141
Bəni-Ġsrailin buzova səcdə edənləri peĢiman oldular. Onlar öz
peĢimanlıqlarını bildirib, anladılar ki, əgər Allah rəhm göstərib, onları
bağıĢlamasa ziyankarlar dəstəsindən hesab olunacaqlar.
Allah onları bağıĢladı.
Musa, Tövratın nazil olmasını görmələri üçün qövmünün yetmiĢ nəfərini özü
ilə Tur dağına apardı. Onlar Musaya Allahı görmək istədiklərini bldirmiĢdilər.
Musa onları bu iĢin aqibətindən xəbərdar edib, buyurmuĢdu: “Allah gözlə
görünməz. Gözlər bunu bacarmazlar”. Lakin , onlar Musanın nəsihətlərini qəbul
etməmiĢdilər.
Gözlənilmədən yer ayaqları altında lərzəyə gəldi. Onların bədənləri titrəməyə
baĢladı.
Göydə ildırım çaxıb, onları vurdu. Hamı yerə yıxılıb, canlarını tapĢırdılar.
Musa onların əfv olunmaları üçün dedi:
“Ġlahi, əgər istəsəydin onları və məni öncədən həlak edərdin... Nadan
insanların günahına görə bizi həlakmı edirsən?... Sən bizim ixtiyar
sahibimizsən. Bizi bağıĢla və əfv et! Sən ən gözəl bağıĢlayansan!”
Allah-təala yenə də günahlarından keçib, onları həyata qaytardı. Bütün bunlar
onların ürəklərini bütpərəstlikdən paklamaq üçün idi.
TUR DAĞI
Musa səmavi dinlə qayıtdı. Bəs Bəni-Ġsrail necə? Onlar dünya və axirət
səadətini tə`min edən Ģəriətə görə sevindilərmi? Yox. Onların əksəriyyəti ilahi
dini qəbul etmədilər. Çünki, həmin din onları düzgün insanlara çevirmək
istəyirdi. Onlarsa öz nəfslərinin xoĢladığı cahillikdə qalmaq istəyirdilər.
Musa öz qövmündən Allahın dininə əməl etmək və onun hədlərini keçməmək
barədə əhd almaq istədi. Lakin, onlar qəbul etməyib, peyğəmbərləri ilə əhd və
peyman bağlamadılar.
Musa heyrət və sərgərdanlıqla səmaya nəzər saldı. O, bu özbaĢına insanlarla
nə edəcəyini bilmirdi.
Bu zaman qorxulu bir hadisə baĢ verdi. Az qaldı ki, böyük Tur dağının zirvəsi
baĢlarına tökülsün. Dağın baĢında parça-parça olan daĢların səsi eĢidilirdi.
Onlar tə`zim göstərərək Allaha təslim oldular və Tövrata əməl etmək barədə
onun elçisi ilə əhd-peyman bağladılar.
SOĞAN
Bəni-Ġsrail hər dəfə Musadan qəribə Ģeylər istəyirdirlər. O cümlədən, bir dəfə
ondan soğan istəyərək dedilər:
-Ey Musa! Biz təkcə bir növ yemək yeyə bilmirik. Allahından istə ki, bizim
üçün göyərti, xiyar, badımcan, sarımsaq və soğan kimi digər bitkilər yetirsin.
Çünki, biz “mənn” və “səlva” yeməkdən yorulmuĢuq, indi soğan yemək
istəyirik. Allahından istə ki, bizim üçün soğan göndərsin.
Onlar, “Allahımızdan istə” yox, “Allahından istə” dedilər. Elə bil ki, Allah
yalnız Musanın Allahı idi, onların yox. Amma, bütün bunlarla yanaĢı Musa
onlarla keçinir və Allah onları bağıĢlayırdı.
142
Musa onlara dedi:
-Siz daha yaxĢı və ləzzətli yeməklərin yerinə dadsız yeməklər istəyirsinizmi?!
MÜQƏDDƏS TORPAQ
Allah-təala öz ne`mətlərini Bəni-Ġsrail üçün tamamlamaq istədi. Ona görə də
Musa onlara dedi:
-Ey camaat! Allahın sizin üçün seçdiyi müqəddəs torpağa daxil olun.
Bəni-Ġsrail bu sözləri eĢitdikdə o torpaqlarda yaĢayan hakimlərdən
qorxduqlarını bildirdilər. Allah-təala istəyirdi ki, Bəni-Ġsrail tayfası müqəddəs
torpağı azad etsin və yegana Allaha ibadət hər yerdə yayılsın.
Amma Bəni-Ġsrail rifah və rahatlıq arzusunda idilər. Onlar hər Ģeyin mö`cüzə
vasitəsi ilə əldə olunmasına alıĢmıĢdılar. Ona görə də qorxu ilə dedilər:
-Ey Musa! O torpaqlarda zalım insanlar yaĢayırlar. Onlar həmin torpaqlardan
çıxmayınca biz ora daxil olmarıq.
Zalımları oradan qov, biz Ģəhərə daxil olaq. Əgər çıxmasalar biz ora
getməyəcəyik.
Minlərlə insanın arasından yalnız iki nəfər ayağa qalxıb dedi:
-Əgər siz Ģəhəri mühasirə etsəniz və onun qapılarından daxil olsanız, Allaha
imanınıza görə mütləq qalib gələcəksiniz. Ona görə də Allaha təvəkkül edin.
Amma Bəni-Ġsraili qorxu bürümüĢdü. Ona görə də dedilər:
-Ey Musa! Nə qədər ki, onlar həmin torpaqdadırlar biz ora getməyəcəyik.
Yenidən ona dedilər:
-Sən Allahınla get vuruĢ. Biz burada oturmuĢuq.
Yenidən Bəni-Ġsrail Allahın elçisinin qarĢısında dayandılar və ona dedilər.
-Əgər sən döyüĢmək istəyirsənsə rəbbinlə get, döyüĢ.
Musa qəmgin oldu. BaĢını göyə qaldırıb dedi:
“Ġlahi, mən təkcə özümün və qardaĢımın ixtiyar sahibiyəm. Bizimlə bu
günahkar insanlar arasında ayrılıq sal!”
Allah-təala Musaya əzab-əziyyət etdiklərinə və inadkarlıq göstərərək
əmrlərdən boyun qaçırdıqlarına görə Bəni-Ġsrailə qəzəbləndi.
SƏRGƏRDANLIQ
Allah-təala Bəni-Ġsraili 40 il Sinay yarımadasında sərgərdan qalmağa
məhkum etdi. Onlar həmiĢə səhranın qumluqlarında gəzir və arabir bu adanın
hansısa bir nöqtəsində yaĢayırdılar.
İNƏK
O zaman bə`zi hadisələr baĢ verdi. O cümlədən bu hadisə: Gecə vaxtı bir qətl
hadisəsi baĢ verdi. Qatil öldürdüyü insanı götürüb, saleh insanların birinin get-
gəl etdiyi yola atdı.
Qatil, zalım və fasiq bir insan idi. Öldürülən isə onun əmisi oğlu idi. Ondan
Ģübhələnməsinlər deyə öldürdüyü Ģəxsin intiqamını almaq məqsədi ilə Musanın
yanına gəldi.
143
Günlər ötürdü və qatil tanınmırdı. Az qalmıĢdı Bəni-Ġsrailin arasında
qarĢıdurma yaransın. Müxtəlif Ģayiələr yayılır və bir-birlərini bu iĢdə ittiham
edirdilər.
Onlar bu qarıĢıq məsələni həll etmək üçün Musanın yanına gəldilər. Allah-
təala Musaya vəhy etdi ki, onlar bir inək kəsməlidirlər. Musa onlara dedi:
-Allah əmr edir ki, bir inək kəsəsiniz.
Onlar təəccüblə dedilər:
-Ey Musa! Bizi ələ salırsan?
Musa dedi:
-Mən nadan deyiləm ki, sizi ələ salam. Allah sizə fərman verir ki, bir inək
kəsin. Bu zaman öldürülən insan dirilib, qatilin adını deyəcəkdir.
Onlar öz adətləri üzrə yenə də özbaĢınalıq edib, Allahın əmrini cəld yerinə
yetirmədilər. Onlar Musaya dedilər:
-Allahına de ki, o inəyin xüsusiyyətlərini bizə bildirsin.
Allah-təala onların bu inadkarlıqlarını görüb, iĢi onlar üçün çətinləĢdirdi.
Musa onlara dedi:
-Allah buyurur ki, o inək nə qoca və nə də körpə olmasın. Gərək orta yaĢlı
olsun. Gedin və Allahın fərmanını yerinə yetirin.
Bəni-Ġsrail Allahın əmrini yerinə yetirmədi. Onlar yenidən qayıdıb dedilər:
-Allahından istə ki, onun rəngini bizim üçün bəyan etsin.
Allah-təala yene də iĢi onlar üçün çətinləĢdirdi.
Musa onlara dedi:
-Allah buyurur ki, onun rəngi açıq sarı olmalıdır. Elə olsun ki, onu görənlər
Ģad olsunlar.
Onlar gedib yenidən qayıtdılar və Musaya dedilər:
-Allahından istə ki, onun hansı növ inək olmasını desin. Biz inəkləri tə`yin
etməkdə çətinlik çəkirik.
Musa dedi:
-Allah buyurur ki, o inək yer Ģumlamaq və onu suvarmaqda iĢlədilməmiĢ
olmalıdır.
Bu zaman onlar dedilər:
-Ġndi məsələ aydın oldu.
Onlar həmin inəyi axtarmağa baĢladılar və onu bir yetim uĢağda tapıb, çox
baha qiymətə aldılar.
Bəni-Ġsrail tayfası toplanıb inəyin baĢını kəsdi və sonra onun bədən
üzvərindən bə`zisini öldürülən insanın cəsədinə vurdular. Beləliklə insanlar
Musanın mö`cüzələrindən daha birinə Ģahid oldular.
ÖldürülmüĢ insan dirildi və qatilin – yə`ni əmisi oğlunun adının onlara dedi.
Qatil əmisi oğlunun mal-dövlətinə sahib olmaq üçün onu öldürmüĢdü. Ġndi isə
Allah onu camaatın qarĢısında rüsvay etdi.
Bəni-Ġsrail tayfası yenə də Allahın qüdrətini müĢahidə etdi. Onlar Musanın
peyğəmbərliyinin doğruluğunu, onun Allahın yanında uca məqamını öz gözləri
ilə gördülər. Həmçinin gördülər ki, Allah necə yetim uĢağa lütf və mərhəmət
göstərmiĢ, o inək vasitəsi ilə ona bol ruzi əta etmiĢdir.
Dostları ilə paylaş: |