Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə20/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   16   17   18   19   20   21   22   23   ...   197

 

 

 



59 

 

Hərəkət  olmadıqda  isə  «ovuna»  tərəf  getmir.  Bunlar  isə  qida-



lanma tələbatı ilə bağlıdır. Yəni bioloji tələbatdan doğur. Lakin 

bu həyat Ģəraitinin dəyiĢməsilə, tələbatın ödənilməsilə dəyiĢir. 

YaĢayıĢ  Ģəraitinin  mürəkkəbləĢməsi  canlıların  davranıĢ 

tərzini  də  dəyiĢdirir.  Yəni  o,  bu  və  digər  Ģəraitə  uyğunlaĢır. 

Məsələn, əgər məməli heyvanlarla yem arasında sədd çəkilərsə, 

o həmin səddi necə olsa keçib yem əldə etməyə cəhd edir. Sədd 

görürüldükdən sonra isə birbaĢa yeməyə doğru gedir. 

Həyat  Ģəraitinin  təsiri  altında  heyvanlarda  davranıĢın 

dəyiĢməsi  ciddi  Ģəkildə  onlarda  anatomik-fizioloji  dəyiĢikliyə 

səbəb olur. Ġlk növbədə, iy və görmə üzvlərində dəyiĢiklik baĢ 

verir.  Görmə  onun  həyatında  vacib  amilə  çevrilir,  iy  duyğusu 

isə tədricən zəifləyir. Bununla yanaĢı hərəkət üzvləri də inkiĢaf 

edərək  cəld,  mürəkkəb  hərəkətləri  icra  etməyə  uyğunlaĢır: 

qaçmaq,  sürünmək,  ovunu  tutmaq  və  s.  Bu  isə  baĢ  beyində 

hərəkət  sahəsinin  geniĢlənməsi,  hərəkətinin  inteqrasiya 

olunması ilə bağlıdır. 

Ali heyvanlarda, xüsusilə məməlilərdə  yeni, daha plastik 

davranıĢ  forması  yaranır.  Heyvanların  bir  növündə  müvəqqəti 

əlaqələrin  yaranması  sahəsində  fərdi  fərqlər  tez,  daha  kəskin, 

digərlərində  isə  gec  baĢ  verir.  Bu,  heyvanların  təkamül 

səviyyəsindən  asılıdır.  Fərdi  davranıĢ  üçün  mühitin  ayrı-ayrı 

xassələrinin  (temperatur,  rəng,  iy  və  s.)  deyil,  tam  əĢya 

Ģəraitinin  təhlili  və  tərkibi  zəruri  olur.  Məsələn,  toyuqla  dən 

arasında tor  çəkilsə, toyuq həmin toru dimdikləməyə baĢlayır. 

Əgər  belə  demək  mümkünsə,  «vəziyyətdən  çıxıĢ  yolu 

axtarmır». Lakin nisbətən daha yüksək inkiĢaf etmiĢ qarğa belə 

etmir, bir neçə cəhddən sonra arakəsmənin ətrafına dolanmaqla 

səddi keçir, yemi götürür.  

Ali  heyvanlarda  instiktiv  davranıĢ  forması  ilə  yanaĢı, 

fərdi,  dəyiĢkən  formalı  davranıĢ  -  vərdişlər  və  intellektual 

hərəkətlər  də  mövcuddur.  VərdiĢlər  inkiĢafın  ən  aĢağı 

pilləsində  belə  özünü  göstərir.  Lakin  açıq-aĢkar  ifadə  olunan 

vərdiĢlər  yalnız  baĢ  beyin  qabığına  malik  olan  heyvanlarda 



 

 

 



60 

 

müĢahidə edilir. 



Heyvanların  vərdiĢləri  həm  anadangəlmə,  həm  də 

təsadüfi  hərəki  siqnalların  təkrarı  prosesində  möhkəmlənir. 

Məsələn, piĢik yeĢikdən çıxmaq üçün pedalı basmalıdır. O bu-

nun  üçün  bir  neçə  uğursuz  cəhd  edir.  Lakin  təsadüfən  pedala 

toxunur,  qapı  açılır.  Sonrakı  təcrübələrdə  o  getdikcə  daha  az 

səhv edir. Beləliklə, onda vərdiĢ yaranır. 

Ali heyvanlarda davranıĢın ən  yüksək səviyyəsi intellek-

tual  davranıĢdır.  Ġntellektual  davranıĢın  əsasını  ayrı-ayrı 

cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təĢkil 

edir. Lakin heyvanların intellektual və ya əqli davranıĢı təbii ki, 

insan ağlından fərqli keyfiyyətə malikdir.  

Ali  heyvanların,  məsələn,  insanabənzər  meymunların in-

tellektual 

davranıĢı  müxtəlif  esperimentlər  yolu  ilə 

öyrənilmiĢdir. 

Meymun  (Ģimpanze)  qəfəsdə  yerləĢdirilir.  Qəfəsin  çö-

lündə  isə  banan,  portağal  və  s.  Qəfəsin  içərisinə  isə  çubuq 

qoyulur. Meymun meyvələri yalnız çubuğun köməyi ilə götürə 

bilər.  Meymun  ilk  növbədə  meyvələri  əlləri  ilə  götürməyə 

çalıĢır. Təbii ki, bu cəhdlər heç bir nəticə vermir. Sonra mey-

mun  sakitləĢir.  Bu  dəfə  o,  meyvələri  gözünə  sataĢan  çubuğun 

köməyi  ilə  əldə  etmək  istəyir:  ağacla  meyvələri  qəfəsə 

yaxınlaĢdırır. Nəhayət o meyvələri götürür. 

Digər  eksperimentlər  də  eyni  üsulla  aparılır.  Məsələn, 

qəfəsin tavanından banan asılır. Yaxınlıqda boĢ yeĢiklər qoyu-

lur. Bananın götürülməsi üçün yeĢiklər bananın qoyulduğu yerə 

gətirilməlidir. Təcrübə göstərir ki, meymun bu iĢin öhdəsindən 

uğurla gəlir.  

Beləliklə,  əgər  əməliyyatın  aĢağı  səviyyəsində  çoxsaylı 

səhv  və  sınaq  nəticəsində  təsadüfi  uğurlu  hərəkət  tədricən 

möhkəmlənirsə, 

aparılan 

təcrübədə 

meymun 

tam 


müvəffəqiyyətsizliyə  uğrayır  və  problemin  həllini  qəflətən 

tapır.  Bu,  heyvanların  intellektual  davranıĢının  ümumi 

əlamətidir. Ġkinci mühüm cəhət isə ondan ibarətdir ki, təcrübə 



 

 

 



61 

 

təkrar  keçirilərsə,  onun  bir  dəfə  icra  olunmasına  baxmayaraq, 



meymun onu tez və səhvsiz yerinə yetirir. 

Ġntellektual  davranıĢın  üçüncü  xüsusiyyəti  isə  məsələnin 

həll  olunma  yolunun  tapılması  onun  digər  vəziyyətlərdə  də 

tətbiq  olunması  ilə  bağlıdır.  Məsələn,  əgər  birinci  təcrübədə 

meymun  meyvələri  çubuğun  köməyilə  götürürsə,  digər 

təcrübədə çubuq tapmadıqda uyğun gələn bir əĢya tapıb ondan 

istifadə edir.  

Meymun  davranıĢında  diqqəti  cəlb  edən  cəhətlərdən  bir 

də  onun  bir  neçə  aktı  birləĢdirə  bilməsi  ilə  bağlıdır.Bunu 

aĢağıdakı təcrübə də sübut edir. 

Meymunun  yerləĢdiyi  qəfəsdən  bir  qədər  aralıda  yem 

qoyulur. Ondan bir qədər yaxınlıqda isə ağac qoyulur, lakin bu 

ağaca da meymunun əli çatmır. Qəfəsin içərisində isə bir qədər 

qısa  əl  ağacı  qoyulur.  Lakin  bu  ağacın  köməyi  ilə  kənardan 

uzun  ağacı  qəfəsə  çəkmək  olar.  Qidanı  əldə  etmək  üçün  mey-

mun  ilk  növbədə  qəfəsin  içindəki  əl  ağacı  ilə  daha  uzun  olan 

ağacı,  onun  vasitəsilə  yemi  götürə  bilər.  Təcrübə  göstərir  ki, 

meymun  bu  tapĢırığın  öhdəsindən  uğurla  gəlir.  Beləliklə, 

heyvanların  intellektual  davranıĢının  dördüncü  xüsusiyyəti 

tapĢırığın  uğurlu  həlli  üçün  hazırlıq  mərhələsinin  keçirilməsi 

ilə  bağlıdır.  Yəni  ilk  növbədə  ağacı,  daha  sonra  yemi  əldə 

etmək  olar.  Əvvəlcə  qısa,  sonra  uzun  ağacı,  daha  sonra  isə 

qidanı götürə bilərsən. Özlüyündə bir ağacın, daha sonra digər 

ağacın götürülməsi heç də meymun üçün cəzbedici deyil. Buna 

görə  də  o  heç  bir  bioloji  məna  kəsb  etmir.  Bu,  hazırlıq 

mərhələsi  sayılır.  Ağacdan  istifadə  davranıĢın  icrası 

mərhələsidir  və  meymunun  bioloji  tələbatının  ödənilməsinə 

yönəldilir.  Ġlk  hazırlıq  mərhələsi  heç  də  öz-özünə  yaranmır. 

Yəni  adi  halda  ağac  meymun  üçün  heç  bir  məna  kəsb  etmir. 

Əgər meymun ağacı ondan istifadə etmək məqamında görürsə 

və  ondan  istifadə  edirsə,  bu  yem  və  ağac  arasındakı 

münasibətin  uzlaĢdırılmasıdır.  Əgər  meymun  baĢqa  bir  vasitə 

tapa bilsə, ağac onun üçün heç bir bioloji məna kəsb etməz. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə