Pol is düRÜstlüYÜ haqqin da vəSAİT


Böl mə 3:  Korrupsiyaya qarşı mübarizədə daxili nəzarətdən səmərəli şəkildə



Yüklə 3,61 Kb.
Pdf görüntüsü
səhifə68/154
tarix18.06.2018
ölçüsü3,61 Kb.
#49469
1   ...   64   65   66   67   68   69   70   71   ...   154

Böl
mə 3:  Korrupsiyaya qarşı mübarizədə daxili nəzarətdən səmərəli şəkildə 
necə istifadə etməli  
Bu  böl
mə  nəzarət  sisteminin  fərqli  elementlərini  təqdim  edir. O,sistemin qurulması 
üçün aşağıdakı tələbləri ortaya qoyur;nəzarətin ümumi modeli;nəzarətin fərqli növləri və 
mexaniz
mləri; nəzarət məsuliyyətləri; nəzarət sahələri və nəzarətin tezliyi; polis xidməti 
daxilin
də nəzarətin çətinliyi.  
 
3.1. 
Nəzarət sistemi  
Gi
rişdə göstərilən məqsədlərə nail olamq üçün daxili nəzarət sistemi: 
 

 
Strategiya 
və təşkilatla uyğun olmalıdır (bax Haşiyə1). 

 
Uyğun informasiyaya fokuslanmalı və mənasız məlumat bazası kütləsini 
toplamama
lıdır. 

 
Bil
məyə  səlahiyyəti olan və  tədbir görə  bilən  şəxslər  uyğun  və  vaxtlı-
vax
tında informasiya ilə təmin edilməlidir. 

 
Daxili 
və xarici şəffaflığı inkişaf etdirməlidir. 

 
Səhvləri düzəltmək  üçün  nəzarət  tədbirlərinin  nəticələrindən  istifadə 
etməlidir.  
 
Burada üç 
səviyyəli nəzarət tədbirlərinə baxila bilər:1)cari əməliyyatlarla bağlı düzəl-
di
ci tədbirlər  planlaşdırılmır 2)nail olunması mümkün görünməyən məqsədlərin dəyişil-
məsi,  və3)problemlərin  səbəbləri  bu  səviyyədə  yerləşibsə,strategiyada,  təşkilat  və  pros-
eslərdə dərin dəyişiklik. Nəzarət sisteminin məhsuldarlığı,ona məsul olan adamların təc-

bəsindən və tətbiq edilən metodların uyğunluğundan asılı olur .  
 
 
 Ha
şiyə 1: Qiymətləndirmə kriteriyası və polislik modelləri
73
 
 
 
Kriteriya istifa
də olunan polis modelinə uyğun olaraq dəyişir. Ənənəvi polis 
işi  həbs  edilənlərin statistikasını  və  sayını önə çəkir.  Sahə  polisi  həbslərin sayı 
üzərində köklənir, həm də polis xidmətinin işinin səmərəliliyini və ictimaiyyətin 
poli
sə olan məmnuniyyət səviyyəsini ölçür. 
Sa
hə polisi yönümlü polis işini qiymətləndirmək üçün istifadə olunan ikinci 
kriteriya polis xid
mətinin məhsuldarlığıdır.Çünki sahə polisi işi təşkilati struktur-
la
rın mərkəzsizləşdirilməsi və polis resurslarının daha da məhsuldar tərzdə istifa-
dəsidir,  məhsuldarlığın  ölçülməsi bacarığı  bu  yanaşmanın  uğurunu  və  ya  uğur-
suzlu
ğunu qiymətləndirmək üçün mühüm metod olmalıdır. 
 
 
174 


3.1.1. 
Ümu
mi nəzarət modeli: STK modeli 
Daxi
li nəzarət prosedurlarını izah etmək üçün qəbull olunan və geniş istifadə olunan 
model STK modelidir(Sponsorluq 
edən Təşkilatların Komitəsi- Committee of Sponsoring 
Organisations-COSO). Bu model,daxi
li nəzarətin bir- biri ilə əlaqəli beş fərqli hissələrini 

əyyənləşdirir; bütün bu beş hissə yerində olmalı və polis xidmətinin daxili nəzarətinin 
davam
lı etibarlılığını təmin etmək üçün işləməlidir. Bu beş nəzarət hissələri bunlardır 1) 
nəzarət mühiti2) risk qiymətləndirməsi; 3) nəzarət fəaliyyətləri; 4) informasiya və kom-
munikasiya; 
və 5)monitorinq və qiymətləndirmə.  Aşağıda Rəsm1-də bu beş hissələr ara-
sındakı münasibətlər tədqiq edilir: 
 
               
Rəsm 1: Daxili nəzarətın hissələri
 
 
 
1. 
Nəzarət mühiti  
Nəzarət mühiti səmərəli daxili nəzarət sisteminə əsas kimi və istiqamət kimi 
xid
mət edir. O,nəzarətin təşkilatda necə qəbul edildiyinə və beləliklə onun səmə-
rəliliyinə təsir edir.Nəzarət mühiti fərdlərdən təşkil olunur: polis xidmətinin işçi-
ləri və onların necə əməkdaşlıq etməsindən. Nəzarət mühitini analiz edərkən mü-
hüm suallar veril
məlidir. Xidmətin  hansı imkanları mövcuddur? Sosial münasi-
bətlər hansılardır? Mövcud mühit açıq dialoq üçün şərait yaradırmı? Pozuntularla 
175 


işlər necə görülür-onlar gizlədilir yoxsa işçilər onlar haqqında məlumatlandırılır? 
Pis 
işləyən şablonlar /proseslər haqqında xəbər verilirmi? 
2. Ris
klərin qiymətləndirilməsi  
Bütün polis xid
mətlərində,onların sayından asılı olmayaraq gözlənilməyən hadisələrin 
baş verəcəyi riskləri vardır. Beləliklə,rəhbərliyin bu riskləri azaltmaq üçün uyğun addım-
lar atma
sı üçün,daxili nəzarət,əsasən mövcud risklərin xəritələnməsi və analiz edilməsi ilə 
məşğul  olur.  Səmərəli daxili  nəzarət  sistemi  rəhbərliyə  önəmli riskləri qiymətləndir-
mək,müşahidə etmək və idarə etmək üçün imkan verəcəkdir. 
3.
Nəzarət fəaliyyətləri  
Nəzarət fəaliyyətləri risklərin qarşısını almaq, azaltmaq və ya bir çox hallarda aradan 
qal
dırmaq üçün aparılan konkret addımlardan və qəbul edilmiş praktikadan və beləliklə 
səhvlərin  baş  verməsinin qarşısını  almaqdan ibarətdir.Nəzarət  fəaliyyətləri artıq  baş 
vermiş səhvləri aşkar etmək və düzəltmək üçün aparıla bilər. Fəaliyyətlərə,məsuliyyətlə-
rin 
və  xidməti  vəzifələrin bölünməsi,yaxşı  hazırlanmış  gündəlik  rejim,  görülən  işlərin 
monitorinqi, 
təftiş və səlahiyyət qaydaları daxildir. Nəzarət fəaliyyətləri risk qiymətlən-
dirm
əsi və mövcud nəzarət mühitinə uyğun qurulmalıdır.  Aşağıda bir neçə nəzarət fəaliy-
yətləri təsvir olunmuşdur. 
4. 
İnformasiya və xəbərləşmə 
İşlək xəbərləşmə və informasiya prosesləri səmərəli daxili nəzarətin əsas tərkib hissə-
sidir. Bu polis xid
mətinin müxtəlif səviyyələri arasındakı danışıqları və eləcə də polis ilə 
ictimaiy
yət arasındakı danışıqları əhatə edir. İnformasiya və xəbərləşmə fəaliyyətləri, po-
lis işçilərinə öz xidməti vəzifələri və cavabdehlikləri ilə bağlı cari və uyğun informasiya-
la
ra çıxış əldə etməyi təmin edir. İnformasiyanın xidmət boyu yayılmasını təmin etmək 
önəmlidir:rəhbərlikdən başlamış təşkilatın bütün qalan bütün üzvlərinə qədər və müxtəlif 
his
sələrdən  və səviyyələrdən başlamış rəhbərliyə qədər. Xəbərləşmə rəsmi və qeyri-rəsmi 
kanallar vasi
təsilə baş verir və hər ikisinin mühüm oldugunu nəzərə almaq lazımdır. Təş-
kilata, polis xid
məti daxilində və kənarda nə baş verdiyinə cavab vermək,xəbərləşmək və 
uy
ğun informasiyalara fikir bildirmək üçün sistemlər və gündəlik iş qaydası lazımdır. 
 
5. Mü
şahidə və qiymətləndirmə 
Mün
təzəm,davamlı müşahidə və periodik olaraq ayrıca qiymətləndirmə,təşkilatın da-
xi
li    nəzarətinin üstünlüklərini  və  uyğunluğunu qiymətləndirmək  üçün    mühüm 
elementlərdir  və  daxili auditin,təftişin  və  ya  daxil  işlər  departamentinin  nəticələrinin 
tezlik
lə nəzərə alınmasımı və həll edilməsini təmin edir. Müşahidə davamlı olaraq daxili 
nəzarət sistemini qiymətləndirir  və onun yaxşı qurulduğunu və işlədiyini təmin edir. Mü-
şahidə normal əməliyyatlar zamanı aparılır və bura müntəzəm idarəetmə fəaliyyətləri və 
fərdi polis işçilərinin öz xidməti borclarını yerinə yetirən zaman atdıqları digər addımlar 
da daxildir. Bu polis xid
mətində rəhbər funksiyaların və onların gündəlik rejiminin qurul-
176 


Yüklə 3,61 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə