PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   35   36   37   38   39   40   41   42   ...   76

 
154 
MÜHAZİRƏ MƏTİNLƏRİ  
BİRJA, YARMARKA –SƏRGİ VƏ HƏRRAC 
(AUKSİON) TİCARƏTİNİN SPESFİK 
XÜSUSİYYƏTLƏRİ 
P L A N 
1.  Birja  ticarətinin  mahiyyəti,  rolu,  inkişafı  və 
təşkili qaydaları. 
2.  Hərracların  təşkilati  formaları,  mahiyyəti  və 
keçirilmə qaydaları  
3.Yarmarka ticarəti. 
4. Satış sərgiləri 
1. Birja - əmtəələrin, xammalın, qiymətli kağızların 
satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan 
bazadır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu 
yerinə  yetirir  və  əmtəələrin,  xammalın  və  qiymətli 
kağızların  alışı  və  satışında  azad  bazar  münasibətlərini 
formalaşdırırlar. 
 
Birja  termini  latın  sözü  olub  (bursa),  “çanta” 
mənasını  daşıyır.  XV  əsrdə  Niderlandın  iri  ticarət 
mərkəzi  Brüqqe  şəhərində  əldə  məhşur  dəlal  və  pul 
dəyişən  Van der Bursanın evinin qarşısındakı meydanda 
xarici  vekscellər  əldə  etmək  və  ticarət  məlumatlarının 
mübadiləsi  məqsədilə  dünyanın  müxtəlif  ölkələrindən  
tacirlər  yğılırdılar.  Beləliklə,  XV  –XVI  əsrlərdə  birjalar 
Holandiyada, 
İtaliyada, 
İngiltərədə 
yaranmışdır. 
Birjaların çiçəklənməsi XIX əsrin ikinci  yarısına təsadüf 
edir və istehsalını  inkişafı və ticarət, nəqliyyat, rabitənin 
həcminin artması ilə bağlıdır. Rusiyada ilk birja I Pyotur 
tərəfindən  1703-  cü  ildə  Sankt  Peterburqda  təsis 


 
155 
edilmişdir.  Keçmiş  SSRİ-  də  Yeni  İqtisadi  Siyasət 
dövründə 100 qədər birya fəaliyyət göstərmiş, lakin1930- 
cu  ildən  onların  fəaliyyəti  dayandırılmışdı.  İnzibati- 
amirlik  sistemi  dövründə  əmtəə-pul  münasibətlərinin 
inkişafı  formal  xarakter  daşıdığına  görə,  əmtəə  birjaları 
yox  idi.  Azərbaycan  Respublikası  da  bu  sistemə  daxil 
olduğuna  görə  burada  da  eyni  vəziyyət  mövcud 
olmuşdur. Bazar iqtisadiyyatına qədəm qoyduqdan sonra 
respublikamızda  da  bazarın  bu  növü  yaranmağa  və 
inkişaf  etməyə  başlamışdır.  Azad  sahibkarlığın  inkişafı 
və  2000-  ci  ildə  “Əmtəə  birjaları  və  birja  ticarəti 
haqqında”  Azərbaycan  Respublikası  qanununun  qəbul 
edilməsi buna daha böyük təkan vermişdir. 
 
Birjalar  üçün  standartlar  üzrə  (müəyyən  edilmiş 
sortlar)  və  ya  standart  nümunələr  üzrə  (taxıl,  qənd,  yun, 
pambıq, qəhvə, kauçuk, metallar) əmtəələrin kütləvi alqı-
satqısı xarakterikdir. 
 
Sənayecə  inkişaf  etmiş  ölkələrdə  birja  ticarəti  taxıl 
və  digər  kənd  təsərrüfatı  məhsulları,  qənd,  yun,  qəhvə, 
kauçuk, neft, neft məhsulları, tikinti materialları, əlvan və 
qara  metallar  və  digər  əmtəə  bazarlarının  vəziyyətinə 
əhəmiyyətli dərəcədə təsir göstərir. 
Birja  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
marağı  olan    hüquqi  və  fiziki  şəxslər  tərəfindən  könüllü 
pay 
əsasında 
yaradılmış 
təşkilatdır. 
Birjaların 
yaradılmasında  dövlət  orqanları,  banklar,  sığorta  və 
investisiya  şirkətləri  və  fondları,  ictimai,  dini  və 
xeyriyyəçi təşkilatlar və qrumlar iştirak edə bilməzlər. 
 
Biryalar    təsisçilərin  iclasında  qəbul  edilmiş  qərar 
əsasında  yaradılır.  Təsisçilər  iclasda  müəyyən  edilmiş 
ölçüdə  öz  paylarını  daxil  edirlər.  Daxil  edilmiş  pay 
ölçüsündə  təsisçilər  birjanın  təsərrüfat  fəaliyyətinin 


 
156 
nəticələrinə  görə  əmlak  məsuliyyəti  daşıyırlar.  Birja 
dövlət qeydiyyatına alındığı andan hüquqi  şəxs statusunu 
əldə  edir,  birja  ticarəti  aparmaq  üçün  lisenziya  əldə 
etdikdən  sonra  isə  birja  sövdələşmələri  aparmaq 
hüququna malik olur. 
 
Birjanın  nizamnamə  kapitalında  iştirak  edən  və  ya 
birjanın  nizamnaməsində  nəzərdə  tutulan  və  birjanın 
əmlakına  üzvlük  haqqı  və  ya  digər  məqsədli  haqlar 
şəklində  ödəmələr edən hüquqi və fiziki şəxslər birjanın 
üzvü  ola  bilərlər.  Birjanın  üzvü  olmaq  birja  ticarətində 
iştirak  etmək,  birjanın  ümumi  iclasında    və  digər 
idarəetmə  orqanlarının  iclaslarındakı  qərarların  qəbul 
edilməsində,  mənfəət  və  dividentlərin  (gəlirlərin) 
bölüşdürülməsində  iştirak  etmək  hüquqi  və  digər 
üstünlüklər verir. 
 
Biryanın  idarəetmə  orqanlarına  təsisçilərin  və  birja 
üzvlərinin  ümumi  iclası,  birja  komitəsi  (şurası),  birjanın 
idarə heyyəti (direktorluğu) daxildir. 
 
Birja  təsisçilərinin  və  üzvlərinin  ümumi  iclası  birja 
fəaliyyətinə  rəhbərlik  edən  ali  orqan  hesab  edilir. 
Birjanın ümumi iclasının işində səsvermə hüquq olmadan 
birjanın  işçiləri  və  qulluqçuları,  dəvət  olunmuş  və  digər 
şəxslər də iştirak edə bilərlər. 
Ümumi iclasın səlahiyyətlərinə aiddir: 
-  birjanın  iş  qaydasının  nəzərdən  keçirilməsi  və 
təsdiq olunması; 
-  birja  üzvlüyünə  qəbul  olunma  və  birja 
üzvlüyündən  azad  olunma  məsələlərinin  nəzərdən 
keçirilməsi və həll olunması;  


 
157 
-  birja  komitəsi  üzvlərinin  və  onun  sədrinin,  təftiş 
komissiyası  üzvlərinin  və  onun  sədrinin,  orbitiraj 
komissiyası  və  onun  sədrinin  seçilməsi  və  komissiya 
üzvlərinin  yerinə  yetirdikləri  vəzifələrdən  azad  edilməsi 
və s. 
Birja komissiyasının səlahiyyətlərinə aiddir: 
birja üzvlərinin ümumi iclasları arasındakı dövrdə 
birja fəaliyyətinə rəhbərlik edilməsi
- birjanın idarə heyyətinin fəaliyyətinə nəzarət
-  birjanın  maliyyə  vəsaitlərindən  və  digər 
əmlakından  istifadəyə  sərəncam  verilməsi,  idarə 
heyyətinin vəsaitlərinin sərf olunmasına nəzarət; 
-  birjanın bütün  işləri üzrə  dövlət  təşkilatlarında və 
digər təşkilatlarda birjanın təmsil olunması; 
-  birja  üçün  zəruri  olan    və  ictimai  əsaslarla 
fəaliyyət göstərən bölmələrin yaradılması; 

birja 
təsisçilərinin 
və 
üzvlərinin 
ümumi 
iclaslarında  qəbul  edilmiş  qərar  və  qətnamələrin  həyata 
keçirilməsi; 
-  birja  iştirakçıları  tərəfindən  birja  ticarəti 
qaydalarına  riayət  olunmasına  nəzarətin  həyata 
keçirilməsi və s. 
 
 
 
2.  Hərrac  (latın  sözündən  götürülüb  –mənası 
kütləvi  ticarət  formasıdır)  əvvəlcədən  yeri  və  vaxtı 
müəyyən  edilmiş  xüsusi  və  kütləvi  xassəyə  malik  olan 
malların satışı üsuludur. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə