Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə81/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
191 
Qalmışam giryan qəmin küncündə zarü binəva
Nola qılsan dərdi-hicranə vüsalından dəva! [2, s. 370] 
 
Aşiqi qəm küncündə “zarü binəva” qoyan da, hicran dərdinə salan 
da,  vüsalından  dəva  qılan  də  eyni  obyektdir.  Şeirin  birinci  misrasında 
işlənən  “zarü  binəva”  (nalan,  çarəsiz,  dərmansız)  və  ikinci  misradakı 
dəva” sözlərinin əksliyi mənanı daha da qüvvətləndirmişdir. 
 
...Hər tərəf güllər açılmış, lalə kakil bağlamış, 
Hər şükufə göz açıb, hər ləhzə bir dil bağlamış... [2, s. 381]
 
 
Məhcur  bir-birini  tamamlayan,  mətləbi  daha  anlaşıqlı  və  eyni  za-
manda poetik əks etdirən zidd mənalı sözlərdən məharətlə istifadə edərək 
maraqlı bədii nümunələr yaratmışdır. 
 
...Nə sitəm canıma qıldınsa nihan, bəsdir, bəs! 
Etmə əhvalımı xəlq içrə əyan, bəsdir, bəs!.. [4, V. 36
б
]
 
 
Yarının cövrü cəfalarını da çox vaxt  bir zövq sayan aşiq  bəzən bu 
sitəmlərdən usanır, etiraz edir, məşuqəni “insafə gəlməyə“ çağırır, aşiqinə 
gizlicə sitəm etsə də, barı əhvalını xəlqə əyan etməməyi təvəqqə edir. 
 
Sübhi-səfayə, şami-cəfamuz mübəddə et, 
Həccaclar sükunət edən şam xətriçün [5, V. 72
б
]. 
 
Şair təkcə “sübh” və “şam” (axşam) sözlərinin antonimliyindən isti-
fadə  etməklə  kifayətlənmir, onlara qoşulan epitetləri də  əks  mənalı seçə-
rək həm təsviri canlandırmış, həm də əsərin şeiriyyətini artırmışdır. Məh-
cur beytdə eyni misrada işlənən “səfa” və “cəfa” sözlərinin bir hərf dəyiş-
məsilə  tamam  fərqli  –  əks  mənalar  kəsb  etməsi  yolu  ilə  yaranan  bədii 
incəlikləri də məharətlə işlədə bilmişdir.  
Şair  bəzən  Azərbaycan  xalq  dilində  geniş  işlənən  idiomatik  ifadə-
lərdən də  istifadə  edərək maraqlı, oxucunu düşündürən, ona estetik  zövq 
aşılayan bədii təzadlar yaratmışdır. 
 
...Döndərib yüzün dəxi anınla pərxaş qılmışam, 
Şimdi könlüm almaq üçün yar gəlmiş yengidən [4, V. 36
б
].
 
 
“Pərxaş  qılmaq”  (dalaşmaq)  və  “könül  almaq”  canlı  dildən  –  xalq 
poeziyasından gələn lakonik ifadələr vasitəsilə yaradılan bədii təzad şeirin 
bədiiliyini artırmış və axıcılığını, ifadəliliyini təmin etmişdir. 
 
Şəfqət ilə xəstə dillər könlümü şad etməgə, 


______________________________________________________ Poetika.izm 
  
 
192 
Mübtəlayi-dərdü qeydi-ğəmdən azad etməgə
...Şükr kim, bir məhvəşi-memar gəlmiş yengidən [2, V. 36
б
]. 
 
Bu  bədii  parçada  da  şair  “şəfqət-xəstə”,  “mübtəla-azad”  sözlərini 
mətndə  qarşılaşdıraraq  uğurlu  təzad  yarada  bilmişdir.  Belə  bədii  fiqurlar 
sözü zahirən bəzədiyi kimi ideyanın da daha dolğun ifadəsinə xidmət edir. 
 
Kimi gülgün cam tutmuş saqiyi-məstanədir, 
Kiminin nazik əli üzrə müzəyyən şanədir, 
Kiminin şəhla gözü xunab ilə peymanədir, 
Kimi aqil bənd elər, kimi dəli-divanədir... [2, V. 374]
 
 
Anaforaların  xüsusi  ahəng  verdiyi  bu  bədii  parçada  şair  gözəllərin 
əhvali-ruhiyyələrini,  mənəvi  psixoloji  vəziyyətlərini  daha  aydın  nəzərə 
çatdırmaq  üçün  digər  poetik  fiqurlarla  yanaşı,  bədii  təzaddan  –  “aqil  və 
dəli-divanə” sözlərinin antonimliyindən də faydalanmışdır. 
 
Vəfayə talib olmaq əqlə nöqsanlıq vəfasızdan, 
Dirilməkdürü müşkül yari-biiqrar dövründə [4, V. 61
a
]. 
 
Bədii  əsərin  emosionallığını  artıran  vasitələrdən  biri  də  təkrirdir
Məhcurun lirikasında işlənən təkrirlərdən bəzilərinə diqqət yetirək. 
 
Könlüm arzumənd, gözüm yollarda
Neyçün bu gülzara canan gəlməyir? 
Bağrım kabab etdi, cigərim büryan, 
Neyçün canan bizə mehman gəlməyir? 
 
***  
...Neyçün bağa güli-xəndan gəlməyir? [2, s. 365] 
 
Göstərilən şeir parçasında “Neyçün?” sual əvəzliyinin bir neçə dəfə 
təkrarlanması aşiqin narahatlığından, nigarançılığından, səbrinin tükəndi-
yindən xəbər verir. Şeirdə  işlənən belə  təkrirlər həm  lirik parçanın  məna 
tutumunu, həm də şeiriyyəti gözəlləşdirir. 
Şair  bəzən  sözü  məqsədəuyğun  şəkildə  bir  bənd,  hətta  bir  misra 
daxilində bir neçə dəfə işlədərək bədii təkririn gözəl nümunələrini  yarat-
mışdır. 
 
Bu nə qaşdır, bu nə göz, ey təbi pakizə xisal! 
Nə gözəl qamətü bala, nə əcəb hüsnü camal! 
Bu nə şimin təni-mövzun, qədi bir tazə nihal! 
Bu nə dişdir, nə gülüşdür, bu nə rüxsareyi-al! 
Bu nə ləbdir, bu nə ağız, bu nə xətdir, bu nə xal! [2, s. 371] 


______________________________________________________ Poetika.izm 
  
 
193 
 
Hər dəfə gözəlin ayrı-ayrı cizgilərinin təsvirini fərqləndirməyə xid-
mət  edən,  bir-birini  tamamlayan,  daha  doğrusu  təsdiq  edən  bu  təkrirlər 
şeirə xüsusi bir məntiq gətirmiş, bədii gözəlliyini daha da artırmışdır.  
Şairin bəzi şeirlərində hər bəndin sonunda eyni misranın təkrarlan-
ması yolu ilə yaradılan bədii təkrirlər şeirə xüsusi bir məna verdiyi kimi 
təsvirlərə də bir canlılıq gətirmişdir. Bu üsulla bədii təkrir yaradarkən şair 
bəzən,  yuxarıda da qeyd etdiyimiz kimi,  eyni  misranı  şeirin bütün bənd-
lərinin sonunda təkrarlayır (məs; “Bəs ki, ol sərvin ayağına gözüm tökdü 
yaş...” misrası ilə başlayan müxəmməsi), bəzən isə birinci bəndin misra-
larını  növbə  ilə  digər  bəndlərin  sonunda  eynilə  işlədir  (məs;  “Çıxdılar 
seyr etməyə...” müxəmməsi, “Gəl vəqtdir” müəşşəri). 
Bədii  təkririn  ən  təsirli  və  ahəngdar  növü  anaforadır  –  misraların 
əvvəlində işlənən təkrirdir. Məhcurun da əsərlərində bəzən bir neçə mis-
ranın eyni sözlə başladığını, yəni misraların əvvəlindəki sözlərin təkrarını 
da görürük.  
 
Məqbuldur o kuy, o kuyə gedən dəxi, 
Məqbullar duayi-muhibban əmanəti! [4, V. 73
a

 
Bunun  ən  gözəl  nümunəsi  şairin  “Gəl  vəqtdir”  rədifli  müəşşərində 
özünü  göstərir.  Şair  müxtəlif  təşbih  və  istiarələrlə  üz  tutduğu  həbibinə 
müraciətinə  daha  emosional,  daha  təsirli  və  daha  təkidli  çalar  qatmaq 
üçün misraları eyni nida ilə başlayır: 
 
Ey həbibim, həsrətindən çıxdı can, gəl vəqtdir, 
Ey büti-növrəstə, şuxü mehriban, gəl vəqtdir, 
Ey yüzü gül, kakili ənbərfəşan, gəl vəqtdir, 
Ey müəttər qönçeyi-baği-cinan, gəl vəqtdir...  
Ey gözəllik mülkünün təxtinə xan, gəl vəqtdir [2, s. 377]. 
 
Şair  bədii  təkrirlər  vasitəsilə  şeirdə  izlədiyi  fikri,  ideyanı  daha  qa-
barıq  vermək  məqsədini  güdmüş,  seçdiyi  hər  hansı  bir  sözü  daha  aydın 
nəzərə çarpdırmaqla ahəngi də gözəlləşdirmişdir.  
Təkririn çoxsaylı növlərindən biri də “uc-uca calanma, calaqlanma, 
düyünlənmə” adlanan təkrirdir. “Şeirdə əvvəlinci misranın sonunda gələn 
nitq vahidi... sonrakı misranın əvvəlində təkrar olunur” [6, s. 320]. Onu da 
qeyd  edək  ki,  əgər  bu  qayda  şeir  boyunca  təkrar  edilərsə,  klassik  poeti-
kada rəddüləcz  ələssədr  sənəti adlanır və  nəzəriyyəçilərin də qeyd  etdiyi 
kimi,  “bu  sənətin  öhdəsindən  ancaq  böyük  və  müqtədir  şairlər  gələ  bil-
mişlər” [7, s. 41]. Belə təkrirlər daha çox ayrı-ayrı misralar arasında əlaqə 
yaratmaq, əvvəldə deyilən fikri müəyyən cəhətdən izah etmək üçün bədii 
priyom  kimi  istifadə  edilir.  Məhcurun  ayrıca  bu  sənətlə  yazılmış  əsəri 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə