Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
194 
olmasa da, qəzəllərinin birində bu bədii fiqura rast gəlirik. 
 
Aşüftə görüb halımı biganələr ağlar, 
Yanmaxlığıma şəm’ ilə pərvanələr ağlar. 
Ağlar mənə Fərhad məzarində bitən gül
Bu rəsmdi divanəyə divanələr ağlar [8, V. 16
б
]. 
 
Həqiqətən də, “ağlar” sözünün həm birinci beytin sonunda, həm də 
ikinci beytin əvvəlində işlənməsi şeirin ahəngini gözəlləşdirməklə  yanaşı 
fikri daha qüvvətli, ifadəli verməyə, eşq oduna yanan aşiq-şairin əhvalının 
daha  canlı  və  inandırıcı  təsvirinə  imkan  yaratmışdır.  İkinci  beytdə  daha 
bir  sözün  –  “divanə”  sözünün  də  təkrar  olunması  yenə  eyni  məqsədə 
xidmət etmiş və – aşiqlərin halını yalnız bu bəlaya mübtəla olanlar bilər – 
fikrinin daha obrazlı və emosional ifadəsinə səbəb olmuşdur. 
 
Tiği bidad çəküb bağrım dəldinsə, yetər, 
Bəni divanə qılub halıma güldünsə, yetər... 
Gəl, gəl insafə, əzizim, bir usan, bəsdir, bəs! [9, V. 36
б

 
Eyni  sözlərin  ardıcıl,  yaxud  yerlərini  dəyişməklə  təkrarı  və  s.  ilə 
yaradılan  təkrirlər  də  maraq  doğurur  və  ən  əsası  isə  hər  biri  yerində, 
məqamında  işləndiyindən  şeirə  ağırlıq  gətirmir,  əksinə,  onun  daha  axıcı, 
lakonik və bədii ifadəsini təmin edir.  
 
Bizdən-sizə hər dəm əmanət, hər dəm duayi-xeyr, 
Sizdən-bizə münacati-güfran əmanəti [4, V. 73
a
]. 
 
Şairin  yaratdığı  təkrirlər  içərisində  diqqəti  cəlb  edən  məqamlardan 
biri  də  təqlidi  sözlərin  təkrarıdır.  Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki, 
Məhcurun  şeirlərinə  xüsusi  musiqi  ahəngi  verən,  axıcılığını  təmin  edən 
vasitələrdən biri də şairin tez-tez istifadə etdiyi təqlidi sözlərdir. 
 
Gülşəni-hüsnünə qurban olayım, bulsam rəh, 
Edərəm müxlisi-şeyda kimi yüz cəh-cəhü cəh! 
Çoxu naz etmə, əfəndim, bana lütf et gəh-gəh! 
Barəkallah, gözəlim, bəs gözəl isən pəh! Pəh! 
Bu nə ləbdir, bu nə ağız, bu nə xətdir, bu nə xal! [2, s. 372] 
 
Poeziyanın ən spesifik və maraqlı xüsusiyyətlərindən biri budur ki, 
hər  hansı  bir  poetik  fiquru  əlahiddə  götürülmüş  şəkildə,  ayrıca  işlətmək 
olmur. Bir bədii kateqoriya həmişə digərini tamamlayır, onunla vəhdətdə 
və  əlaqədə  işlənərək  əsərin  bədii  dəyərini  daha  da  artırmış  olur.  Eyni 
vəziyyət  bədii  ifadə  vasitələrinin  qarşılıqlı  əlaqəsində  də  özünü  göstərir. 


______________________________________________________ Poetika.izm 
  
 
195 
Sözlərin poetik təkrarından yaranan bədii təkrirlər və təqlidi sözlər bütün 
hissi-emosional funksiyaları ilə yanaşı, şeirin musiqiliyinə də xüsusi təsir 
göstərmiş  və  klassik  poetikada  “touzi  (alliterasiya)  adlanan  mövzu  bir 
səsləniş, axıcı bir ahənglə də nəticələnmişdir” [10, s. 437]. 
 
Yandı canım, ey əzizim, namdar, əylənmə, gəl! (N) 
Qoymadı hicrin qəmi məndə qərar, əylənmə, gəl! (Q, M,) [2, s. 364] 
 
Göründüyü  kimi,  beytdə  n,  q,  m  samitlərinin  bir-birini  izləməsi 
şeirə xüsusi ahəng və musiqilik vermişdir. 
Alliterasiyanın  bədii  təkrirlə  bağlılığını  tədqiqatçıların  əksəriyyəti 
qeyd etmişlər.  Bu barədə M.Adilovun tədqiqatları  xüsusilə diqqətəlayiq-
dir.  Alim  –  “klassik  poeziyada  alliterasiya  ümumiyyətlə  klassik  poetik 
təkrarlar  ilə  sıx  bağlıdır”  [11,  s.  217]  –  qənaətini  klassik  poeziya  nüma-
yəndələrinin  əsərlərinə  istinadən  əsaslandırır.  Lakin  fərq  burasındadır  ki, 
təkrirdə  sözlərin,  touzidə  isə  səslərin  təkrarlanması  müşahidə  olunur. 
Bəzən  isə  hətta  alliterasiyanı  məhz  “...təbiətdəki  səslərin  təqlidi  yolu  ilə 
təsvir  olunan  əşya  və  ya  hadisənin  avazını  yaratmaq  üçün  ayrılıqda  bir 
sözdə, yaxud şeirin misralarında, nəsrin cümlələrində eyni səslərin təkrar 
edilməsi” [12, s. 2] kimi də izah edirlər. Zənnimizcə, bu fikirlər bir-birini 
inkar etmir və hər ikisi həqiqətə uyğundur. 
Klassik  nəzəriyyədə  şeirin  musiqili  ahənginə,  axıcı  və  lakonik 
olmasına xüsusi əhəmiyyət verilmişdir. Şərq ədəbiyyatının qiymətli inci-
lərindən  olan  “Qabusnamə”də  bu  haqda  yazılır:  “Vəzn  seçib,  qafiyə 
tapmaqla  kifayətlənmə,  sənətkarlığı  və  ahəngdarlığı  olmayan  şeir  demə, 
bayağı  sözlər  xoşa  gəlməz.  Şeirdə  sənət  və  məharət,  ahəngdarlıq  və 
musiqilik lazımdır ki, xalqa xoş gəlsin” [13, s. 145]. 
 
Gəlmədi bağ içrə güli-gülşənim, (G) 
Neylim, cayi-qürbət olmuş məskənim, (M) 
Məhcuram, əyməzdim şaha gərdənim, (M) 
Qaldım boynu əyri, sultan gəlməyir [2, s. 365]. 
 
Bir  məsələni  də  qeyd  etmək  lazımdır  ki,  türkdilli  xalqların  şeir 
yaradıcılığında qədim ənənəyə malik olan alliterasiya əruzun təsiri ilə öz 
əhəmiyyətini  nisbətən  itirsə  də,  bu  günə  qədər  diqqətçəkən  bədii  kate-
qoriya  olaraq  qalır.  Çünki  M.Arifin  də  qeyd  etdiyi  kimi,  “şeirdə  məna, 
fikir  birinci  yeri  tutur,  ancaq  məsələ  orasındadır  ki,  hər  zaman  yaxşı 
şeirlərdə olduğu kimi, zahiri cəhət, forma, musiqi fikirdən daha tez təsir 
edir.  O,  güllə  kimi  açılır,  biz  əvvəlcə  onun  səsini  eşidir,  sonra  isə  hansı 
hədəfə və necə dəydiyini görürük” [14, s. 57]. 
 
Qaşların qövsi-qüzeh, qəmzələrin tiri-şəhab... (Q) 


______________________________________________________ Poetika.izm 
  
 
196 
Xəmi-əbru ilə yıxdın evim, ey xanə xərab, (X) 
Bu nə qəddü, bu nə qamət, bu nə gözdür, bu nə qaş?! (B, N, Q) [2, s. 366] 
 
Alimin  dediklərində  böyük  həqiqət  var.  Elə  götürək  yuxarıdakı 
parçanı. Doğrudan da oxucunu onun məna-məzmunundan daha öncə səs-
ləniş, tələffüz ahəngi cəlb edir. Təbii ki, səslərin bu cür bir-birini izləməsi 
sövq-təbii, təsadüfən baş verməmişdir. Klassik poetikanın bədii fiqurları-
nın sirlərinə yaxşı bələd olan Məhcur şeirinin ləfzi gözəlliklərini artırmaq 
üçün  touzidən  məqsədli  şəkildə  istifadə  etmişdir  və  bunu  şairin  demək 
olar ki, bütün şeirlərində görmək mümkündür. 
 
...Qamətin nazü nəzakətdir, əya tazə nihal, (N) 
Mən çəkim yayını, çəkməz ola kim Rüstəmi-Zal... (M) [2, s. 367] 
 
Bu misalların sayını istənilən qədər artırmaq da olar. Ancaq, zənni-
mizcə,  elə  bu  nümunələr  də  şairin  touzi  sənətindən  məharətlə  istifadə 
etdiyini kifayət qədər aydın göstərir. 
Klassik  poetikanın  ən  maraqlı  və  çox  geniş  yayılmış  fiqurlarından 
biri də irsəlül-məsəl və ya təmsildir. M.Quliyeva bu bədii kateqoriya haq-
qında  yazır:  “...burada  müəyyən  bir  cümlə  və  ya  ifadə  zərbül-məsəl  və 
yaxud  hikmətamiz  söz  şəklində  verilir.  Bu  poetik  vasitə  sözün  estetik 
gözəlliyinin və məzmunun gücləndirilməsinə xidmət edir” [1, s. 71]. Xalq 
təfəkkürü  ilə  bağlı  olan  bu  vasitədən  klassik  Azərbaycan  ədəbiyyatının 
müqtədir  sənətkarlarının  yaradıcılığında  çox  geniş  istifadə  olunmuşdur. 
Bu, həm  də  ondan irəli  gəlirdi ki,  bütövlükdə Şərq ədəbiyyatı hikmət və 
kamillik inciləri xəzinəsidir. Xüsusilə, Nizaminin lirik ricətləri bu baxım-
dan daha çox diqqətəlayiqdir. Məhcur Şirvani lirikasında da belə irsəlül-
məsəllərə rast gəlmək mümkündür. 
 
...Degil təğyirə qabil, olsa gər təqdirdən fərman, 
Nə müşkül hal olursa, əql ilə həll eyləmək asan, 
Nə hasil kim, büti-əyyar sevmək, ey könül, müşkül! [2, s. 362] 
 
Şairin əsərlərində xalq atalar sözləri və məsəllərindən qidalanan be-
lə  ifadələr  onun  şeirini  təkcə  məzmunca  gözəlləşdirməklə  kifayətlənmir, 
həm də fikir və ideyanın oxucuya daha aydın çatdırılmasına kömək edir. 
Birinci  misrada  şair  inversiyadan  istifadə  edərək  fikri  daha  poetik  və 
təsirli çatdırmağa nail olmuşdur:  əgər qədər fərmanını vermişsə, onu də-
yişdirmək mümkün deyil,  hər bir müşkül işi ağıl ilə həll eyləmək müm-
kündür, ey könül, hiyləgər gözəli sevmək isə müşkül işdir.  
 
Təriqi-mərifət tut, arifa, iç badeyi-ürfan, 
Düşüb dərdən-dərə salus olmaz adı əşk-əfşan... [2, s. 376] 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə