Publication1


M ənzilin özəlləşdirilməsi zamanı mən və oğlum ərizə yazaraq mənzilin ərimin adına



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə87/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   81   82   83   84   85   86   87   88   89
M
ənzilin özəlləşdirilməsi zamanı mən və oğlum ərizə yazaraq mənzilin ərimin adına
s
ənədləşdirilməsinə etiraz etmədiyimizi bildirdik. Ailədə ərimlə olan münasibətlərimiz
pisləşmişdir. Ərim deyir ki, mənim həmin mənzillə bağlı heç bir hüququm yoxdur; çünki
özəlləşdirmə zamanı öz hüquqlarımdan onun xeyrinə imtina etmişəm. Bu, nə dərəcədə
düzgündür?
Cavab.
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 1‐ci
madd
əsi özəlləşdirmənin əvəzsiz olaraq həyata keçirildiyini təsbit etmişdir. Nəzərə alsaq ki,
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32‐ci maddəsi əmlakın ər‐arvadın ümumi gəlirlə
ri
hesabına əldə olunmasını onun (yəni əmlakın) ər‐arvadın birgə mülkiyyəti sayılması üçün zə
ruri
iki şərtdən biri kimi qəbul edir, onda mənzil üzərində mülkiyyət hüququnuzun olmamasını demək
olar. Lakin mənzilin ərinizin adına özəlləşdirilməsi Sizin və oğlunuzun həmin mənzil üzərində
yaranmış istifadə hüququnuzu aradan qaldırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azə
rbaycan
Respublikası Qanununun 1‐ci, 5‐ci və 12‐ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012‐ci
il tarixli Qərarında göstərmişdir ki, “özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin
mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin
mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz”. Beləliklə
, Sizin
özəlləşdirilmiş mənzildən istifadə hüququnuz vardır və özəlləşdirmə zamanı verdiyiniz yazılı razılıq
bu hüququnuzdan imtina etdiyiniz mənasına gəlmir.
Sual 10. Rayonumuzun kənd sakini “Hil” Bələdiyyəsindən 2005‐ci ildə 2 hektar kənd təsərrüfatı
t
əyinatlı torpaq sahəsini uzun müddətli – 99 illik icarəyə götürmüşdür. Həmin torpaq sahə

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə