299
mül kiyyət hüququnun qorunması xeyli dərəcədə çətinləşə
bilər, bu səbəbdən də müvafiq ilkin təcili tənzimləmənin
olması zəruridir.
Birinci instansiya məhkəməsində müvəqqəti xarak-
terli müdafiə icraatı zamanı qarşı tərəf ərizənin rədd
olunmasını tələb edir. Tələbini əsaslandırmaq üçün o, qeyd
edir ki, ərizədə göstərilən müdafiə tədbirinin tətbiqinə lü-
zum yoxdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri
haqqında» Qanunun 14.5-ci maddəsinə əsasən, qey-
diyyata alınmalı olan hüquq barəsində mübahisə edən
maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən
məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll
olunanadək dayandırılır. Belə bir məlumat isə, artıq İdarəyə
daxil olmuşdur və həmin əmlaka dair onsuz da hər hansı
qeydiyyat aparılmır.
L İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2011-ci
il tarixli qərardadına əsasən, L və H Bələdiyyələri, habelə
V, J
,
N üçüncü şəxslər qismində müvəqqəti xarakterli
müdafiə icraatına cəlb olunurlar.
Məhkəmənin 10 noyabr 2011-ci il tarixli qərardadı ilə
ərizə qismən təmin olunur, müvəqqəti xarakterli müdafiə
tədbiri olaraq yekun qərar qəbul olunanadək mübahisəli
torpaq sahəsi barəsində sərəncam verilməsi üçün zəruri
olan sənədlərin verilməsi qarşı tərəfə, habelə mübahisəli
torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması
icraata cəlb olunmuş üçüncü şəxslərə qadağan edilir.
Ərizə qalan hissədə rədd olunur. Məhkəmənin fikrincə,
«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun
14.5-ci maddəsində nəzərdə tutulmuş əsasla qeydiyyatın
dayandırılması artıq reyestrdə qeydə alınmış hüquq
300
sahibinin müvafiq daşınmaz əmlakın özgəninkiləşdirilməsi
üçün zəruri olan sənədləri (məsələn, əmlakın özgənin ki-
ləşdirilməsi barədə əqdin notariatda təsdiqi üçün zəruri
olan “əmlakın yüklülüyünə dair” 1 №-li formada arayışı)
almasını istisna etmir.
Müvəqqəti xarakterli müdafiə icraatına cəlb olunmuş
üçüncü şəxs J birinci instansiya məhkəməsinin müvəqqəti
xarakterli müdafiə barədə bu qərardadından 18 noyabr
2011-ci il tarixdə apellyasiya şikayəti verərək həmin
qərardadın ləğv olunmasını və ərizəçinin müvəqqəti xarak-
terli müdafiəyə dair ərizəsinin tam həcmdə rədd olunmasını
tələb edir. O, apellyasiya şikayətini əsaslandırmaq üçün
bildirir ki, qanunun tələbinə görə, torpaq sahəsi üzərində
hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınmalıdır. Lakin müvəqqəti xarakterli müdafiə icraatı üzrə
ərizəçinin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın
dövlət reyestrində qeydə alındığını təsdiq edən hər hansı
sənədi yoxdur. Eyni zamanda, məhkəmənin qərardadı
onun və digər üçüncü şəxslərin mülkiyyət hüquqlarını
məh dudlaşdırır.
Müvəqqəti xarakterli müdafiə icraatı üzrə ərizəçi
birinci instansiya məhkəməsi qərardadının dəyişdirilmədən
saxlanılmasını tələb edir.
Müvəqqəti xarakterli müdafiə icraatı üzrə qarşı tərəf
apellyasiya şikayəti ilə bağlı münasibət bildirmir.
Məhkəmənin birinci instansiya məhkəməsinin mü-
vəqqəti xarakterli müdafiə icraatı üzrə qərardadından ve-
rilmiş apellyasiya şikayəti üzrə qərarı necə olacaq?
301
Hüquq normaları ilə bağlı:
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
(25 iyun 2006-cı il tarixədək qüvvədə olan redak siyada)
Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq
edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq
sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə
verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya
bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə
əsasında həyata keçirilir...
2. Torpaq üzərində mülkiyyət hüququ və tor-
paqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti
orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq
icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı
(şəhadətnamə) ilə rəsmiləşdirilir.
...
4. Dövlət aktının, şəhadətnamənin, alqı-satqı, isti-
fadə və icarə müqavilələrinin nümunəvi formaları qanun-
vericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir.
5. Torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət
reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada
qeydə alınır.
Qeyd: 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu ilə 66-cı maddənin
2-ci bənd yeni redaksiyada verilmiş, 3-cü və 5-ci bəndlər
çıxarılmış, eləcə də 4-cü bənddə “Dövlət aktının, şəha-
dətnamənin,” sözləri çıxarılmışdır.
302
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azər-
baycan Respublikasının Qanunu (mübahisənin yaran dığı
2011-ci ildə qüvvədə olan redaksiyada)
Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması
4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz
əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən
aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz
əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün)
dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində
mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata
alınmalıdır.
4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz
əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış
müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən
dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və
müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Gös-
tərilən qaydada məlumatlar verilənədək həmin müvafiq
icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-
ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün
zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat
orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində on-
lara verməlidirlər.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət
qeydiyyatı üçün əsaslar
8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəl-
məsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının
(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı
Dostları ilə paylaş: |