Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
199 
9.
 
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu. Cüng Б-2228/3147. 
10.
 
Araslı Nüşabə. Nizaminin poetikası (ədəbi qaynaqlar və bədii təsvir vasitələri). 
Bakı, “Elm”, 2004. 
11.
 
Adilov  Musa.  Alliterasiya.  Azərbaycan  bədii  dilinin  üslubiyyatı  (oçerklər). 
Bakı, “Elm”, 1970. 
12.
 
Ədəbiyyatşünaslıq.  Ensiklopedik  lüğət.  Tərtib  edəni  Əziz  Mirəhmədov.  Bakı, 
“Azərbaycan Ensiklopediyası” NPB, 1998. 
13.
 
Qabusnamə.  Tərcümə  edən,  qeyd  və  şərhlərin  müəllifi  Rəhim  Sultanov.  Bakı, 
“Şərq-Qərb”, 2006. 
14.
 
Dadaşzadə Məmməd Arif. Dil və üslub. Seçilmiş əsərləri. 3 cilddə, I c. Tərtib 
edəni  və  qeydlərin  müəllifi  Məryəm  Axundova.  Bakı,  Azərbaycan  SSR  EA 
nəşriyyatı, 1967.. 
15.
 
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu. Cüng Б-1812/3737. 
16.
 
Xəlilov  R.Y.  Təkrir.  //  Azərbaycan  bədii  dilinin  üslubiyyatı  (oçerklər).  Bakı, 
“Elm”, 1970. 
 
Təhminə Bədəlova 
 
MƏHCUR ŞİRVANİ LİRİKASINDA SÖZ SƏNƏTKARLIĞI 
 
XÜLASƏ 
 
Məqalədə  M.Şirvani  poeziyasında  işlənən  poetik  fiqurlar  –  bədii  ifadə  vasitələri 
araşdırılır.  Məhcur  lirikasında  işlənən  poetik  fiqurlar  içərisində  şeirin  “söz  gözəlliyini” 
zənginləşdirən,  ahəng  uyarlığını  təmin  edən  vasitələr  maraq  doğura  biləcək  məsələ-
lərdəndir. Şair lirik yaradıcılığında bədii xitab, bədii sual, bədii təzad, təkrir, alliterasiya 
və  onun  ayrı-ayrı  növləri  kimi  şeirin  ifadəliliyini  artıran  vasitələrdən  daha  çox  istifadə 
etmişdir. 
Məhcurun  dilindəki  obrazlılıq  və  bədiilik,  təşbih  və  metaforik  zənginlik,  sözün 
rəngarəng  məna  çalarlarından  istifadə  bacarığı  şairin  obrazlı  təfəkkürünün  qüdrətindən, 
şair xəyalının fantaziyasından xəbər verir. Onun yaradıcılığının əlimizdə olan çox az bir 
hissəsi üzərində araşdırılan bu bədii fiqurlar şairin lirikasına özünəməxsus çalar və rəng 
vermişdir.  Şair  sözün  məzmun  əlvanlığını  və  məna  dəyərini  incələyən  poetik 
kateqoriyalarla yanaşı onun zahiri, tələffüz gözəlliyinə xidmət edən ifadə vasitələrini də 
sənətkarlıqla işlətmişdir. 
Məhcur Şirvani lirikasının poetik xüsusiyyətlərinin araşdırılması, təhlili və müqa-
yisəli  şəkildə  öyrənilməsi  bir  daha  göstərir  ki,  şair  dövrünün  poetika  elminin  incəlik-
lərinə bələd olmuş, istedadı və qabiliyyəti çərçivəsində bu qiymətli xəzinənin gövhərlə-
rindən bəhrələnmişdir.  
Məhcur  Şirvani  lirikasının  bədii  sənətkarlığının  öyrənilməsi  təkcə  şairin  fərdi 
yaradıcılığı üçün deyil, ümumən XVIII əsr Azərbaycan ədəbiyyatının bədiiyyat problem-
lərinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. 
Tahmina Badalova 
WORD ART IN THE LYRICS OF MAHCUR SHIRVANI 
SUMMARY 
In  the  article  is  studied  the  artistic  expression,  poetic  figures  which  used  in  M. 
Shirvani  poetry.  Methods  among  poetic  figures  which  used  in  M.  Shirvani  lyrics  and 


______________________________________________________ Poetika.izm 
  
 
200 
riching word beauty of the poem, ensuring harmony compianve are the tasks which can 
get interest. Poet in his lyrical creativity used more methods which rising the meaning of 
the  poem  such  as  literary  solutation,  literary  question,  literary  contrast,  repetition, 
alliteration and its various kinds. 
Expressiveness and figurativeness, tashbih and methophorical richness, ability for 
using  many  meanings  of  the  word  of  the  Mahcur  give  information  about  power  of  the 
poet's thinking and his fantacy. These artistic figures which analysed on his less part of 
creativity  which  known  by  us  give  specific  tind  and  color  to  poet's  lyric.  Poet  used 
expression  figures  which  analysed  colourfull  theme  and  meaning  value  of  the  word,  as 
well as serving its beauty of appearance and pronouncation. 
Analysing, studying as comporatively of Mahcur Shirvani's poetic characteristics 
again showed that he knew exactly poetic science of his period and used it by his talent 
and ability in his creativity. 
Learning of the literary mastery of Mahcur Shirvani's lyric is not only useful for 
his  creativity,  but  also  in  terms  of  same  time  learning  of  the  Azerbaijan  literature 
problems of XVIII century. 
 
 
Tahir NƏSİB 
Filologiya üzrə fəlsəfə doktoru 
Folklor İnstitutu 
DASTANLAR VƏ ULİGERLƏR ARASINDA POETİKA 
VƏ ŞİFAHİ TƏQDİMAT YAXINLIĞI 
Açar sözlər: Ural-Altay, türk, monqol, uliger, dastan, turelqe, tırınqı, seq-daralqa 
Key words: Ural-Altai, Turkish, mongol, uliger, saga, turelge, tiringi, seg-daralga 
Müqayisələr  göstərir  ki,  qədim  mifopoetik  yaradıcılıq  dövründə 
monqol,  türk  xalqları  arasında  ortaq  dünyabaxışları,  inanclarla  bərabər, 
həm də yaxın dastançılıq (oğuznamə, uliger) ənənəsi olmuşdur.  
Türk mədəniyyət  tarixinin, mifologiyasının şah  əsəri sayılan oğuz-
namələrə  orta  əsr  salnamələrində  əfsanə,  uydurma,  onları  təbliğ  edən 
ozanlara  isə  uzun-uzadı  danışanlar  kimi  haqsız  münasibət  bəslənilib  [1, 
s.471]. Oxşar dəyərləndirmələr Avropa-rus folklor toplayıcıları, tədqiqat-
çıları  tərəfindən  monqol,  Tibet,  türk  xalqlarının  dastanları,  uligerlərinə 
münasibətdə  də  irəli  sürülüb.  Fransalı  səyyah,  tədqiqatçı  A.David-Neel 
Tibet  dastan  söyləmə  ənənəsinə  görə  “Qeser”də  hər  bir  hissənin  (boy) 
başlanğıcında qəhrəmanı qorumaq məqsədi ilə göyə, tanrıya, hami ruhlara 
oxunan  təkrar  çağırışları,  alqışları  yorucu,  bezikdirici  hesab  etmişdir  [2, 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə