304
İş №
Azərbaycan Respublikası adından
Q Ə R A R D A D
L şəhəri
01 dekabr 2011-ci il
L Apellyasiya
Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyası
hakim
Ü-nün
sədrliyi və məruzəsi ilə,
hakimlər
V və
İ-dən
ibarət tərkibdə
ərizəçi
F MMC-nin «qarşı tərəf Azərbaycan Res-
publikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin
L Ərazi
İdarəsinə mübahisəli torpaq sahəsi barəsində sərəncam
verilməsi üçün sənədlərin verilməsinin və həmin torpaqla
bağlı reyestrdə hüquqların qeydiyyatında dəyişikliklərin
edilməsinin qadağan edilməsinə dair» və «mübahisəli
torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasının
üçüncü şəxslərə qadağan edilməsinə dair» müvəqqəti
xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəsi üzrə
L
İnzibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli
... №-li qərardadından üçüncü şəxs
J tərəfindən verilmiş
apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi.
Təsviri hissə:
L Bələdiyyəsinin 11 mart 2006-cı il tarixli qərarına
əsasən,
L şəhəri
B yaşayış massivində yerləşən 0,7 ha
306
2011-ci il tarixli qərardadı əsasında
L və
H Bələdiyyələri,
eləcə də
V, J, N üçüncü şəxslər qismində bu iddia üzrə
məhkəmə icraatına cəlb edilmişlər.
Eyni zamanda, ərizəçi
L İnzibati-İqtisadi Məhkə-
məsinə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə
təqdim edərək, yekun qərar qəbul olunanadək mübahisəli
torpaq sahəsi barəsində sərəncam verilməsi üçün sənədlərin
verilməsinin və həmin torpaqla bağlı reyestrdə hüquqların
qeydiyyatında dəyişikliklərin edilməsinin qarşı tərəfə, eləcə
də mübahisəli torpaq sahəsində hər hansı tikinti işlərinin
aparılmasının
V,
J və
N-ə qadağan edilməsini tələb
etmişdir. Ərizəçi ərizəsini əsaslandırmaq üçün bildirmişdir
ki, Azərbaycan Respublikası Dövlət Torpaq
və Xəritəçəkmə
Komitəsinin
L şəhər şöbəsi tərəfindən ərizəçinin adına
verilmiş «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na
əsasən ona məxsus olan torpaq sahəsi barəsində sərəncam
verildiyi (məsələn, onun özgəninkiləşdirildiyi) və həmin
torpaq sahəsində yuxarıda qeyd olunan 3 nəfər tərəfindən
fərdi yaşayış evləri inşa olunduğu təqdirdə, onun mülkiyyət
hüququnun qorunması xeyli dərəcədə çətinləşə bilər, bu
səbəbdən də müvafiq ilkin təcili tənzimləmənin olması
zəruridir.
Birinci instansiya məhkəməsində müvəqqəti xarak-
terli müdafiə icraatı zamanı qarşı tərəf ərizənin rədd
olunmasını tələb etmişdir. Tələbini əsaslandırmaq üçün
o, bildirmişdir ki, ərizədə göstərilən müdafiə tədbirinin
tətbiqinə zərurət yoxdur. Belə ki, «Daşınmaz əmlakın döv-
lət reyestri haqqında» Qanunun 14.5-ci maddəsinə əsasən,
qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən
maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən