161
kataloqlar buraxılır. Hərracın təklif edilməsi şərtlərində
imkanlı alıcılara əvvəlcədən mallarla tanış olmaq üçün
imkanlı alıcılara şərait yaradılmalıdır. Belə olduqda,
hərracda satılan malların keyfiyyəti haqqında sonralar
heç bir iddia və şikayət qəbul edilmir (gizlinöqsanlardan
başqa)
Hərrac qabaqcadan satıcılara (malgöndərənlərə)
satışın keçirilməsi müddəti haqqında məlumat verməlidir.
Bunun üçün hərrac üsulu ilə satışın başlanmasına 1,5-2
ay qalmış hərracın keçirildiyi yer, vaxt, şərtlər, malların
kəmiyyəti və təklif edilən çeşidləri elan formasında
münasib yerdə yerləşdirilr.
Ən səmərəli informasiya vasitəsi – hərrac ərazisində
tərtib
edilmiş reklam şitləri və transporantları.
Transporantlarda, reklam elanlarında hərracın iş qaydası,
satışların keçirildiyi vaxt satışa verilən əmlakın və
malların siyahısı göstərilir. Bu məqsədlə radio və
televiziya verlişlərindən, reklamlardan, reklam tipli
məqalə və vərəqlərdən istifadə olunur.
Satışlar əvvəlcədən müəyyənləşdirilmiş gün və
saatda xüsusi hərrac salonlarında aparılır. Aşkar üsulda
hərracçı satılan partiya malı və mal nüsxəsinin ilkin
qiymətini elan edir (deyir) və soruşur: “Kim çox verir,”
sonradan yenə həmin sualla müraciət edir. Cavab
verilmədikdə axrıncı qiymət təklif edənə mal verilir və
çəkiclə xüsusi diskə vurulduqdan sonra malın satışı
dayandırılır. Satış qutardıqdan sonra alıcının aldığı mal
rəsmiləşdirilir. Hərracdan alınan mala mühasib 2
nüsxədən ibarət mal çeki yazır. Çekdə malların adı,
məlumat kartası, nüsxənin və mal partiyasının nömrəsi,
hərracın son qiyməti, alıcı haqqında məlumat və satış
162
vaxtı göstərilir. Hərrac yolu ilə əldə edilən gəlirin
bölüşdürülməsi qaydası hərrac razılığı ilə həyata keçirilir.
Bəzi Avropa ölkələrində satışlar avtomatlaşdırılmış
formalarda aparılır. Bu zaman qiymətin azaldılması və ya
artırılması alıcı tərəfindən xüsusi elektron düymələr
vasitəsilə müəyyənləşdirilir.
3.Yarmarka ticarəti – qısamüddətli və vaxtaşırı
təkrarlanan mal satışı olmaqla, istehsalat-texniki təyinatlı
və geniş istehlak mallarının müayinədən keçirilməsi və
nümunələrin seçilməsindən sora alqı-satqı aktlarının
həyata keçirilməsi ilə başa vurulur.
Yarmarka ticarətin prinsipləri satış-sərgilərin,
sərgi salonların təşkilati qurluşunun və funksional
fəaliyyətinin əsasını təşkil etdikləri üçün yarmarka və
sərgi yicarəti bir-biri ilə qarşılıqlı bağlantıda nəzərdən
keçirilir.
Yarmarka ticarətinin xarakterik cəhətlərinə
aşağıdakılar aiddirlər:
-
Təqdim olunmuş nümunələr üzrə malların
topdansatış ticarəti;
-
Sövdələşmələrin dövrililiyi;
-
Müddətin və satış yerinin qabaqcadan müəyyən
edilməsi;
-
Satıcıların və alıcıların eyni vaxtda və kütləvi
olaraq iştirakı.
Bir qayda olaraq, yarmarkaların (sərgilərin) açılışı
və keçirilməsi təsisçilərin yerli hakimiyyət orqanları ilə
birgə qərarına əsasən həyata keçirilir. Nəticədə əmr
163
verilir və burada keçirilmə müddəti, qaydaları və iştirak
etmə
şərtləri
göstərilir,
bu
tədbirlərin
həyata
keçirilməsinə məsul olan şəxslər təyin olunurlar.
Birja və sərgi ticarətinin təşkili zamanı üç əsas
mərhələni: ilkin, təşkilati və yekunların vurulması
mərhələlərini ayırmaq lazımdır.
İlkin mərhələyə qərarın qəbul edilməsi və
yarmarkanın keçirilməsi barədə əmrin hazırlanması
daxildir. Bu mərhələdə yarmarka komitəsi yaradılır və
işçi qrupu formalaşdırılır ki, bunlar da yarmarkanın
keçirilməsi haqqında əsasnamə hazırlayır, iştirakçılara
yarmarkada iştirakın şərtləri barədə tam informasiya olan
məktublar
göndərir.
İşçi
qrupu
digər
reklam
materiallarını: dəvətnamələri, reklam bukletlərini, qonaq
kartoçkalarının və digərlərini də hazırlayır.
Keçirilmə şərtləri haqqında reklam kitabçası nəşr
olunur, burada iştirak şərtləri haqqında dolğun
informasiya verilir, yəni ekponatlarsız iştirak haqqı,
pavilyonun icarə haqqı, reklam materiallarından istifadə
etməklə qiyabi olaraq iştirakın haqqı və s. göstərilir.
İstənilən iştirak formalarından asılı olmayaraq,
yarmarkanın açılışına 15 gün qalmış qeydiyyat haqqını
köçürmək və yarmarkanın müştərisi haqqında tam
informasiya olan, onun rekvizitləri, ekspozisiyasının
yerləşdirilməsinə qoyulan tələblər və s göstərilən iştirak
haqqında ərizəni rəsmiləşdirmək lazımdır.
Yarmarka ticarətinin keçirilməsindən olan gəlirin
əsas mənbəyi: iştiraka görə ödəniş haqqından,
ekspozisiyanın tutduğu sahələrin icarəsi haqqından,
nəqliyyat, anbar sahələrinin icarəsi, biletlərin bron
edilməsi və alınması, yükləmə-boşaltma və nəqliyyat-
164
ekspedisiya işləri, texniki və informasiya-kommersiya
məsləhətlərinin verilməsi kimi əməliyyatlardan əldə
olunan gəlirdən ibarətdir.
Sənaye-ticarət
yarmarkasının
ticarət
yarmarkasından fərqli cəhəti təklifin miqyası və sərgilərə
xas olduğu kimi, oraya gələnlərin qeyri-məhdud
olmaması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bir çox
ticarət yarmarkalarında , sərgilərində qoyulan ənənə, yəni
qeyri – kommersiya insan kütləsinin konkret gündə və
yaxud saatda buraxılması, onların xarakterlərinin
dəyişməsinə şəhadət vermir.
Təşkilati mərhələdə həyata keçirilən əsas iş,
yarmarkaya ərizə vermiş bütün iştirakçıları özündə
cəmləşdirən
reklam
kataloqunun
hazırlanmasıdır.
Kataloqun iştirakçısı olmaq – öz firması haqqında və
təklif olunan mallar və xidmətlər barədə bildirmək
deməkdir. İştirakçılardan başqa bu kataloqlarda ölkə və
dünya firmaları haqqında elmi və elmi-texniki ən yeni
reklam informasiyası çap olunur. Təşkilati mərhələyə
həm də qonaqların yerləşdirilməsi, onların asudə vaxtının
təşkili, gündəlik nümunəvi yarmarka sövdələşmələrinin
keçirilməsi v s. daxildir.
Yekun mərhələsi məsuliyyətli mərhələ olmaqla,
yarmarkanın işindəki həm müsbət, həm də mənfi
tərəflərin göstərilməsi ilə yekunun vurulmasından
ibarətdir. Məhz bu yekun mərhələ yarmarka ticarətinin
gələcək perspektivi üzrə strateji qərarların qəbul
olunması üçün əsas sayılır.
Yarmarkanın
təşkilati
quruluşu
yarmarka
komitəsinin onun icra orqanı olan işçi qrupu ilə birgə
fəaliyyətdə olmasından ibarətdir. Təşkilat komitəsinin
Dostları ilə paylaş: |