Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   74   75   76   77   78   79   80   81   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
182 
şəkildə  istifadə  olunmuşdur.  Bu  terminlərlə  Nizami  çox  ehtiyatla,  lakin 
səlist davranır” [13, s. 151]. 
Nizami Gəncəvi yaradıcılığında ən mükəmməl metaforalar ilk öncə 
İslami  ideyalara  –  İslamın  əsas  təməli  olan  tövhid  fəlsəfəsinə  –  Allahın 
vahidliyinin təsdiq və təbliğinə aiddir.  
Sufi fəlsəfi ədəbiyyatdan məlumdur ki,  alimlər tövhidi  üç hissədən 
ibarət  hesab  edirlər:  rububiyə  (Allahın  vahid  hökmə  malik  olması),  ila-
hiyyə  (Allahın  ilahi  birliyə  malik  olması),  əl-əsmaül-sifət  (Allahın  ad  və 
atributlarında onun birliyinin təzahür etməsi) [14]. 
Nizami ilk öncə islamın təməl ideyasına sadiqdir – Allahın bənzəri 
yoxdur. 
İxlas surəsi:  
( ٌدَحَأ ُ هاللَّ َوُه ْلُق
۱
( ُدَمهصلا ُ هاللَّ)
۲
( ْدَلوُي ْمَلَو ْدِلَي ْمَل)
۵
 ٌدَحَأ اًوُفُك ُهَل  ْنُكَي ْمَلَو)
  
De: O Allah birdir. Allah ehtiyacsızdır. Törəməyib. Törənməyib. Və 
ona tay olası bir əhəd yoxdur [15, s. 604]. 
Allahı onun ad və atributları vasitəsilə dərk etmək mümkündür. Əsli 
Qurana bağlı olan və Allahın camal sifətlərini bildirən adların metaforik 
ifadə olunması orta əsrlərin poetik üslubunda mühüm yer tutur.  
Təsadüfi  deyildir  ki,  Nizami  hələ  ilk  məsnəvi  əsəri  “Sirlər  xəzinə-
si”də  “əsmaül-hüsna”dan  istifadə  etməklə,  Allaha  aid  Quranda  94  dəfə 
yer  alan  “Həkim”  adını  metaforik  ifadə  olaraq  işlədir.  “Əl-Həkim”  – 
Əsmaül-hüsnanın  iyirmincisidir. Mənası  öz işlərini hikmətlə  yerinə  yeti-
rən deməkdir” [16, s. 78]. 
Nizami öz əsərinə aşağıdakı məşhur beytlə başlamışdı: 
 
مسب
ميحرلا نمحرلا اللَّ
 
 
ميکح جنگ رد ديلک تسه [17, s. 1] 
Bismilləh-Rəhmanir-Rəhim, 
Həkim xəzinəsinin qapısının açarıdır. 
Allaha  aid  ilkin  atributların  işlənməsi  tipoloji  olaraq  Nizamidən 
sonrakı “Xəmsə”lərdə müşayiət olunur. Allaha aid ad və atributlar Əmir 
Xosrov Dəhləvi, Xacu Kirmani, Cami, Nəvai və başqa “Xəmsə” müəllif-
lərinin əsərlərində mütəmadi şəkildə işlənmişdir. 
Artıq qeyd edildiyi kimi, Nizami Gəncəvi  yaradıcılığına xas meta-
foralarda  diqqəti  cəlb  edən  əsas  xüsusiyyət  müqayisə  obyektlərinə  alter-
nativ olan mükəmməl obrazların tapılmasıdır. “Sirlər xəzinəsi” əsərində: 
 
 دوب رود رکش ز ین لگ ز راخ دوب رون قتت رد شمرک ات [17, s. 2] 
Onun kərəmi nur tutuğunda idi
Tikan güldən, ney şəkərdən uzaq idi. 


______________________________________________________ Poetika.izm 
  
 
183 
Burada  metaforik  təcəssüm  –  çoxqatlı  mərhələlərdən  keçərək,  əsas 
vahidi  –  Allahı  bildirən  batini  mənaya  söykənir.  “Nur  tutuğu”  –  Allahın 
zatına  işarədir.  Sufi  termini  olaraq,  “Nurul-ənvar”  –  “Haqqın  zatı”  şək-
lində [18, s. 175] lüğətlərdə yer almışdır. Nizaminin metaforik ifadəsində 
– Allahın kərəmi – gizli simvolik işarə ilə nur tutuğu olan “Günəş”lə qar-
şılaşdırılır. Allahın kərəminə alternativ olan “nur tutuğu” – günəşi təcəs-
süm etdirən metaforik ifadədir. 
Günəş  –  həm  də  Allahın  mərifət  xəzinəsinə  alternativ  müqayisə 
üsuludur.  
Xacu Kirmani “Gül və Novruz” məsnəvisində: 
 یناکم یب ناکم رد نک نطو 
 
 یناشن یب ناشن دوخ زا یوجب  
 ديشروخ لعل ماج ز شک رد یيم 
 
 ديهان گنچ گناب ز ونشب یهر [19, s. 574] 
Vətən tut məkansız məkanda. 
Axtar özünü nişansız nişanda. 
Mey iç, Günəşin ləl camından, 
Nahidin çəng sədasından bir yol (eşit) tap. 
“Xəmsə”  davamçıları  bu  terminlərin  istifadə  olunmasında  çox  za-
man  Nizami  obrazlarından  faydalanmışlar.  Anadilli  poeziyada  Həqiri 
Təbrizi  yaradıcılığında  da  sufi  terminlərninin  semantik  genişlənməsi  və 
metafora poetik fiqurunun yaradılması diqqəti cəlb edir. Həqiri “Leyli və 
Məcnun”əsərində: 
 Yarəba! Rəf olamı böylə hicab, 
 Aşikar ola gözümə afitab?! 
 Afitabım tar olubdur hicr ilən
 Canü dil bimar olubdur hicr ilən [20, s. 104]. 
Burada  1-ci  beytdə  metafora  məcaz  növündə  Leylinin  gözəllik  və 
eşqinin  müqayisə  obyekti  olaraq  “afitab”  –  obrazı  seçilmişdir.  Sufizmə 
görə,  “afitab-günəş”  əhədiyyəti,  vahidi  bildirməklə,  Allahın  hüsn  gözəl-
liklərini  təcəssüm  etdirir.  Hicab-dedikdə,  sufizmdə  “qəlbin  hicabı”  anla-
mında  günəşin  üzünü  tutan  “əbr”  –  bulud  nəzərdə  tutulur.  Hicab  (əbr) 
qaranlığı, zülməti bildirir ki, aşiqə afitabı görməyə – “Allahın gözəl zat və 
sifətlərini müşahidə etməyə mane olur” [18, s. 127]. 
Ümumiyyətlə, zahiri və funksional cəhətlər metaforanın daim dəyi-
şən, həm də tipoloji silsilə yaradan xüsusiyyətlərində özünü göstərir. Bu 
sahəni  araşdıran  Donald  Devidson  yazır:  «Я  покажу,  что  бесполезно 


______________________________________________________ Poetika.izm 
  
 
184 
объяснять, как функционируют слова, когда они создают метафори-
ческие  и  образные  значения  или  как  они  выражают  особую 
поэтическую  или  метафорическую  истину.  Эти  идеи  не  объясняют 
метафоры  –  метафора  сама  объясняет  их.  Когда  мы  понимаем 
метафору,  мы  можем  назвать  то,  что  мы  поняли,  «метафорической 
истиной»  (metaphorical  truth)  и  в  какой-то  мере  объяснить,  в  чем 
состоит ее «метафорическое значение» [12, s. 175]. 
2. Metafora obyektinin substantiv hallandırılması və təhlili.  
Metaforanın  təbiət  hadisələrinin,  yaxud  subyektlərinin  hallandırıl-
ması və təhlili əsasında yaranması ən qədim və sadə, lakin zəngin inkişaf 
formasıdır  ki,  bu  ənənə  mütəmadi  olaraq,  orta  əsrlər  ədəbiyyatında  izlə-
nilmişdir. Bu növ metaforalarda məna reallığa yönəldilir. Gizli, batini an-
lam arxa plana keçir. 
Xacu Kirmani “Rövzətül-ənvar” əsərində: 
 
 ًهداب ديشکرب ملع وچ قرشم ورسخ
 
 ديشک رز حدق زا لعل
[19, s. 114] 
Şərqin şahı bayraq qaldıran kimi, 
Qızıl qədəhdən ləl badəsini tökdü. 
–  burada  yenə  də  “Şərqin  şahı”  –  Günəş-metaforik-substantiv 
hallandırılır.  Günəş  orbiti  –  qızıl  qədəhlə  müqayisə  olunur  və  onun 
şəfəqləri  ləl  badəsi  ilə  eyniləşdirilir.  Metaforik  düşüncə  sırf  təbiət 
hadisəsinə yönəldilir. 
Xacu Kirmani “Gül və Novruz” əsərində: 
غاد نآ فرط رب نايشآ درک هش وچ 
 
 غاز هيس نوچ نوگبش ديد یبقع [19, s. 575] 
Elə ki, şah o dağ tərəfdə yuva saldı, 
Qara qarğa kimi qaranlıq gecədə bir qartal gördü. 
Burada  metaforik  təcəssüm  “qartal”  obrazında  cəmlənmişdir.  Şair 
qəhrəmanın igidlik və cəsurluq keyfiyyətlərini bildirmək üçün onu qartal-
la eyniləşdirir. 
Beləliklə, metafora obyektinin hallandırılması zamanı şəxsləndirmə 
mühüm vasitələrdən biridir. Nizami “Sirlər xəzinəsi”ndə: 
 یيزاب بش هتخاس بش یزاب یيزاٌنط رس زا یسفن ره 
 
 درک زير مرد هرهز فد هاگ درک زيمآ لگ هام بصق هگ [17, s. 50] 
Hər nəfəsi başdan-başa naz oldu. 
Oyunbaz gecə gecə oyunu qurdu. 
Gah Ayın (gümüş) köynəyi gül səpdi
Gah Zöhrənin dəfi pul səpdi. 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə