PüSTƏ oruc qizi fərhadġ



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə26/207
tarix07.01.2022
ölçüsü1,95 Mb.
#82651
1   ...   22   23   24   25   26   27   28   29   ...   207
pdfdokumen.com pfrhad-kommersya-falyytnn-saslari

Üçüncü, 
xidmətlər  problemlərinin  vacib  nəzəri 
baxışı  –
onların  kommersiya  obyekti  kimi  nəzərdən 
keçirilməsidir.
  Əvvələr  qeyd  olunduğu  kimi,  xidmətlər 
alqı-satqı 
predmetidir, 
yəni 
onlar 
kommersiya 
fəaliyyətinin 
obyektidir.  Bu  cür  kommersiyanın 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  bundan  alınan  gəlir  iki 
mənbəyə: birbaşa və dolayı mənbələrə malikdir. Birinci – 
xidmətin  müştəri  tərəfindən  ödənişi;  ikincisi  isə  satılan 
malın  satışından  qabaq  xidmətlərin  göstərilməsi 
nəticəsində  (məsələn,  alıcının  sifarişinə  əsasən  parçanın 
qabaqcadan biçilməsi və s.) rəqabət qabliyyətinin artması 
ilə  şərtlənmişdir.  Statistik  qiymətləndirmələrə  görə, 
xidmətlərin  vaxtında  göstərilməsi  nəticəsində  gəlir  orta 
hesabla  10-12  %  artır.  Buradan  belə  nəticə  çıxır  ki, 


 
43 
xidmətlərin 
kommersiyası 
–  çox  spesifik  bir 
kateqoriyadır.  Bir  tərəfdən  ona  malların  topdansatışının 
həcmləri,  digər  tərəfdən  isə  -  xidmətlərin  özünəməxsus 
mal kimi satışı mənbələrinin ölçüsü təsir edir.  
Bu, 

deməkdir 
ki, 
vasitəçi-kommersiya 
firmasının  topdansatış  mal  dövriyyəsi  yerinə  yetirilən 
xidmətlərin  həcmindən  asılı  olan  funksiya  şəklində 
göstərilə bilər: 
Q = f (S) 
Burada, Q
 
- topdansatış bazarda satılan məhsulun 
topansatış  dövriyyəsi,  S
 
-  yerinə  yetirilən  xidmətlərin 
həcmi. 
Bu 
zaman 
mal 
dövriyyəsinin 
göstərilən 
xidmətlərin  həcmindən  elastikliyi  anlayışı  tətbiq  oluna 
bilər: 
K
 (
S
)= 
Q0 – Q1     X    S0- S1 
S0- S1           Q0- Q1 
Mal dövriyyəsinin  göstərilən elastiklik əmsalı 
məhsulun topdansatışı göstərilən xidmətlərin həcminin 1 
faiz  dəyişməsi (Q0 – Q1) göstərir. 
Əgər belə olunan  K(S )> 1 olarsa, mal dövriyyəsi 
göstərilən  xidmətlərdən  elastik  olur.  Bu  zaman  satış 
qiymətlərini  əvvəlki  səviyyədə  saxlamaq  olar.  K  (S)<  1 
olarsa,  satış  qiymətlərinin  artırılması  mümkün  hesab 
edilə bilər. 
Tamamilə 
aydındır  ki,  xidmətlər,  əsasən, 
duyulmayan  və  hiss  olunmayandır,  onlar  nəyə  isə 
yiyələnməyə  gətirib  çıxarmır.  Xidmətlər  bazarı  istehsal 


 
44 
ilə 
malların 
(xidmətlərin) 
 
istehlakı 
arasında 
əlaqələndirici  halqa  olaraq,  onların  təkrar  istehsalının 
mütənasibliyini  təmin  edir.  Xidmət  bazarının  malların 
istehsalından  əsas  fərqi  –  xidmətin  istehsalının, 
istehlakının  eyni  bir  vaxt  ərzində  baş  verməsi  və  onun 
saxlanılma  üçün  mümkün  olmamasıdır  bu  da  tələbin 
bazarda  nizamlanmasına  şərait  yaradır,  xidmətlərlə 
ticarəti məhsullarla ticarətdən fərqləndirir. 
Bir  qayda  olaraq,  xidmətlər  istehsalçılarla 
istehlakçılar arasında birbaşa əlaqələrə əsaslanır. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə