Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə67/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   63   64   65   66   67   68   69   70   ...   76

269
Qarşı tərəf ərizəçinin izahatı ilə bağlı fikir bildirmir. 
Məhkəmənin  müvəqqəti  xarakterli  müdafiə  icraatı 
üzrə qərardadı necə olacaq?
Hüquq normaları ilə bağlı:
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Maddə  58.  Vergilərin  azaldılmasına  və  digər  vergi 
hüquqpozmalarına görə maliyyə sanksiyaları
...
58.10.  Azərbaycan  Respublikasının  Əmək  Məcəl lə-
sində  nəzərdə  tutulmuş  qaydada  əmək  müqaviləsi  (kont-
raktı)  hüquqi  qüvvəyə  minmədən  işəgötürən  tərəfindən 
fiziki  şəxslərin  hər  hansı  işlərin  (xidmətlərin)  yerinə 
yetirilməsinə  cəlb  edilməsi  yolu  ilə  onların  gəlirlərinin 
gizlədilməsinə  (azaldılmasına)  şərait  yaradıldığına  görə 
işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində 
maliyyə sanksiyası tətbiq edilir.
...
Maddə 63. Vergi orqanında şikayətə baxılma
...
63.2. Vergi  ödəyicisi  ona  hesablanmış  verginin  məb-
ləği  ilə  razı  olmadığı  halda,  verginin  ödənilməsini  dayan-
dırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq 
icra  hakimiyyəti  orqanına  və  ya  məhkəməyə  şikayət  verə 


270
bilər.  Vergi  ödəyicisinin  şikayətə  baxılan  müddət  ərzində 
maliyyə sanksiyasını ödəməmək hüququ vardır.
...
Maddə 65. Vergilər üzrə borcların alınması qaydası
65.1. Vergi  ödəyicisi  vergi  öhdəliyini  bu  Məcəllə  ilə 
müəyyən  edilmiş  müddətdə  yerinə  yetirmədikdə  vergi 
orqanı  bu  Məcəlləyə  müvafiq  olaraq  hesablanmış  və  ya 
yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş 
maliyyə  sanksiyalarının  5  gün  müddətində  ödənilməsinə 
dair vergi ödəyicisinə bildiriş göndərir.
65.2.  Bu  Məcəllənin  65.2.1.1  və  65.2.1.4-cü  mad-
dələrində  nəzərdə  tutulan  hallar  istisna  olmaqla  digər  hal-
larda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı 
vergilər,  faizlər  və  ya  tətbiq  etdiyi  maliyyə  sanksiyaları 
üzrə  vergi  orqanı  vergi  ödəyicisinin  milli  və  ya  xarici 
valyu tada  cari  və  ya  digər  hesablarında  borc  məbləğinin 
105  faizi  həcmində  pul  vəsaitinin  məxaric  əməliyyatları 
üzrə  dondurulması  haqqında  kredit  təşkilatına  və  ya  bank 
əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.
65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər 
və  maliyyə  sanksiyaları  üzrə  borcların  vergi  ödəyicisinin 
milli və ya xarici valyutada cari və ya digər hesablarından 
dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya 
bank  əməliyyatları  aparan  şəxsə  icra  (ödəniş)  sənədi  olan 
sərəncam verir:
65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bə-
yan edilmiş vergilər bu Məcəllənin 65.1-ci mad dəsi nəzərə 
alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə;
65.2.1.2.  vergi  orqanının  hesabladığı  vergilər,  faizlər 
və  tətbiq  etdiyi  maliyyə  sanksiyaları  üzrə  vergi  ödəyicisi 


271
tərəfindən  bu  Məcəllənin  65.1-ci  maddəsində  göstərilən 
bildirişin  alındığı  tarixdən  30  təqvim  günü  müddətində 
məhkəməyə şikayət verilmədikdə;
65.2.1.3. məhkəmənin müvafiq qərarı olduqda həmin 
qərara uyğun olaraq;
65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda.
...


272
İş № 
Azərbaycan Respublikası adından
Q Ə R A R D A D
Z şəhəri  
06 oktyabr 2014-cü il
Z İnzibati-İqtisadi Məhkəməsi
hakim P-nin sədrliyi ilə 
ərizəçi  H  MMC-nin  qarşı  tərəf  Azərbaycan 
Respublikası  Vergilər  Nazirliyi  yanında  Vergi  Auditi  De-
partamen tinə  qarşı  «Vergi  ödəyici si nin  vergi  qa nunverici-
liyinin  pozulmasına  görə  məsuliyyətə  cəlb  edilməsi  haq-
qında»  qərardan  və  onun  əsasında  tətbiq  edilmiş  maliyyə 
sanksiyasının  ödənilməsi  barədə  tələbnamədən  müvəqqəti 
xarakterli  müdafiə  barədə  ərizəsinə  baxaraq  aşağıdakı 
qərarı qəbul etdi. 
Təsviri hissə:
Ərizəçi  qarşı  tərəfə  qarşı  18  sentyabr  2014-cü  il 
tarixdə  iddia  ərizəsi  ilə  Z  İnzibati-İqtisadi  Məhkəməsinə 
müraciət  edərək  onun  «Vergi  ödəyici si nin  vergi  qanun-
verici liyinin  pozulmasına  görə  məsuliyyətə  cəlb  edilməsi 
haqqında»  16  sentyabr  2014-cü  il  tarixli  qərarının  və  bu 
qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasının ödənil-
məsi  barədə  tələbna mə nin  ləğv  edilməsi  haqqında  qərar 
çıxarılmasını tələb etmişdir. 


273
Ərizəçi  daha  sonra  25  sentyabr  2014-cü  il  tarixdə 
ərizə ilə məhkəməyə müraciət edərək, «Vergi ödəyici si nin 
vergi qanunverici liyinin pozulmasına görə məsuliyyətə cəlb 
edilməsi  haqqında»  16  sentyabr  2014-cü  il  tarixli  qərarın 
və  onun  əsasında  tətbiq  edilmiş  maliyyə  sanksiyasının 
ödənilməsi  barədə  tələbnamənin  icrasının  dayandırılması 
haqqında qərardad çıxarılmasını tələb etmişdir.
Ərizəçi  icranın  dayandırılmasına  dair  tələbini  əsas-
lan dırmaq  üçün  bildirmişdir  ki,  o,  3  may  2013-cü  il  ta-
rix də  hüquqi  şəxs  kimi  dövlət  qeydiyyatından  keçmiş  və 
fəaliyyət  göstərdiyi  müddətdə  vergi  öhdəliklərini  vaxtında 
yerinə  yetirmişdir.  Vergi  Auditi  Departamentinin  16  sen-
tyabr  2014-cü  il  tarixli  qərarı  əsasında,  guya  Azərbaycan 
Respublikasının  Əmək  Məcəlləsində  nəzərdə  tutulmuş 
qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan 27 nəfər 
fiziki  şəxsi  işlərin  (xidmətlərin)  yerinə  yetirilməsinə  cəlb 
etdiyinə görə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 
(bundan  sonra  mətndə  VM)  58.10-cu  maddəsinə  əsasən 
ərizəçi vergi məsuliyyətinə cəlb olunmuş və onun barəsində 
27.000  (iyirmi  yeddi  min)  manat  məbləğində  maliyyə 
sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən «Vergi 
borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, 
inzibati  cərimələrin  ödənilməsi,  habelə  aşkar  edilmiş  po-
zuntuların aradan qaldırılması barədə tələbnamə» ilə qeyd 
olunan  borcun  ödənilməsi  ərizəçidən  tələb  edilmişdir. 
Lakin  müvafiq  qərarın  və  tələbnamənin  məhkəmə  qayda-
sında  mübahisələn diril məsinə  baxma ya raq,  qarşı  tərəf 
qərarın icrasına yönələn hərəkətlər etmişdir. Eyni zamanda, 
qarşı  tərəf  ərizəçinin  vəzifəli  şəxsləri ni  onları  cinayət 
məsuliyyətinə cəlb edəcəyi ilə hədələmişdir. Müvafiq iddia 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə