Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
207 
yün  oğlu”,  “tanrının  kutunu  almış  qəhrəman”  motivinin  olması  və  “Qe-
ser”,  “Manas”,  “Alpamış”  səviyyəli  dastanların  xüsusi  ruh  halında  ifa 
edilməsi  yeni  fikirlərin  irəli  sürülməsinə  əsas  verir.  “Qeser”ə  dini  mü-
qəddəs  mətn  kimi  yanaşılması,  “Manas”a  da  akınlar,  dinləyicilər  tərə-
findən buna  yaxın  münasibət  bəslənməsi,  onların  ifasının seçilmiş insan-
lar tərəfindən icrası bu xalqlar üçün dastan və onun qəhrəmanının nə qə-
dər  əhəmiyyətli  olmasını  göstərir.  “Oğuz  xan”  və  “Alp  Er  Tonqa”nın 
mətnlərinin  mövzusundan,  onlar  haqda  gəlib  çatmış  məlumatlardan  da 
eyni  nəticə  çıxarmaq  olar.  Yəni  oğuznamələr  də  xüsusi  dini  əhəmiyyət 
daşıyan  mətnlər  idi  və  bunları  da  seçilmiş  oğuznaməçi  ozanlar  təbliğ 
edirdilər.  Nəticə  olaraq  deyə  bilərik  ki,  Ural-Altay  xalqlarının  ortaq  das-
tançılıq  ənənəsi  və  bunları  ifa  etmə  tərzi  var  imiş.  Monqolların  budda-
çılığa,  türklərin  islama  daxil  olmaları  nəticəsində  həmin  köklü  xüsusiy-
yətlərdə  bugünkü  fərqliliklər  yaranmışdır.  Maraqlı  cəhətlərdən  biri  də 
xurla qopuzun eyni quruluşda – kamançaya bənzər olmasıdır. 
Yəqin ki, ozanlar da oğuznamələri çorçilər ulugerləri, aşıqlar, akın-
lar  dastanları  bir  neçə  günə  söylədikləri  kimi  bölüb  ifa  edirmişlər. 
M.H.Təhmasib,  M.Qasımlı,  Ö.Çobanoğlu  türk  dastanlarının  əsas  süjet 
xəttini dörd hissəyə, Ş.İbrayev qazax dastanlarında həmin ana xətləri sax-
lamaqla  və  bəzi  incəlikləri  (eyni  xəttin  bir-neçə  hissəyə  bölünməsi)  ar-
tırmaqla 11-ə bölürlər [1, s.598; 14, s.16]. “Manas”ın da 7 hissəyə ayrıl-
masıyla  yenə  də  əsas  dörd  xətt  qorunub  saxlanır:  qəhrəmanın  qeyri-adi, 
möcüzəli  doğuluşu  tayfa-qəbilə,  ata-ana  haqda;  nişanlılar  (buta);  qabağa 
çıxan  maneələr,  mübarizə  (ilk  qəhrəmanlıqlar);  sınaqdan  çıxma,  müsa-
biqə,  qələbə  (yurda  dönmə)  [15,  s.4].  Çox  cüzi  fərqlə  həmin  ardıcıllıq 
monqol,  Tibet  uligerlərində  də  təkrarlanır.  Ortaqlığın  müşahidəsi  baxı-
mından Qazax dastanlarının süjeti və təhkiyə motivləri çox maraqlıdır. 
Qazax  türklərində  dastan  söyləmək  mənasında  “cırla”,  söyləyici 
akınlar  “cırçılar”,  şifahi  xalq  ədəbiyyatı  janrı  “cır”  (“jır”)  səviyyəsində 
ifadələrin  yaranması  akınçılığın  ilk  dövrlərilə  əlaqələndirilir  [14,  s.38]. 
Qaraqalpaqlarda da “jır”, “jırçı” sözlərindən eyni məqsədlə istifadə olunur 
[14, s.38]. Musiqi-söz-ayin sehri ilə xalqın mənəvi-ruh halının qoruyucu-
ları  sayılan  qam-şamanların  xüsusiyyətlərini  cırçılar,  jırçılar  da  daşıyır-
dılar [14, s.39; 16, s.14]. Qeyd edilən keyfiyyətləri olduğu kimi monqol-
buryat epik ənənəsində çorçilər, xurçilər də davam etdirirlər [17]. Burada 
həm  də türk şifahi  ədəbiyyatında cır-jır, monqol folklorunda çor-xur ifa-
dələrini  daşıdıqları  funksiya  və  etimologiya  baxımından  birliyi  ideyasını 
da əsaslandırmaq mümkündür. 
Monqol-buryat  uliger  yaradıcılığını  türk  epik  ənənəsindən  nisbətən 
fərqləndirən cəhətlərə onlarda türk folklorunda rastlanmayan “bensen uli-


______________________________________________________ Poetika.izm 
  
 
208 
gerlər” – kitab rəvayətləri deyilən köməkçi janrın olmasıdır. “Bensen uli-
gerlər” Çin ədəbi və monqol dastançılıq ənənəsinin xüsusiyyətlərinin bir-
liyindən yaranıb.  
Türk dastan söyləmə  ənənəsində saz və balaban müşayiəti əsasdır. 
Monqol-buryat  epik  ənənəsində  uligerlərin  oxunması  daimi  xuçirin  (ka-
mançaya  bənzər  dörd  simli  qopuz)  [3,  s.293],  çorun  və  xurun  (iki  simli 
musiqi aləti) müşayiətində ifa olunur.  
Monqol-buryat  epik  ənənəsinə  xas  olan  xüsusiyyətlərdən  biri  də 
uliger poeziyasının xalq dilindən seçilməsindədir. Həmin dildən təntənəli 
nitqlərdə,  folklor  əsərlərində,  xüsusən  də  qəhrəmanlıq  uligerlərinin  söy-
lənməsində, xeyirxahlıq arzulayanda şifahi poeziyanın yüksək üsulu kimi 
istifadə olunurdu [3, s.31]. Vladimirsov, Kozin, Rinçen, Kara bu üslubdan 
“şifahi ədəbi dil” deyə bəhs ediblər.  
Ural-Altay xalqlarının dastançılıq ənənələrindəki yaxınlıq qədim və 
orta əsrlərlə bərabər özünü müasir dövrdə də qoruyub. Bu cəhətdən Çoyu-
xorla  Sambudaşın  buryat  “Qeser”inin,  Aşıq  Mahir  Behcətin  Türkiyə 
“Koroğlu”sunun mətnləri xüsusilə diqqət çəkir [3, s.54-180-255; 18, s.12-
28-27-32-37-109; 19, s.110].  
ƏDƏBİYYAT 
1.
 
Azərbaycan  ədəbiyyatı  tarixi.  Altı  cilddə,  I  cild  (şifahi  xalq  ədəbiyyatı).  Bakı, 
“Elm”, 2004. 
2.
 
Героический эпос о Гэсэре. Иркутск, 1969. 
3.
 
Неклюдов  С.Ю.  Тумурцерен  Ж.  Монгольские  сказания  о  Гесере.  Новые 
записи. Москва, «Наука», 1982. 
4.
 
Əsgər Ə. Oğuznamə yaradıcılığı. Bakı, “Elm və təhsil”, 2014. 
5.
 
Шаракшинова Н. Героический эпос  бурят. Восточно-Сибирское  книжное 
издательство. Иркутск, 1968. 
6.
 
Джангар.  Калмыцкий  народный  эпос.  Элиста.  Калмыцкое  книжное  изда-
тельство, 1978. 
7.
 
Пухов И.В. Якутский героический эпос. Олонхо. Основные образы. Изда-
тельство Академии Наук СССР. 
8.
 
Manas dastanı. Bakı, “Nurlan”, 2009. 
9.
 
Дугаров Б.С. Сакральный мир бурятской Гэсэриады: Небесный пантеон и 
генезис  героя.  dissercat  http://www.dissercat.com/content/sakralnyi  mir-buryatskoi-
qeseriady-nebesnyi-i-qenezis qeroya // ixzz 2 iqa 2 №4 К 
10.
 
Ринчинов Г.Б. Жанровая специфика улигеров хори-бурят. dissercat http:// 
www.dissercat.com/content/  zhanrovaya-spetsifika-uliqerov-khori-buryat  /  ixzz  2  iq 
YrfHwI 
11.
 
Büyük  Türk  Klasikleri.  Tarih.  Antoloji.  Ansiklopedi.  Birinci  cilt.  Ötüken-
Söğüt. İstanbul, 1985. 
12.
 
Ədəbiyyatşünaslıq.  Ensiklopedik  lüğət.  Azərbaycan  ensiklopediyası.  NPB. 
Bakı, 1998. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə