Proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə32/34
tarix10.04.2023
ölçüsü1,02 Mb.
#104909
1   ...   26   27   28   29   30   31   32   33   34
C# proq

Qiymət qaytaran metodlar
Bir metodun qiymət qaytarması dedikdə, metodun müəyyən əməliyyatlar yerinə yetirib o əməliyyatların nəticəsi kimi, bir məlumatın ixrac olunması başa düşülür. Metodlar geriyə hərhansısa tipə aid bir qiymət qaytra bilər. Buna görə də, metodun qaytaracağı qiymətlərin tipi bu metodun qaytarılma tipi adlanır. Metodların qiymət qaytarması, return açar sözü ilə həyata keçirilir. Geriyə qiymət qaytaran (prametrsiz) metodların sintaksisi aşağıdakı kimidir:
()
{


Kodlar… return qiymət;
}

Burada, hüquq-təyinedici metoda ənar sinifəlrdən nə cür müraciət oluna biləcəyini təyin edir (public, private və s.). qaytarılma-tipi metodun qaytaracağı qiymətin tipidir. Məsələn, Ucbucaq sinfindəki metod sahəni hesablayırdı və elə öz gövdəsində də bu sahəni ekranda çap edirdi. Bu metodu qiymət qaytaran şəklə optimizasiya edək, belə ki, metod tərəflərə görə sahəni hesablasın və bu qiyməti geriyə qaytarsın. Biz də qaytarılanbu qiyməti əldə edək və bunu Main() metodu içərisində ekranda çap edək:


using System; class Ucbucaq
{
public int teref1;
public int teref2; public int teref3; public double Sahe()
{
int p = (teref1 + teref2 + teref3) / 2;
double sahe = Math.Sqrt(p * (p - teref1) * (p - teref2) * (p - teref3)); Console.Write("Terefleri {0}, {1} ve {2} olan ucbucagin sahesi: ", teref1, teref2,
teref3);
return sahe; //(1)
}
}
class Program
{
public static void Main()
{
Ucbucaq ob = new Ucbucaq(); ob.teref1 = 5;
ob.teref2 = 7;
ob.teref3 = 8;

double netice = ob.Sahe(); //(2) Console.Write("{0:##.#}", netice);


Console.ReadKey();


}
}

Ucbucaq sinfi içərisindəki Sahe() metoduna fikir verin. Bu metod müvafiq düsturla üçbucağın sahəsini hesablayır və nəticəni ―sahe‖ adlı double tipindəki dəyişənə mənimsədir. (1) sətrində isə hesablanan bu qiymət geri qaytarılır. Buradakı return ifadəsinə diqqət edin. (2) sətrində isə metodu çağırdıq, bu nöqtədə metod icra olundu və geriyə double tipdə bir qiymət qaytardı. Qaytarılan bu qiyməti də çağrılma nöqtəsində ―netice‖ adlı dəyişənə mənimsətdik. Beləliklə, proqramın nəticəsi aşağıdakı kimi olur:


Terefleri 5, 7, 8 olan ucbucagin sahesi: 17.3
Metodun qaytardığı qiymətin tipinin, metodun qaytarılma tipi ilə eyni olduğuna diqqət edin. Sahə dəyişəni double tipində olduğu üçün, metodun qaytarılma tipini də double seçdik. Əks halda, sintaktik xəta ilə qarşılaşacaqdıq.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə