Q a y d a L a r I


Əlavə 19  PARTLAYIŞ-YANĞIN TƏHLÜKƏLI OBYEKTLƏRDƏ



Yüklə 4,97 Mb.
Pdf görüntüsü
səhifə194/204
tarix26.12.2022
ölçüsü4,97 Mb.
#97900
1   ...   190   191   192   193   194   195   196   197   ...   204
АЗЕРБАЙДЖАН нефть (1)

 
Əlavə 19 
PARTLAYIŞ-YANĞIN TƏHLÜKƏLI OBYEKTLƏRDƏ 
QƏZALARIN LƏĞVI PLANININ TƏRTIB OLUNMA 
QAYDASI 
1. Hər bir partlayış-yanğın təhlükəli obyekt və ya onun 
partlayış-yanğın təhlükəli sahəsi, sexi və s. üçün qəzaların 
ləğvi planı (QLP) tərtib olunmalıdır. 
vk.com/club152685050 | vk.com/id446425943


504 
2. QLP-da nəzərdə tutulmalıdır: 
2.1. Insan həyatı üçün təhlükəli olan baş verə biləcək 
qəzalar, onların baş verəcəyi yerlər və şəraiti; 
2.2. Qəza ilə üzləşən adamların xilas edilməsi üzrə 
tədbirlər; 
2.3. Qəzaların baş verdiyi ilkin mərhələdə onların ləğvi 
üzrə tədbirlər, həmçinin qəza zamanı işçi heyətin 
təxirəsalınmaz (ilkin) hərəkətləri; 
2.4. Adamların xilas edilməsi və qəzaların ləğv edilməsi 
üçün istifadə olunan vasitələrin yerləşdiyi yerlər; 
2.5. Qazdan xilasetmə, yanğın və fontana qarşı dəstələr 
arasında qarşılıqlı (birgə) hərəkət qaydaları. 
3. QLP müəssisə 
üzrə 
əmrlə 
təyin 
edilmiş 
mütəxəssislərdən ibarət komissiya tərəfindən işlənib 
hazırlanmalıdır. QLP-na hər il yenidən baxılmalıdır.
Texnologiyada, iş şəraitində, təhlükəsizlik qaydalarında 
dəyişikliklər aparıldıqda QLP-na 3 gün müddətinə müvafiq 
dəyişikliklər və əlavələr edilməlidir. 
4. QLP 5 nüsxədən ibarət olmalı və aşağıda göstərilən 
yoxlama aktları olduqda müəssisənin texniki rəhbəri 
tərəfindən təsdiqlənməlidir: 
-texnoloji prosesin nəzarət sisteminin vəziyyəti haqqında; 
-ventilyasiya qurğularının vəziyyəti haqqında; 
-adamların xilas edilməsi üçün vasitələrin, qəzaların ilkin 
mərhələsində ləğvi üçün yanğına qarşı avadanlıqların və 
texniki vasitələrin mövcudluğu və saz vəziyyətdə olması 
haqqında; 
Əlavə 19-un davamı 
-qəza siqnalizasiyasının, rabitənin və qəza işıqlandırılma-
sının yararlı vəziyyətdə olması haqqında. 
5. QLP-nın tərkibinə daxildir: 
vk.com/club152685050 | vk.com/id446425943


505 
5.1. Operativ hissədə – obyektdə baş verə biləcək bütün 
mümkün qəzalar nəzərə alınmalı, qəzaların ləğvi və insanların 
xilas edilməsi üzrə tədbirlər, həmçinin tədbirlərin yerinə 
yetirilməsinə cavabdeh şəxslər və onların icraçıları, qəzaların 
ləğvi və insanların xilası üçün nəzərdə tutulmuş vasitələrin 
yerləşdikləri yerlər, qazdan xilasetmə, yanğın və digər 
bölmələrin hərəkət qaydaları müəyyən edilməlidir; 
5.2. Qəzaların ləğvində iştirak edən ayrı-ayrı şəxslər 
arasında vəzifə bölgüsünün aparılması; 
5.3. Qəza barəsində məlumatlandırılan məsul şəxslərin 
və təşkilatların siyahısı; 
5.4. Əsas kommunikasiyaların (texnoloji sxem) yerləşmə 
sxemi; 
5.5. Qəza şkaflarında (otaqlarda) miqdarı və əsas 
xüsusiyyətləri göstərilməklə saxlanılan alətlərin, fərdi mühafizə 
vasitələrinin, materialların siyahısı. 
6. QLP-nın operativ hissəsində nəzərdə tutulmalıdır: 
6.1. Qəza barəsində xəbərdarlıq üsulları (sirena, işıq 
siqnalizasiyası, ucadan danışıq vasitəsi, telefon və s.), qəzanın 
xarakterindən asılı olaraq təhlükəli yerlərdən və sahələrdən 
adamların təxliyə yolları; 
6.2. Adamların təxliyəsinə və nəzərdə tutulmuş 
tədbirlərin həyata keçirilməsinə texniki heyətdən olan 
cavabdeh şəxsin hərəkəti; 
6.3. Qəza baş verərkən ventilyasiyanın iş rejimi, o 
cümlədən qəza ventilyasiyasının (əgər mövcuddursa) işə 
salınması; 
6.4. Ardıcıl olaraq elektrik enerjisinin kəsilməsi, avadanlıq 
və apartların dayandırılması, zərərli və təhlükəli maddələrin 
daxil olduğu mənbələrin təcrid olunması (kəsilməsi); 
vk.com/club152685050 | vk.com/id446425943


506 
Əlavə 19-un davamı 
6.5. Qazlaşmış və təhlükəli zonalara buraxılışa nəzarət 
etmək üçün həmin təhlükəli yerlərin girişinə postların 
qoyulması; 
6.6. Qəzaların ilkin mərhələdə ləğvi üsulları. Qəzaların 
(yanğınların) ləğvi üzrə texniki heyətin ilk növbədə hərəkəti, 
qəzaların genişlənməsinin və təsirinin qarşısının alınması. 
Qəzaların ağır fəsadlarının qarşısının alınması üzrə tədbirlərin 
həyata keçirilməsi. Qazdan xilasetmə və digər ixtisaslaşdırılmış 
dəstələrin qarşılıqlı hərəkət qaydaları. 
7. Istehsalat –texniki heyətin QLP ilə tanışlığı imza 
atmaqla müvafiq şəkildə sənədləşdirilir. 
8. QLP (və ya onun operativ hissəsi) obyekt (sahə) 
rəhbərinin müəyyən etdiyi görünən (nəzərə çarpan) yerdən 
asılmalıdır. QLP-nın tam nüsxələri müəssisənin texniki 
rəhbərində, dispetçerdə, qazdan xilasetmə dəstəsində, 
təhlükəsizlik texnikası şöbəsində və iş yerlərində olmalıdır. 
9. QLP-nın vaxtında və düzgün tərtibinə və onun müəssi-
sənin Bu vəziyyətinə uyğun gəlməsinə görə məsuliyyəti 
obyektin rəhbəri və müəssisənin texniki rəhbəri daşıyır. 
vk.com/club152685050 | vk.com/id446425943


507 
Əlavə 20

Yüklə 4,97 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə