Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
197 
*** 
...Bu rəsmdi, divanəyə divanələr ağlar... [8, V. 16
б

 
Başqa bir şeirində Məhcur məşuqəyə nəsihət edərək deyir: 
 
Durmagil qəsdimə, ey afəti-can, bəsdir, bəs! 
Ğüdrəti-münküri-eşq olma, inan, bəsdir, bəs! [9, V. 36
б

 
Klassik poetikada istifadə olunan poetik fiqurlardan biri də “ihamül-
vəsl”dir. Mənaca “birləşmə yolu ilə işarə” anlamına gələn bu poetik vasi-
tədə “...şair qarşısına məqsəd qoyduğu fikri və ya adı hərflərin birləşməsi 
ilə verir. Oxucu isə  şairin demək istədiyi  sözü və  ya müəyyən fikri  başa 
düşmək üçün həmin hərfləri ihamla birləşdirməlidir” [1, s. 76]. Məhcurun 
da  lirikasında  “ihamül-vəsl”ə  uyğun  gələn  məqamlar  var.  Bu  baxımdan 
şairin  Baqinin  “Yeg”  rədifli  qəzəlinə  yazdığı  təxmisdən  gətirdiyimiz 
nümunə səciyyəvidir: 
 
Bilən kimdür həbibin mədhi-ruyin ol xudadan yeg! 
Nə ziba vəsf olur layiq anınçün “ta” vü “ha”dan yeg! [15, s. 288] 
 
Şair bu şeirində Xaliqin hər şeyi hər kəsdən daha yaxşı bilməsi fik-
rini bir daha vurğulayır, “ihamül-vəsl” vasitəsilə – hərflərin ayrı-ayrılıqda 
qeyd  edilməsilə  yazılması  üsulundan istifadə  edərək sevgilinin gözəlliyi-
nin Qurani-Kərimin iyirminci “Taha” surəsindən daha yaxşı, daha layiqli 
vəsfi olmadığını söyləyir. 
Məhcurun  lirikasında  klassik  poetikada  iham  və  touriyyə  adlanan 
poetik  fiqura  da  rast  gəlinir.  İham  –  şairin  mənası  tam  aydın  olan  hər 
hansı  bir  söz  altında  əslində  zahirən  onunla  eyni  olan  tamam  başqa  bir 
məfhumu nəzərdə tutmasına deyilir. Məhcurun da şeirlərində şairin böyük 
ustalığından, söz sənətinin incəliklərinə bələdliyindən xəbər verən eyham-
lara rast gəlmək olur. 
 
Meyi-eşqin, ey gül, görüncə məxmur olubam, 
Rindü məstaneyi-sər ta beqədəm nur olubam
Ğəm güzərgahım bənim dərdilə məşhur olubam, 
Sənsiz, ey lalə rüxüm, gər belə məhcur olubam
Saxlaram dağın sinəmdə nişan, bəsdir, bəs! [9, V. 36
б

 
Azərbaycan ədəbiyyatında xüsusilə obrazların adlarından məharətlə 
istifadə  edərək  incə  eyhamlar  yaratmaq  ənənəsinə  yaxından  bələd  olan 
şair “məhcur“ sözünü unudulmuş, tərk edilmiş, ayrı düşmüş mənalarında 
işlətməklə yanaşı, həm də öz təxəllüsünə də işarə etmişdir. Başqa bir mi-
sal: 


______________________________________________________ Poetika.izm 
  
 
198 
 
Atar gəh qaşı yayı bunca oq, gəh gözləri xəncər
Nə Məhcurəm ki, zarəm ol adəm-əyyar dövründə [4, V. 61
a
]. 
 
Yəni,  (sevgilinin)  gah  qaşının  yayı  ox  atar,  gah  da  gözləri  xəncər 
olar. Elə ayrı düşmüşəm, unudulmuşam ki, o əyyar adamın yanında, döv-
ründə ağlar qalmışam (o əyyar adamın dövründə ağlar qalan Məhcuram). 
Məhcurun dilindəki  obrazlılıq və  bədiilik,  təşbih və  metaforik  zən-
ginlik, sözün rəngarəng məna çalarlarından istifadə bacarığı şairin obrazlı 
təfəkkürünün  qüdrətindən,  şair  xəyalının  fantaziyasından  xəbər  verir. 
Onun yaradıcılığının əlimizdə olan çox az bir hissəsi üzərində araşdırılan 
bu  bədii  fiqurlar  şairin  lirikasına  özünəməxsus  çalar  və  rəng  vermişdir. 
Şair  sözün  məzmun  əlvanlığını  və  məna  dəyərini  incələyən  poetik  kate-
qoriyalarla  yanaşı  onun  zahiri,  tələffüz  gözəlliyinə  xidmət  edən  ifadə 
vasitələrini də sənətkarlıqla işlətmişdir. Böyük sələfləri kimi Məhcurun da 
əsərlərində  “şeirin  ümumi  məzmunu,  əsas  mənası  ilə  ustalıqla  əlaqələn-
dirilən belə fiqurlar ...zahiri parlaqlıqla yanaşı, daxili mənanın daha aydın 
təqdimi üçün də zəruri görünür” [10, s. 437]. 
Məhcur  Şirvani  lirikasının  poetik  xüsusiyyətlərinin  araşdırılması, 
təhlili və müqayisəli şəkildə  öyrənilməsi  bir daha göstərir ki,  şair dövrü-
nün  poetika  elminin  incəliklərinə  bələd  olmuş,  istedadı  və  qabiliyyəti 
çərçivəsində bu qiymətli xəzinənin gövhərlərindən bəhrələnmişdir.  
Məhcur  Şirvani  lirikasının  bədii  sənətkarlığının  öyrənilməsi  təkcə 
şairin  fərdi  yaradıcılığı  üçün  deyil,  ümumən  XVIII  əsr  Azərbaycan  ədə-
biyyatının  bədiiyyat  problemlərinin  öyrənilməsi  baxımından  da  əhəmiy-
yətlidir. Çünki, hər hansı şairin poeziyasında poetik rəngarəngliyin, təfək-
kürün  ən  yüksək  zirvəsi  olan  obrazlar,  məcazlar  aləminin  araşdırılması 
onun  sənətkarlığından,  yaradıcılığının  məziyyətlərindən  xəbər  verməklə 
yanaşı, ümumilikdə dövrün ədəbi prosesinin səciyyəsi barədə aydın təsəv-
vür yaradır. 
 
ƏDƏBİYYAT 
  
1.
 
Quliyeva Mahirə. Klassik şərq poetikası. Bakı, “Yazıçı”, 1991. 
2.
 
XIII-XVIII əsrlər Azərbaycan poeziyasından seçmələr. Tərtib, ön söz və çevir-
mələrin müəllifi X.Yusifli. Bakı, Oka Ofset Nəşriyyat-Poliqrafiya Şirkəti, 2007. 
3.
 
Cavadov Əbdürrəhman. Xitablar. Azərbaycan bədii dilinin üslubiyyatı (oçerk-
lər). Bakı, “Elm”, 1970. 
4.
 
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu. Cüng Б-1987/3145. 
5.
 
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu. Cüng А-67/10563. 
6.
 
Hacıyev Tofiq. Məhəmməd Füzuli: Dil sənətkarlığı. Bakı, “Gənclik”, 1994. 
7.
 
Mümtaz Salman. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, “Avrasiya press”, 
2006. 
8.
 
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu. Cüng Б-208/1826.  


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə