Q a y d a L a r I


D 1.26.4. Qəza və fəlakət siqnalları vermək üçün



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə43/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   39   40   41   42   43   44   45   46   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

D 1.26.4. Qəza və fəlakət siqnalları vermək üçün 
vasitələr 
1.26.4.1. Fəlakət siqnallarının verilməsi üçün gəmi
ÜQQ, DDÖ [262]–in III hissəsində nəzərdə tutulmuş siqnal 
vasitələrinə malik olmalıdır. 
1.26.4.2. Gəmilərdə və DNQT (ÜQQ) məsul şəxs fəlakət 
siqnallarının verilməsi vasitələrinin saz vəziyyətdə olmasına və 
fəlakət siqnallarının dərhal verilməsi hazırlığına daima nəzarət 
etməlidir. 
1.26.4.3. Siqnal raketlərinin adamların cəmləşdiyi yerlərə 
və həmçinin gəmilər və sahil tikililəri tərəfə atılması 
qadağandır. 
1.26.4.4. Siqnal raketləri açarla bağlanan xüsusi 
yeşiklərdə (şkaflarda) saxlanılmalıdır. 
Içərisində sıqnal raketləri olan yeşiklər (saxlanılan yer) istilik 
mənbələrindən (atqı boruları, qazanlar, buxar və ya elektrik qız-
dırıcıları və s.) kənarda, təhlükəsiz açıq yerlərdə saxlanılmalıdır. 
1.26.4.5. Kollektiv xilasetmə vasitələrində siqnal raketləri 
su keçirməyən bağlamalarda saxlanılmalıdır. 
1.26.4.6. Siqnal raketlərinin istifadəsi zamanı siqaret çək-
mək və açıq alovdan istifadə etmək qadağandır. 
vk.com/club152685050 | vk.com/id446425943


117 
BÖLMƏ 2 
 
TIKINTI-QURAŞDIRMA VƏ TƏMIR IŞLƏRI 
2.1. Ümumi tələblər 
 
2.1.1. Bu bölmədə tikinti-quraşdırma (sökmə), torpaq, 
qaynaq işləri, boruların çəkilməsi, vışkaquraşdırma, təmir və 
başqa köməkçi işlərə tələblər göstərilir. 
2.1.2. Tikinti-quraşdırma işləri müvafiq inşaat norma və 
qaydalarına (IN və Q-a), tikintidə göstərişlərə, təhlükəsizlik 
texnikası üzrə təlimatlara və bu Qaydaların tələblərinə riayət 
etməklə yerinə yetirilməlidir. 
2.1.3. Tikinti-quraşdırma (sökmə) işləri təsdiq olunmuş 
layihəyə və tikintinin yerinə yetirilməsi layihəsinin tələblərinə 
müvafiq aparılmalıdır. 
Iş prosesində şərait əməyin təhlükəsizliyinə təsir edən is-
tiqamətdə dəyişilərsə, onda işlərin yerinə yetirilmə layihəsində 
müvafiq dəyişikliklər aparılmalıdır. 
2.1.4. Təhlükəli istehsalat obyektinin tikintisinin başlan-
ğıcı, genişləndirilməsi, yenidən qurulması, texniki vasitələrinin 
tamamilə yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi 
haqqında qərar müəyyən olunmuş qaydada təsdiq edilmiş 
lazımi sayda layihə sənədləri olduqda qəbul edilir. 
2.1.5. Təhlükəli istehsalat obyektlərində avadanlıqların ti-
kintisi və quraşdırılması üzrə fəaliyyət göstərilən zaman təşki-
latlar tikinti və quraşdırma işlərinin keyfiyyətinə, həmçinin 
tikinti və quraşdırma texniki bazasının və vasitələrinin 
vəziyyətinə nəzarəti təmin etməlidirlər. 
2.1.6. Müəyyən edilmiş qaydada müəssisə, istehsalat ob-
yektləri, qurğular və kommunikasiyaların tikilməsi üçün 
ayrılmış ərazi, sanitar-mühafizə zonalarının sərhədləri nəzərə 
vk.com/club152685050 | vk.com/id446425943


118 
alınmaqla və layihə sənədlərinin tərkib hissəsi olan baş plana 
müvafiq hamarlanmalı (planlaşdırılmalı), çəpərlənməli və 
tikilməlidir. 
Təhlükəli istehsalat obyektlərinin tikilmə ərazisinin müha-
fizə rejimi və xarakteri tikintini aparan təşkilat, istismara veril-
dikdən sonra isə-obyekti istismar edən təşkilat tərəfindən 
müəyyən edilməlidir. 
2.1.7. Tikilməkdə olan və istismar edilən təhlükəli isteh-
salat obyektlərinin (quyular, nasos və kompressor stansiyaları 
və s.) maddi texniki təchizat bazaları və təşkilatın istehsalat 
xidmətlərinin yerləşdiyi yerlərlə bütün il boyu etibarlı nəqliyyat 
əlaqəsi olmalıdır. 
2.1.8. Yeraltı kommunikasiyaları (kabel xətləri, neft-qaz 
kəmərləri və s.) olan müəssisələrdə, bu kommunikasiyaların 
təşkilatın rəhbərliyi tərəfindən təsdiq edilmiş faktiki 
yerləşməsinin icra sxemi olmalıdır. Kommunikasiyaların faktiki 
yerləşməsinin layihədən kənara çıxması layihəni işləyənlərlə 
razılaşdırılmalıdır. 
Yerlərdə yeraltı kommunikasiyalar tras boyu və döngə-
lərdə göstəricilərlə işarə edilməlidir. 
2.1.9. Nəqliyyat magistrallarının, keçidlərinin boru 
kəmərləri ilə kəsişdikləri yerlərdə təhlükə haqqında 
xəbərdaredici nişanlar qoyulmalıdır. Belə yerlərdə boru 
kəmərlərinin əlavə mühafizəsi (örtük və s. qoyulması) müvafiq 
tələblərə uyğun aparılmalıdır. 
2.1.10. Istismar quyularının kənar sırasından xaricə, 
həmçinin digər təhlükəli istehsalat obyektlərinin ətrafında 
müvafiq ölçülərdə sanitar-mühafizə zonaları olmalıdır. 
Yataqların məhsulluarında zərərli qarışıqlar olduqda bu 
məhsulu çıxaran (nəql edən) təhlükəli istehsalat obyektləri və 
yaxınlıqdakı ərazilər arasında, ölçüləri layihə sənədləri ilə 
müəyyən edilən, bufer zonası olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


119 
2.1.11. Partlayış-yanğın və yanğın təhlükəsi üzrə 
binaların 
və 
otaqların 
layihələndirmə 
kateqoriyaları 
layihələndirmə mərhələsində layihə təşkilatı tərəfindən 
müəyyən edilir. Binaların və otaqların ventilyasiyası və 
qızdırılması Sanitar və Inşaat norma və qaydalarının 
tələblərinə müvafiq aparılmalıdır. 
2.1.12. Təhlükəli istehsalat obyektinin ayrı-ayrı 
sexlərinin, sahələrinin və ya qurğularının istismara verilməsi 
bu Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilmiş 
qaydada yerinə yetirilməlidir. 
2.1.13. Tikinti-quraşdırma işləri yalnız yükqaldırma me-
xanizmlərinin köməyi ilə quraşdırma işlərinin aparılması üçün 
təsdiq olunmuş layihəyə müvafiq yerinə yetirilməlidir. 
2.1.14. Qurğuların və avadanlıqların quraşdırılması, 
sökülməsi, təmiri, habelə qazma qurğularının, vışkaların və 
qazma avadanlıqları bloklarının çəkilməsi, müəssisə üzrə 
verilmiş əmrlə təyin edilmiş məsul işçinin rəhbərliyi altında 
aparılmalıdır. 
2.1.15. Yeni tikilən buruqlara və digər istehsalat obyekt-
lərinə qabaqcadan yol çəkilməli və giriş qoyulmalı, habelə işin 
aparılma layihəsinə uyğun avadanlıqları, alətləri və materialları 
boşaltmaq üçün meydança hazırlanmalıdır. 
2.1.16. Tikinti-quraşdırma işləri üçün təyin edilmiş mey-
dança boru kəmərləri və kabellərdən azad olmalı, yükqaldırma 
mexanizmlərinin quraşdırılması və manevr etmələri üçün 
kifayət etməli, ağaclardan, kollardan təmizlənməli və 
düzləndirilməlidir (hamarlanmalıdır). 
2.1.17. Obyektdə bir neçə tikinti-quraşdırma təşkilatı 
işlədikdə təşkilatların (baş podratçı və subpodratçı 
təşkilatların) qarşılıqlı əlaqələrə dair müqaviləyə müvafiq 
əməyin təhlükəsizliyi üzrə tədbirlər nəzərdə tutulmalıdır. 
2.1.18. Fəaliyyətdə olan müəssisə və sexin ərazisində işə 
başlamazdan əvvəl sifarişçi (müəssisə) və baş podratçı, sub-
vk.com/club152685050 | vk.com/id446425943


120 
podratçı təşkilatın iştirakı ilə mütləq akt-buraxılış tərtib 
etməlidir. 
Akt-buraxılışda nəzərdə tutulmuş tədbirlərin yerinə 
yetirilməsinə görə tikinti-quraşdırma təşkilatının və fəaliyyətdə 
olan müəssisənin rəhbərləri məsuliyyət daşıyırlar. 
2.1.19. Küləyin gücündən (sürətindən) asılı olaraq tikinti-
quraşdırma və təmir işləri [6]–nın tələbləri ilə nizamlanır. 
Böyük külək tutan səthi olan konstruksiyaların quraşdırılması 
və sökülməsi işləri küləyin sürəti 10 m/san olarsa dərhal 
dayandırılmalıdır. 
2.1.20. Quraşdırma üçün təyin edilmiş məmulat və kon-
struksiyalar elə yığılmalıdır ki, quraşdırma ardıcıllığı pozulma-
sın, onların markaları giriş və ya keçid tərəfdən asan oxunula 
bilsin, quraşdırma ilgəkləri üzü yuxarı olsun. 
2.1.21. Polad kanatların və ilməklərin çıxdaş edilməsi

7

-nin tələblərinə uyğun aparılmalıdır. 
2.1.22. 
Konstruksiyaların 
quraşdırılmasına 
və 
sökülməsinə başlamazdan əvvəl məsul şəxs quraşdırıcıları işin 
aparılma qaydası və onların yerinə yetirilməsi zamanı 
təhlükəsizlik tədbirləri ilə tanış etməlidir. 
2.1.23. Quraşdırma işlərinə başlamazdan əvvəl özülün 
konstruksiyasının pasport məlumatlarına və özülün cizgilərinə 
uyğunluğu yoxlanılmalıdır. 
2.1.24. Konstruksiyanın ilməklənməsi yükqaldırma me-
xanizmləri ilə quraşdırma işlərinin aparılması layihəsində 
nəzərdə tutulmuş tələblərə müvafiq aparılmalıdır. 
Konstruksiyada quraşdırma ilgəyi olmadıqda və ya zədə-
lənmiş olduqda, bu çatışmamazlıqlar araqan qaldırılmayana 
qədər onların yerinin dəyişdirilməsi və quraşdırılması 
(sökülməsi) ilə bağlı işlər dayandırılmalıdır. 
2.1.25. Konstruksiyanı özül üzərinə endirən zaman onun 
qoruyucu dartıcısı olmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


121 
2.1.26. Qaldırılmış konstruksiyadan yükqaldırma mexa-
nizminin qarmağının azad edilməsi, layihədə nəzərdə tutulmuş 
müvəqqəti bərkitmə ilə (quraşdırma boltları ilə, polad məftillə, 
konduktorla, pazlarla) onun dayanıqlığı təmin edildikdən və ya 
onu əvvəlcədən quraşdırılmış, yaxud bərkidilmiş konstruksiya 
üzərinə qoyduqdan sonra yerinə yetirilməlidir. 
2.1.27. Qaldırıcı kanat qaldırılmış konstruksiyadan o, 
əsas və ya özül üzərinə qoyulduqdan və bərkidildikdən sonra 
çıxarılmalıdır. 
2.1.28. Konstruksiyanın sökülmüş elementləri dayanıqlı 
vəziyyətdə yerə qoyulmalıdır. 
2.1.29. Tikinti-quraşdırma (sökmə) meydançalarında 
nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün 
yollar mailliyi 0,04 (yəni hər 10 metrəyə 0,4m) qədər olan, 
dönmə radiusu 10m-dən və eni 4,5m-dən az olmayan 
keçidlərlə təchiz olunmalıdır. 
Tikinti meydançalarının girişində nəqliyyat vasitələrinin 
hərəkət sxemləri qoyulmalıdır, yolların kənarlarında və keçid-
lərdə isə yol hərəkəti qaydalarına uyğun yaxşı görünən işarə 
və xəbərdaredici yazısı olan lövhələr olmalıdır. 
Tikinti meydançalarının düz sahələrində nəqliyyat vasitə-
lərinin hərəkət sürəti 10km/saatdan, döngələrdə isə - 
5km/saatdan çox olmamalıdır. 
2.1.30. Texnoloji avadanlıqların, kommunikasiyaların tə-
miri, qulluğu, təmizləmə, quraşdırma, sökmə işləri, o 
cümlədən çən və bu tip avadanlıqların daxilində görülən qaz-
Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə