138
Musa onlara dedi:
-Siz Allahın niĢanələrini gördünüz. O sizi fir`onun və Hamanın əlindən xilas
etdi. Siz müĢahidə etdiniz ki, möhkəm daĢların arasından sizin üçün sərin və
dadlı su axdı.
Bəni-Ġsrailin kiĢiləri sakit oldular. EĢitdikləri sözlər böyük bir həqiqət idi.
Amma, ürəkləri sakitləĢmirdi.
MƏNN VƏ SƏLVA
Allah Bəni-Ġsrailə Mənn göndərdi. Mən Ģehə oxĢar bir Ģeydir. O, göydən
yağır və kiçik tikanlı ağacların üzərinə oturur. Səhərlər Bəni-Ġsrail onları tikan
kollarının üstündə aydın və parlaq halda müĢahidə edirdilər. Onları toplayıb,
yeyirdilər. ġirin və gözəl dadı vardı. Amma, Səlva bir quĢ növüdür. O çox
hündürdə uçur. Amma, Allah-təala Bəni-Ġsraili öz lütf və mərhəmətinə Ģamil
etmək üçün Səlva quĢları aĢağıdan uçur və onların qarĢısında yerə düĢürdülər.
Beləliklə, Allah Bəni-Ġsrailə təhlükəsizlik, su və yemək əta etdi. Bunların
hamısı ona görə idi ki, Allaha imanın Ģirinlik və ləzzətini dərk etsinlər.
VƏ`DƏ YERİ
Bəni-Ġsrail tez-tez Musadan Allahı onlara göstərməsini istəyirdilər. Bəni-Ġsrail
bütpərəstliyə adət etmiĢdilər. Onlar yalnız gördükləri Ģeyə iman gətirirdilər.
Musa onların ürəyində imanı gücləndirmək istədi. Ona görə də qövmündən
yetmiĢ nəfəri seçdi ki, Tur dağında ona qovuĢsunlar. Musa qardaĢı Haruna dedi:
-Ey qardaĢ! Sən Bəni-Ġsrail arasında mənim nümayəndəmsən. Onların iĢlərini
islah etməyə çalıĢ. Fasiqlərin yolu ilə getmə!
Allah-təala öz elçisi Musaya bütün bir ayı və`də yerində qalmalarını
istəmiĢdi. Musa və`də yerinə gəldi və Allah-təala onunla danıĢdı. Musa
təvazökar qəlblə dedi:
-Ġlahi! Özünü mənə göstər. Ġlahi! Səni görmək qüdrətini mənə əta et!
Allah-təala öz peyğəmbərinə buyurdu:
-Heç vaxt məni görməyəcəksən. YaranmıĢların heç biri məni görməyəcəkdir.
Amma, sən dağa bax. Əgər o öz yerində sabit qala bilsə, deməli, sən məni görə
bilərsən.
Musa uca dağa baxdı. Ġntizar anlarını yaĢadı. Birdən çox qəribə bir hadisə baĢ
verdi. Dağa çox güclü nur saçdı. Oradan dağıdıcı ildırımlar parladı. DəhĢətli
gurultu səsləri edĢidildi. Dağ parça-parça oldu. Allahın qüdrəti o böyük dağı
məhv etdi. Ġri daĢ parçaları sür`ətlə yerə töküldülər. Yer ayaqlar altında lərzəyə
gəldi. Musa yerə yıxılıb, huĢunu itirdi.
Bir müddət keçdi. O, möhkəm zərbənin tə`sirindən ayıldı.
O, öz gözü ilə Allahın qüdrətini müĢahidə etdi və anladı ki, Allah-təala gözlə
görünməz. O yalnız imanlı insanın ürəyi ilə görünər. Musa Allahdan istədi ki,
ona insanların yaĢayıĢ iĢlərini tənzim edəcək, onları dünya və axirətdə xoĢbəxt
edəcək bir Ģəriət əta etsin. Ona görə də Allah ona müqəddəs sözləri öyrətməyi
və`də verdi.
139
Musa həmin yerdə bir aydan artıq qaldı. Ġndi isə görək Musa öz qövmü ilə
xudahafizləĢəndən sonra hansı hadisələr baĢ verdi.
AZĞINLIQ
Allah-təala peyğəmbəri Musaya buyurdu:
-Niyə qövmündən qabaq bura gəlmisən?
Musa cavab verdi:
-Onlar mənim ardımca gəlirlər. Mən sənin razılığın üçün daha tez sənin
tərəfinə gəldim.
Allah-təala buyurdu:
-Sənin qövmün bir buzov vasitəsi ilə azğınlığa çəkilmiĢlər. Samiri onları
yoldan çıxartmıĢdır.
Bəni-Ġsrailin arasında bir Ģayiə yayıldı ki, Musa Allahın görüĢünə getmiĢdir.
Musa Allahı axtarmağa getmiĢdir.
Orada, Bəni-Ġsrailin arasında Samiri adlı bir kiĢi vardı. O kiĢi keçid günündə
dırnaqları ilə yerləri eĢən səma atlarını görmüĢdü. Atların dırnağı dəyən
torpaqlar hərəkətə gəlmiĢdilər. Ondan bir ovuc götürüb, öz dəsmalına
tökmüĢdü. Musa Allahı görmək və onun sözlərini eĢitmək üçün Tur dağına
tərəf gedən zaman Samiri fürsəti qənimət bilib, qızıldan bir buzov düzəltdi. O,
Bəni-Ġsrail camaatı arasında get-gəl etməklə onlardan zinət əĢyalarını - qızıl,
gümüĢ, bir qədər lə`l-cəvahirat, qiymətli daĢlar və Abnus ağacından
düzəldilmiĢ digər bəzək əĢyalarını topladı. Samiri öz-özünə dedi: «Tezliklə
onlara ibadət etmək üçün bir allah düzəldəcəyəm; baĢqa tayfaların etdiyi kimi».
Bəni-Ġsrail bütpərəstliklə yaĢamıĢ və onların inamlarının tə`siri altına
düĢmüĢdülər. Ona görə də Samirinin təklifinə müsbət cavab verdilər.
Samiri qızıl bir buzov düzəltdi və sonra keçid günü saxladığı torpaqları onun
içinə tökdü. Birdən buzovun içindən inək nə`rəsinə oxĢar bir səs eĢidildi. O,
buzovu daĢ parçasının üzərinə qoydu. Bəni-Ġsrail camaatı toplaĢdı. Hamısı ona
tə`zimlə baxırdılar. Samiri qıĢqırdı:
-Bu sizin və Musanın mə`bududur.
Harun bu hiyləni gördükdə onların yanına gəldi. Onları bu iĢlərindən
çəkindirərək dedi:
-Ey qövm! Siz bu buzovun vasitəsilə yoldan çıxmısınız. Sizin rəbbiniz
mehriban olan Allahdır. Mənə qulaq asın və sözlərimə əməl edin.
Ey camaat, bu buzov fayda və ziyan yetirməyə qadir olmayan cansız bir
cismdir. Görürsünüz ki, o, nə sizinlə bir kəlmə söz danıĢır və nə də sizin bir
çətinliyinizi həll edir.
Onlar Harunun nəsihətlərinə qulaq asmayıb dedilər:
-Biz Musa qayıdana qədər bu buzova ibadət edəcəyik.
MUSANIN QAYIDIŞI
Allah-təala elçisi Musa ilə görüĢü qırx gün davam etdirdi. Ona lövhələr əta
etdi. Allah həmin lövhələrdə öz din və Ģəriətini, dünya və axirətin səadət yolunu
və bəzi nəsihətləri bəyan etmiĢdi.
140
Musa müqəddəs lövhələri özü ilə götürüb, qövmünə tərəf qayıtdı.
O, onların Allahın əmrləri ilə uyğun yaĢamaları üçün həmin lövhələri oraya
apardı.
Allah-təala Samirinin camaatı azdırmasını və onların buzova ibadət etmələrini
Musaya xəbər vermiĢdi. Odur ki, Musa çox qəzəbli idi.
Axı, insanın öz əli ilə düzəltdiyi bir bütə ibadət edərək büyük və qüdrətli
Allahdan üz çevirməsi necə mümkündür? Ġnsanlara həyat, ruzi və ne`mətlər
bəxĢ edən, onları cəhalət zülmətindən iman nuruna yönəltmək üçün
peyğəmbərlər göndərən odur.
Musa uzaqdan qövmünün qızıl buzova səcdə və onun qarĢısında ah-nalə
etdiklərini görüb, daha da qəzəbləndi. O, əlindəki lövhələri yerə atıb, qardaĢı
Haruna sarı getdi. Onun saçından dartaraq qəzəblə qıĢqırdı:
-Harun! Sən nə etmisən? Niyə onları buraxdın ki, belə faydasız iĢlər
görsünlər?
Harun! Sən mənim əmrimdən boyun qaçırmısan.
Harun qardaĢının halına acıyaraq dedi:
-Mən onlara nəsihət verdim. Mən dedim ki, siz bu iĢlərinizlə yolunuzu
azmısınız. Onlar məni öldürmək istədilər. Bir iĢ gərmək istədim, amma
qorxdum sən deyəsən ki, Bəni-Ġsrail arasında təfriqə salmısan və mənim əmrimi
gözləməmisən.
Musa üzünü Samiriyə çevirib, dedi:
-Samiri, sən niyə belə etdin? Bəni-Ġsrail üçün düzəltdiyin bu Ģey nədir? Onları
yenidən bütpərəstliyəmi qaytarmaq istəyirsən?
Samiri dedi:
-Mən torpağın üzərində mələklərin ayaq yerini görüb, bir ovuc götürmüĢdüm.
Sonra ġeytan mənə vəsvəsə etdi ki, onu qızıl buzovun içinə töküm.
Musa qəzəblə dedi:
-Bəs bu, sənin Allahındır? Ġndi gör gözlərinin qarĢısında onu necə odlayıram!
Mö`minlər buzov heykəlinin ətrafına çırpı yığıb, ona od vurdular. Buzov bir
neçə anın içində məhv oldu.
Musa bununla Bəni-Ġsrailə göstərmək istəyirdi ki, bütlərin heç bir dəyər və
əhəmiyyəti yoxdur. Yalnız böyük Allah hər Ģeyə qadir və yeganə tanrıdır.
Alov söndü. Qızıl buzöv külə çevrildi. Musa və digər mö`minlər onun külünü
toplayıb, dənizə tökdülər.
Bəni-Ġsrail öz gözləri ilə dalğaların, buzovun külünü o yan-bu yana
dağıtdığını gördülər.
Musa Bəni-Ġsrailə dedi:
-Sizin tanrınız, ondan baĢqa heç bir tanrı olmayan yeganə Allahdır. Onun hər
bir Ģeyə elmi vardır.
Sonra Samiriyə dedi:
-Get! Sənin dünya həyatının bəhrəsi bu olacaqdır; sənə yaxınlaĢan hər hansı
bir insana deyəsən ki, səninlə əlaqə saxlamasın!
Ömrünün qalan hissəsini yalqız keçirəcəksən. Çünki, peĢimanlıq içində
yaĢayacaqsan. Həmçinin Allahın qaçılmaz əzabı səni gözləyir.
Dostları ilə paylaş: |