Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə77/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
179 
     
TARİXİ POETİKA 
 
Zəhra ALLAHVERDİYEVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
zahra.allahverdiyeva@mail.ru  
 
SUFİ-SİMVOLİK POEZİYADA METAFORA 
 
Açar  sözlər:  sufi-simvolik  poeziya,  metafora,  Nizami  Gəncəvi,  Xacu  Kirmani, 
Həqiri Təbrizi 
Key  words:  Sufi-symbolic  poetry,  metaphor,  Nizami 
Ganjavi, Khadju Kirmani, Hagiri Tabrizi
 
 
Məlum olduğu kimi, qədim və orta əsrlər ədəbiyyatında sufi simvol-
larının  formalaşması  və  yayılması  fəlsəfi-estetik  fikrin  tarixi  inkişafı  ilə 
bağlıdır  və  bu  dövrün  poeziyasında  sufi  terminologiyası  və  məcaz  sis-
temilə sıx vəhdətdə inkişaf edir. 
Ədəbiyyatda islami ideyaların ekvivalent ifadəsinə yönəldilmiş sufi 
simvolları  həm  də  poetikada  silsilə  məcaz  tipologiyasının  yaranması  ilə 
müşayiət olunur və bu simvollar poetik fiqurların zənginləşməsində mü-
hüm  rol  oynayır.  Bu  baxımdan,  sufi  simvolları  metaforaya  çevrilməkdə 
aktiv xüsusiyyətə malikdir. 
Məlumdur  ki,  metafora  –  Şərq  xalqları  ədəbiyyatının  poetika  tari-
xində  mürəkkəb  və  geniş  kateqoriyalı  məcaz  növü  olmaqla,  bədii  təfək-
kürün müəyyən fundamental məsələlərinin ifadəsinə yönəldilən mürəkkəb 
funksiyalı fiqurdur. 
Rusiyada  İ.Y.Kraçkovski,  İ.M.Filiştinski,  M.N.Osmanov,  A.B.Ku-
delin,  A.R.Musulmankulov,  eləcə  də  Azərbaycan  ədəbiyyatşünaslığında 
X.Yusifli,  R.Azadə,  Ə.Səfərli,  N.Araslı,  M.Quliyeva  və  başqalarının 
klassik poetikaya, o cümlədən metaforaya aid qiymətli tədqiqatları möv-
cuddur [1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10]. 


______________________________________________________ Poetika.izm 
  
 
180 
Bu  işdə  məqsəd,  metafora  məcaz  növünün  sufi  simvollarına  bağlı 
xüsusiyyətlərinin araşdırılmasıdır. 
XIII  əsrin  əvvəllərində  Şəmsəddin  Məhəmməd  ibn  Qeys 
ər-Razi  mükəmməl  Şərq  poetika  mənbələri,  o  cümlədən  İbn 
Qüteybə,  Cahiz,  İbn-əl-Mutazz,  Kudama  bin-Cəfər  kimi  ərəb 
poeziya  nəzəriyyəçiləri  və  Azərbaycan  filologiya  məktəbinin 
nümayəndəsi Xətib Təbrizinin [11, s. 24] əsərlərinə söykənərək 
yazdığı  “Əl-möcəm  fi  məəyyir  əşar  əl-Əcəm”  (Əcəm  şeirinin 
qaydaları  lüğəti)  əsərində  “istiarə”  –  metafora  anlayışını 
aşağıdakı şəkildə izah etmişdir: “Bu məcazi ifadə növlərindən 
biridir, lakin məcazi ifadə həqiqinin qarşılığıdır. Həqiqi (ifadə) 
odur  ki,  dil  quraşdırıcısı 
sözü  onun  ilkin  mənasının  güc  və 
davamlılığından almışdır [11, s.239]. 
Ş.Qeys  ər-Raziyə  görə,  metaforanın  hərfi  mənası  “isti-aram-borc 
(vermə)”dir.  Məsələnin  mahiyyəti  ondan  ibarətdir  ki,  hər  hansı  adın  mə-
nası  o  adın  həqiqi  mənası  ilə  ümumi  atributla  üst-üstə  düşür.  Məsələn, 
igidi  cəsurluq  və  qorxmazlıq  xüsusiyyətinə  görə,  “şir”  adlandırırlar  [11, 
s.239]. 
Şəmsəddin  Qeys  ər-Razi  metaforanı  bəyan  elminə  daxil  edir  və 
poetikanın əsas kateqoriyalarından biri olan bəlağətin tərkib hissəsi olaraq 
öyrənir [11, s. 240]. Bəlağət və onun tərkib hissələri haqqında əhəmiyyətli 
tədqiqat  aparmış  Azərbaycan  alimi  Mahirə  Quliyevanın  araşdırmasına 
əsasən, “Bəlağətin məzmunu yetkinlik, yetişmək deməkdir... Söz bütöv və 
yetkin olmaqla yanaşı öz ünvanına dəqiq çatmalıdır. Bəlağətli nitq yetkin, 
bütöv, dinləyiciyə tam şəkildə forma və məna gözəlliyi ilə yetişən, çatan 
bir nitqdir” [10, s. 20]. 
Beləliklə,  metafora  tarixən  fəlsəfə  və  ədəbiyyatın  ideya  və  estetik 
baxımdan qoşa inkişafını tənzimləyən obrazlı ifadə formasıdır. 
Klassik Azərbaycan  ədəbiyyatında metafora poetik üslub və dil se-
mantikası zənginliyinin göstəricisi olmaqla, özünəməxsus yer tutur. 


______________________________________________________ Poetika.izm 
  
 
181 
Bu poetik fiqur zahiri struktur formasına və simvolik mənaya bağ-
lanan  funksional  əlamətlərə  malikdir.  Qədim  və  orta  əsrlər  Azərbaycan 
ədəbiyyatında metaforanın ifadəsi bir çox halda, zahiri struktur formasını 
saxlamaqla,  islami-sufi  ideologiyasına  xas  müxtəlif  fəlsəfi-bədii  təzahür-
lərlə  ifadə  olunur.  Odur  ki,  metaforanın  tarixi  inkişafında  ənənə və  oriji-
nallıq meyarlarını izləmək son dərəcə mürəkkəb bir prosesdir. 
Ədəbiyyat nəzəriyyəsi tələblərinə uyğun olaraq, metaforanın zahiri 
və funksional inkişafı əsasən aşağıdakı yüksələn xətt üzrə sistemləşdirilir: 
1. Müqayisə olunan obyektlər arasında alternativlərin tapılması. 
2. Metafora obyektinin substantiv hallandırılması və təhlili. 
3. 
Simvolik  mənaya  yönəldilmiş  poetik  fiqurun  yaradılması  –  bu-
raya simvoluk üslubun müxtəlif kateqoriyaları daxildir [12]. 
Metaforanın inkişafında zahiri və funksional istiqamətləri müəyyən-
ləşdirmək üçün Nizami Gəncəvi, Xacu Kirmani, Həqiri Təbrizi və başqa 
klassik sənətkarların yaradıcılığı üzrə bir neçə nümunəyə diqqət yetirək. 
1. 
Müqayisə olunan obyektlər arasında alternativlərin tapılması. 
Orta  əsrlərin  poeziya  materialları  əsasında  müasir  ədəbiyyatşünas-
lıqda  A.Vejbiskaya,  Maks  Blek,  Donald  Devidson  və  başqaları  arasında 
mübahisəyə  səbəb  olan  “metafora  və  yaxud  müqayisə”  problemini  bir-
mənalı  şəkildə  həll  etmək  mümkündür:  müqayisəsiz  metafora  mövcud 
deyildir. Metafora müqayisənin yekunudur.  
Bu baxımdan, Şərq poetik fikrinin nadir incisi hesab edilən Nizami 
Gəncəvi  metaforaları  sadə  və  mürəkkəb  formada  müşahidə  olunmaqla, 
zahiri və batini (elmi ədəbiyyatda ezoterik – Z.A.) anlamları əhatə etmək-
lə, həmçinin dəqiq müqayisə obyektlərinin tapılması ilə diqqəti cəlb edir. 
İslami  ideyalara  uyğun  sufi  simvollarını  ifadə  edən  metaforaların 
Nizami “Xəmsə”sində spesifik xüsusiyyətlərini izləmək mümkündür. Şair 
sufi  terminlərindən  çox  sadə  bir  üslubla  həqiqəti  söyləmək,  ilahi  sirləri 
açmaq – Allahın birliyi (tövhid), aləmin vəhdəti (vəhdəti-vücud), məhəb-
bət və mərhəmətdən yoğrularaq dünya adlı “mülkə” göndərilmiş insanın, 
cəmiyyətin  əxlaqi  dəyərlərinin  inkişafında  rolu,  şahların  haqqa  dəvəti, 
cəmiyyətin  və  idarəçiliyin  ədalət  üzərində  qurulması  və  s.  məsələlərin 
izah  edilməsi  üçün  istifadə  edir.  “Buna  görə  də,  Nizami  “Xəmsə”sində 
sufi  terminləri  şair  tərəfindən  xüsusi  seçilmiş  olan  yaradıcılıq  metodolo-
giyasına  uyğun  müəyyənləşdirilmiş  ədəbi-bədii  qanunlara  tabe  edilmiş 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə