vii
MÜNDƏRİCAT
İlk Nümunə: Təlim Mərkəzi ............................................................. 0
13
Verilənlər Bazasının Təsviri
014
Məsələlər
015
Həllər
017
Kitab Nəşriyyatı ............................................................................... 0
21
Verilənlər Bazasının Təsviri
022
Məsələlər
024
Həllər
027
Şokolad Fabriki ................................................................................ 0
47
Verilənlər Bazasının Təsviri
048
Məsələlər
050
Həllər
054
Tədbir Təşkilatçılıq Şirkəti ............................................................... 0
69
Verilənlər Bazasının Təsviri
070
Məsələlər
072
Həllər
077
Fitnes Mərkəzi .................................................................................
099
Verilənlər Bazasının Təsviri
100
Məsələlər
102
Həllər
105
Pilot Məktəbi ...................................................................................
119
Verilənlər Bazasının Təsviri
120
Məsələlər
121
Həllər
125
Klinikalar Assosiasiyası ....................................................................
139
Verilənlər Bazasının Təsviri
140
Məsələlər
142
Həllər
145
viii
MÜNDƏRİCAT
Beynəlxalq Proyektlərin İcraçı Şirkəti ..............................................
155
Verilənlər Bazasının Təsviri
156
Məsələlər
158
Həllər
161
Jurnal Nəşriyyatı .............................................................................
173
Verilənlər Bazasının Təsviri
174
Məsələlər
176
Həllər
180
Restoranlar Şəbəkəsi .......................................................................
199
Verilənlər Bazasının Təsviri
200
Məsələlər
201
Həllər
204
Kosmik Təşkilat ................................................................................
215
Verilənlər Bazasının Təsviri
216
Məsələlər
218
Həllər
222
......................................................................
238
Mənbələr .........................................................................................
239
1
Ön Söz
Ön Söz
Bakı Dövlət Universitetində təhsil aldığım ilk illərdə universitetin
kitabxanasından ingilis dilində Oracle verilənlər bazasına aid bir kitab
əldə etmişdim. Kitab olduqca zövqlə və səliqəli dizayn edilmişdi. Qalın bir
kitab idi. Təxminən 1200-1300 səhifə qalınlığında bir kitab. Kitabı necə
olur-olsun axıra qədər oxumaq fikrində idim. İndiyə qədər xatırlayıram
olanları. Kitabı İngilis-Azərbaycan dilində olan nazik lüğətimlə 2005-ci
ilin qış aylarında şam işığında tərcümə edə-edə "oxuyurdum". Bəlkə də
o kitabın heç ön sözünü bitirməmişdim hələ. Aradan 15-20 gün keçirdi.
Kitabxanaçı kitabı qaytarmağım üçün zəng etdi. Bir neçə gün sonra kitabı
qaytardım və bir daha götürə bilmədim. Çünki xarici ədəbiyyatlar normal
halda evdə oxumaq üçün verilmirdi.
Bu qısa tarix mənə Oracle verilənlər bazasının nə olmasını çox cüzi
aşıladı. Çünki ingilis dilində oxumaq rahat deyildi. Oxuduqlarım isə
şifahi məlumatlardan başqa bir şey deyildi. Nəzəri kitablar normal halda
belədir. Oxuduqca "bunları harada və necə istifadə edirlər?" kimi sual
yaranır.
Əldə etdiyiniz nəzəri bilikləri praktikləşdirmək, biliyinizi təcrübəyə
çevirmək üçün bu kitab sizin mühüm "iş yeriniz" olacaq. Nəyin, harada
və necə tətbiq edilməsini məsələləri işləyib təqdim edilən həllərlə
müqayisəli analiz etməklə sərbəst öyrənə biləcəksiniz. Kitabla birlikdə
əldə etdiyiniz Oracle Book Manager hesabınız sizə məsələləri işləmək
üçün rahat mühit təqdim edir. Bu hesab sizə kompüterinizdə Oracle əlaqəli
verilənlər bazasının idarəetmə sistemini (Oracle RDBMS) quraşdırmadan
məsələləri işləməyə imkan verir. Kompüterinin texniki resursları aşağı
olan oxucular üçün bu imkan xüsusilə əvəzedilməzdir. Bundan başqa
kitabın orijinal oxucuları üçün forum yaradılmışdır. Forumda suallarınızı
verə bilər və həllin izahı ilə bağlı şərhlər ala bilərsiniz.
Oracle dünyanın ən məşhur əlaqəli verilənlər bazası olaraq geniş tətbiq
olunur. Faktdır ki, insanlar SQL sorğu dilini Oracle verilənlər bazası
ilə öyrənməyi daha üstün tuturlar. Bu Oracle verilənlər bazasına olan
tələbatdan irəli gəlir. Bunu nəzərə alaraq kitabda Chen notasiya ilə
əlaqəli verilənlər bazasının modelləşdirilməsi, normallaşdırma qanunları
(DNF), relyasiya modeli əsasında cədvəllərin yaradılması və bir-biri ilə