qəbul  edir.  Həmin  qərarlar  nəticəsində 
həmçinin  yoxlama  zamanı  aşkar  edilmiş  810  ədəd  dam 
örtüyünün  satışına  yalnız  onların  üzərindən  «RT»  sözləri 
silinmək şərti ilə icazə verilir. Bu, ASİHMDX-nin fikrincə, 
E  MMC-nin  ona  aid  olmayan  əmtəə  nişanını  təqlid 
etməklə  pozduğu  «Haqsız  rəqabət  haqqında»  Azərbaycan 
Respublikası  Qanununun  4-cü  (Rəqibin  təsərrüfat  fəaliy-
yə tinin  təqlidi)  və  9-cu  (İstehlakçıların  çaşdırılması)  mad-
dələrinin tələbləri ilə əsaslandırılır.
E  MMC  25  yanvar  2013-cü  il  tarixdə  ASİHMDX-
yə  qarşı  onun  E  MMC-yə  dair  qəbul  etdiyi  «Antiinhisar 
qanunvericiliyinin  pozulması  əlamətləri  üzrə  qaldırılmış 
işə  baxılmasının  nəticələri  haqqında»  14  yanvar  2013-cü 
il  tarixli  və  «Antiinhisar  qanunvericiliyinin  pozulmasının 
aradan  qaldırılması  və  maliyyə  sanksiyası  tətbiq  edilməsi 
haqqında»  17  yanvar  2013-cü  il  tarixli  qərarların  ləğv 
edilməsi tələbi ilə V İnzibati-İqtisadi Məhkəməsində iddia 
qaldırır.
 O, iddianın qaldırılması ilə eyni zamanda müvəqqəti 
xarakterli  müdafiə  barədə  ərizə  ilə  məhkəməyə  müraciət 
edərək  ASİHMDX-nin  14  yanvar  2013-cü  il  tarixli  və 
17  yanvar  2013-cü  il  tarixli  qərarlarının  icrasının  da yan-
dırılması  barədə  qərardad  qəbul  olunmasını  tələb  edir. 
İcranın  dayandırılmasına  dair  tələbini  əsaslandırmaq 
üçün E MMC qeyd edir ki, o, uzun müddətdir ki, dam ör-
tük lərinin  satışı  üzrə  ixtisaslaşıb  və  yüksək  keyfiyyətli 
xidmət göstərdiyinə görə müştərilər ondan daim razıdırlar. 
Eyni  zamanda,  o,  fəaliyyət  göstərdiyi  müddət  ərzində  qa-
nunvericiliyin  tələblərinə  həmişə  riayət  etmişdir.  Onun 


282
fikrincə, qarşı tərəfin qərarları onun işgüzar nüfuzuna xələl 
gətirməklə  yanaşı,  onun  iqtisadi  baxımdan  mövcudluğu 
üçün  təhlükələr  yaradır.  O,  həmçinin  hesab  edir  ki,  sözü-
gedən yoxlamanı həyata keçirən və müvafiq qərarları qəbul 
edən zaman qarşı tərəf qanunvericiliyin müddəalarını hərfi 
və həddindən artıq sərt təfsir etmişdir. 
Birinci  instansiya  məhkəməsində  müvəqqəti  xa-
rak terli  müdafiə  icraatı  zamanı  qarşı  tərəf  ərizənin  rədd 
olunmasını  tələb  edir.  Tələbini  əsaslandırmaq  üçün  o, 
qeyd  edir  ki,  ərizəçinin  mübahisələndirdiyi  və  icra sının 
dayandırılmasını  tələb  etdiyi  «Antiinhisar  qanunveri ci-
liyinin  pozulması  əlamətləri  üzrə  qaldırılmış  işə  baxıl-
masının  nəticələri  haqqında»  14  yanvar  2013-cü  il  tarixli 
qərarın  və  «Antiinhisar  qanunvericiliyinin  pozulmasının 
aradan  qaldırılması  və  maliyyə  sanksiyası  tətbiq  edilməsi 
haqqında»  17  yanvar  2013-cü  il  tarixli  qərarın  qəbulu  O 
MMC-nin  müraciəti  ilə  bağlı  olmuş  və  qanunvericiliyin 
tələblərinin E MMC tərəfindən pozulduğu yoxlama zamanı 
öz təsdiqini tapmışdır. 
V  İnzibati-İqtisadi  Məhkəməsinin  14  fevral  2013-
cü  il  tarixli  qərardadı  ilə  ərizə  rədd  olunur.  Məhkəmənin 
fikrincə, onun 14 fevral 2013-cü il tarixli qərarı ilə bu işə 
dair iddia icraatı üzrə iddia tələbi rədd edildiyindən və bu-
nunla da iddianın uğurlu olması ehtimalı birmənalı aradan 
qalxdığından ərizəçi E MMC-nin qarşı tərəfin qəbul etdiyi 
qərarların icrasının dayandırılmasına dair ərizəsi təmin olu-
na bilməz. 
E MMC 19 fevral 2013-cü il tarixdə birinci instansiya 
məhkəməsinin  qərardadından  apellyasiya  şikayəti  verərək 
onun ləğv edilməsini, qərarların icrasının dayandırılmasına 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə