Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə79/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   75   76   77   78   79   80   81   82   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
185 
Burada şair həm Aylı-ulduzlu bir gecənin real təsvirini yaradır, həm 
də gecəni şəxsləndirərək, öz əhval-ruhiyyəsini təsvir edir: 
 
 تشادن یغاب هک هضور نآ لبلب تشادن یغارچ هک بش نينچب نم [17, s. 50] 
Mənim belə bir gecədə çırağım yox, 
O bağın bülbülüyəm ki, bağım yox. 
3. Simvolik mənaya yönəldilmiş poetik fiqurun yaradılması. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  buraya  simvolik  üslubun  müxtəlif 
kateqoriyaları  daxildir.  Bu  baxımdan,  arxetip  simvolları  ifadə  edən  ad-
ların poeziyada metaforik təcəssümü diqqəti cəlb edir. 
Məsələn, Şərq poetikasında Süleyman – güc və qüdrət, ucalıq, Yusif 
isə  –  gözəllik  və  cavanlıq  simvoludur.  Yenə  də  Nizami  “Sirlər  xəzi-
nəsi”ində: 
 
 ريگم رب نمب و نيب ميفسوي ريپ ناگرگ ز هشيدنا منک رگ [17, s. 195] 
Qoca qurdlardan dərd görsəm də, 
Yusifliyimi gör və mənə qarşı durma. 
Şair  “cavanlıq  –  Yusif”  əvəzlənməsilə,  fikrini  simvolik-metaforik 
tərzdə ifadə edir.  
Həqiri Təbrizi yaradıcılığında da metaforik ifadənin bu növü tez-tez 
təsadüf olunur. Məcnun Leylinin üzünü Novruz bayramı ilə eyniləşdirir: 
 
Ey yüzü Novruz bayramım mənim, 
Ləblərindən ver axır kamım mənim [20, s. 55]. 
 
Həqiri  metafora  vasitəsilə  Leylinin  camalını  təsvir  edir  və  sufi 
rəmzlərilə metaforik ifadə yaradır: 
 
Qaşın görcək məh olurdu hilal
Kim yaratmış anın ayın zülcəlal [20, s. 39]. 
 
Burada şair Leylinin qaşlarının önündə Ayın incəlib hilal olduğunu 
və onun ayının, yəni üzünün ilahi qüdrətin cəlalı ilə yarandığını söyləyir. 
Beytdə dolğun metaforik təcəssümün əsasında Leyli, Məh və Ay eyniliyi 
dayanır. 
Beləliklə,  klassik  poeziyada  metafora  modelinin  müəyyənləşdiril-
məsi,  onun inkişaf xüsusiyyətlərinin  izlənməsi  mürəkkəb bir problemdir. 
Orta əsrlər poeziyası nümunələrində termin, simvol,  yaxud poetik məcaz 
növünün sıx qarşılıqlı əlaqəsini, həmçinin onların biri-birindən fərqli cə-
hətlərini  kiçik  bir  məqalədə  tam  şəkildə  öyrənmək  mümkün  deyildir. 
Ümumiyyətlə,  klassik  ədəbiyyatda  metafora  poetik  fiquru  ətrafında  sis-
temli tədqiqatların aparılması vacibdir. Bu sahədə görülən işlər təkcə Şərq 


______________________________________________________ Poetika.izm 
  
 
186 
poetikasının deyil, həmçinin ədəbi dil tariximizin zənginliklərinin öyrənil-
məsində mühüm addımlardır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Крачковский  И.Ю.  Избранные  сочинение,  том  II.  Москва-
Ленинград, 1956. 
2.
 
Фильштинский И.М. Арабская поэзия средних веков. Москва, 1975. 
3.
 
Османов  М.Н.  О.  Стиль  персидско-таджикской  поэзии  IX-X  вв. 
Москва, Наука, 1974. 
4.
 
Куделин  А.Б.  Арабская  литература:  Поэтика.  Стилистика. 
Типология. Взаимосвязи, Москва, 2003. 
5.
 
Мусульманкулов  Р.  Персидско-таджикская  классическая  поэтика 
Х-ХУ вв., Москва, «Наука», 1989. 
6.
 
Yusifov X. Nizaminin lirikası. Bakı, 1968. 
7.
 
Azadə R. Nizami Gəncəvi. Həyatı və sənəti. Bakı, 1979. 
8.
 
Səfərli Əlyar. Divan ədəbiyyatı sözlüyü. Bakı, 2014. 
9.
 
Araslı N. Nizaminin poetikası. Bakı, “Elm”, 2004. 
10.
 
Quliyeva M. Klassik Şərq poetikası. Bakı, “Yazıçı”, 1991. 
11.
 
Шамс  ад-Дин  Мухаммад  нбн  Кайс  ар-Рази.  Свод  правил 
персидской поэзии (ал-Му'джам фи ма'айир аш'ар ал-'аджам). Ч. II. 
О  науке  рифмы  и  критики  поэзии.  Пер.  с  персидск.,  исслед.  и 
коммент.  Н.Ю.Чалисовой.  –  Москва,  Издательская  фирма 
“Восточная литература” РАН, 1997.  
12.
 
Теория метафоры: Сборник: Пер. с анг., фр., нем., исп., польск. яз., 
Москва, «Прогресс», 1990. 
13.
 
Allahverdiyeva  Zəhra.  Orta  əsrlər  “Xəmsə”  ədəbi  üslubunda  sufi 
terminologiyası.  Tədqiqlər.  Azərbaycan  Milli  Elmlər  Akademiyası, 
Nəsimi adına Dilçilik İnstitutu. Bakı, 2009, № 1. 
14.
 
Фикх и его основы
 » 
Основы фикха
 » 
Нововведение
.  
15.
 
http://islamqa.info/ru/49030
Thu 9 Rb2 1436 – 29 January 2015. 
16.
 
Qurani-Kərim.  Azərbaycan  dilinə  tərcüməsi  və  transkripsiyası. 
Beynəlxalq əl-Huda nəşriyyatı. Bakı, 2005. 
17.
 
Kaşani  Həbibullah  Şərif.  “Əsmaullahul  hüsna”nın  xüsusiyyətləri 
(Xüsusiyyət və mənaları) tərcüməçi: Baqir Orucov, Bakı, 2008. 
18.
 
Nizami Gəncəvi. Məxzənül-əsrar”. Baku, 1960. 
19.
 
Бертельс  Е.Э.  Суфизм  и  суфийская  литература.  Избранные  труды, 
Издательство «Наука», Москва, 1965. 
20.
 
Xəmse-ye  Xacu-ye  Kirmani,  Moqəddeme-Seyid  Niyaz  Kirmani, 
Daneşkede-ye ədəbiyyat-e v-olum-e ensani. Daneşqah-e şehid ba honər-
Kerman, 1370. 
21.
 
Həqiri Təbrizi. Leyli və Məcnun. Tərtib, ön söz və redaktə: Xəlil Yusifli, 
Bakı, 2004. 
 


______________________________________________________ Poetika.izm 
  
 
187 
 
Zəhra Allahverdiyeva 
 
SUFİ-SİMVOLİK POEZİYADA METAFORA 
 
XÜLASƏ 
 
Z.Allahverdiyevanın  təqdim  olunan  “Sufi-simvolik  poeziyada  metafora”  adlı 
məqaləsində  Şərq  xalqları  ədəbiyyatının  poetika  tarixində  mürəkkəb  və  geniş  kate-
qoriyalı  məcaz  növü  olan  metaforanın  orta  əsrlər  dövründə  inkişaf  xüsusiyyətləri 
araşdırılır.  Müəllif  metafora  poetik  fiquru  haqqında  orta  əsrlər  Şərq poetika  nəzəriyyə-
çilərindən olan Şəmsəddin Məhəmməd ibn Qeys ər-Razinin “Əl-möcəm fi məəyyir əşar 
əl-Əcəm”  əsərinə,  həmçinin  başqa  müasir  poetika  araşdırıcılarının  fikirlərinə  istinad 
etməklə, bu poetik növün tarixən fəlsəfə və ədəbiyyatın ideya və estetik baxımdan qoşa 
inkişafını tənzimləyən obrazlı ifadə forması olduğunu göstərir.  
Məqalədə  ədəbiyyat  nəzəriyyəsi  tələblərinə  uyğun  olaraq,  metaforanın  zahiri  və 
funksional inkişafı izlənilir, müəyyən edilmiş sistem daxilində Şərq poetik fikrinin nadir 
incisi hesab edilən Nizami Gəncəvi metaforalarının xüsusiyyətləri öyrənilir. Qeyd olunur 
ki,  Nizami  poetikasında  metafora  sadə  və  mürəkkəb  formada  müşahidə  olunmaqla, 
məzmun mükəmməlliyi və forma gözəlliyi ilə sıx vəhdət təşkil edir. Nizaminin metafora 
yaradıcılığı həmçinin dəqiq müqayisə obyektlərinin tapılması ilə diqqəti cəlb edir. 
İşdə  İslami  ideyalara  uyğun  sufi  simvollarını  ifadə  edən  metaforaların  Nizami 
“Xəmsə”sində spesifik xüsusiyyətləri tədqiqata cəlb olunur. Nizami Gəncəvi sufi termin-
lərindən  çox  sadə  bir  üslubla  həqiqətə,  ilahi  sirlərə  bağlı  –  Allahın  birliyi  (tövhid), 
Aləmin vəhdəti haqqında fəlsəfi fikirləri tərənnüm edir, o cümlədən məhəbbət və mərhə-
mətdən yoğrularaq dünya adlı “bir mülkə” göndərilmiş insanın ictimai-əxlaqi dəyərlərini 
təbliğ  edir,  poetik  məcaz  növündən  şahların  ədalətə  dəvəti,  cəmiyyətin  və  idarəçiliyin 
ədalət  üzərində  qurulması  və  s.  məsələlərin  izah  edilməsi  üçün  istifadə  edir.  Nizami 
“Xəmsə”sində  sufi  simvolları  şair  tərəfindən  xüsusi  seçilmiş,  yaradıcılıq  metodolo-
giyasına  uyğun  müəyyənləşdirilmiş  ədəbi-bədii  qanunlara  tabe  edilmiş  şəkildə  istifadə 
olunmuşdur. Buna görə də Nizami yaradıcılığında metaforik təcəssüm – çoxqatlı mərhə-
lələrdən  keçərək,  vəhdəti,  cəmiyyətin  əxlaq  qayda-qanunlarını  bildirən  batini  mənaya 
söykənir. 
Məqalədə  həmçinin  Nizamidən  sonrakı  sufi  –  simvolik  poeziyada  metaforik 
təcəssümün xüsusiyyətləri –  Xacu Kirmani, Əbdürrəhman  Cami, Həqiri Təbrizi yaradı-
cılığı tədqiqata cəlb olunur.  
 
Zehra Allahverdiyeva 
 
METAPHOR IN THE SUFI-SYMBOLIC POETRY 
 
SUMMARY 
 
In the article “Metaphor in the Sufi-Symbolic poetry” by Zahra Allahverdiyeva, it 
have  been  researched  the  features  of  development  of  the  medieval  poetic  of  metaphor 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə